Teya (ing.Theia) —Günəş sisteminin ilkin dövrlərində mövcud olduğuna inanılan vəBöyük toqquşma fərziyyəsinə görə bundan 4,31 milyard il əvvəlYerlə toqquşaraq yox olan planet.[2] Fərziyyəyə görə Teya təqribənMars ölçüsündə idi və 6000 km diametri vardı.Los-Anceles Kaliforniya Universitetində geoloq olan Eduard YanqApollon 12,Apollon 15 vəApollon 17 missiyaları zamanı gətirilən süxur nümunələrini müşahidə edərək, əvvəl təklif olunan fərziyyənin əksinə olan Teya planetininYerə üstdən dəydiyi düşüncəsini ortaya atmışdır.[3] Təklif olunan toqquşma modelinə görə Teyanın qalıqlarıYerin ətrafında toplanaraq tədricənAyı formalaşdırmışdır. Bəzi alimlər düşünür ki, Yer ətrafı orbitə saçılan qalıqlardan əvvəlcə iki peyk formalaşdı və sonradan onlar birləşərək bu gün bildiyimiz Ayı meydana gətirdi.[4][5] Böyük toqquşma fərziyyəsiYerin nüvəsinin gözləniləndən daha böyük olmasının səbəbini də açıqlayır. Belə ki, toqquşma nəticəsində Teyanın mantiya və nüvəsi Yerlə qarışmışdır.[6] Teya adıyunan mifologiyası ilə bağlıdır. Belə ki,Teya yunan mifologiyasındaAy ilahəsi hesab olunanSelenanın anasıdır.
TeyanınGünəş sistemindəYerin L4 və L5 Laqranj nöqtələrindən keçən orbitinin olduğunu düşünürlər. Belə olacağı halda TeyaMarsla müqayisə oluna biləcək şəkildə böyüyə bilərdi.Astronomlar belə hesab edir ki,Veneranın cazibə qüvvəsi Teyaya təsir edərək onuYerlə toqquşma səviyyəsinə gətirmişdir.[7]
Böyük toqquşma fərziyyəsinə görə TeyaYerin L4 və L5 Laqranj nöqtələrində olan planetdi vəVenera ya daYupiterin cazibə qüvvəsinin təsirindən Yerlə toqquşmuşdur. Toqquşma baş verdikdən sonra orbitə saçılan maddələrdənAy meydana gəlmişdir.[4][8] Bəzi astronomların düşüncəsinə görə ilk vaxtlar Teyanın qalıqlarındanMars və Veneranın orbitləri arasında ikinciasteroid qurşağı da vardı. Buna baxmayaraq alimlər əsasən Teyanın qalıqlarının ətrafa saçılmadığını və Ayla Yerin tərkibinə qarışdığı düşüncəsini qəbul edirlər.[9]Ayın formalaşması ilə bağlı yaranan əsas suallardan biri də Ayın daha çox Teyanın yoxsa, TeyanınYerlə toqquşması nəticəsində Yerdən qopan hissələrin qalıqlarından meydana gəlməsi idi.[10]Apollon proqramı çərçivəsindəAydan gətirilən süxur nümunələrininizotop tərkiblərinin öyrənilməsi nəticəsində Aydakı izotop tərkiblərinin Yerdəki ilə demək olar ki, eyni olduğu məlum oldu. Bu da Ayın daha çox Yerdən ayrılan hissələrdən yaranması düşüncəsini möhkəmlətmişdir.[11][12][13]
↑12Jutzi, M.; Asphaug, E. (2011). "Forming the lunar farside highlands by accretion of a companion moon". Nature. 476 (7358): 69–72. Bibcode:2011Natur.476…69J. doi:10.1038/nature10289.PMID 21814278.
↑"Faceoff! The Moon's oddly different sides", Astronomy.
↑Pahlevan, Kaveh; Stevenson, David (October 2007). "Equilibration in the Aftermath of the Lunar-forming Giant Impact". EPSL. 262 (3–4): 438–449. arXiv:1012.5323free to read. Bibcode:2007E&PSL.262..438P. doi:10.1016/j.epsl.2007.07.055.