Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Tatsuya Nakaday

Vikipediya, azad ensiklopediya
Tatsuya Nakaday
yap.仲代 達矢
Doğum adı仲代 元久[3]
Doğum tarixi13 dekabr1932(1932-12-13)
Doğum yeri
Vəfat tarixi8 noyabr2025(2025-11-08)[1][2](92 yaşında)
Vəfat yeri
Vəfat səbəbiağciyər iltihabı
Fəaliyyətiaktyor, seyyu, müğənni
Fəaliyyət illəri1952–2025
Boyu178 sm[6]
Çəkisi75 kq[6]
Mükafatları4-cü dərəcəli "Doğan günəş" ordeni — 2003 "Mədəniyyət" ordeni — 2015 "Bənövşəyi lent" medalı — 1996
IMDbID0619938
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tatsuya Nakaday (仲代 達矢?,13 dekabr1932,Tokio[4]8 noyabr2025[1][2],Tokio[5]) — Yaponiya aktyoru və rejissoru.

Həyatı

[redaktə |vikimətni redaktə et]

İlk illəri

[redaktə |vikimətni redaktə et]

1932-ci ilin dekabr ayının 13-dəTokio şəhərində Motohisa Nakaday (仲代 元久?) adı ilə dünyaya gəlib.

Nakaday çox kasıb bir ailədə dünyaya gəldiyi üçün ali təhsil ala bilməmişdi və aktyor olmağa qərar vermişdi. O, Amerika filmlərini izləyir,Con UeynMarlon Brando kimi aktyorlara pərəstiş edirdi.

Günlərin birində, Tokioda geyim mağazasında kargüzarlıq edən bir gənc Masaki Kobayaşinin diqqətini cəlb edir və "Qalın divarlar arxasında" ("Qalın divarlı otaq"/ "Qalın divar") filmində baş rolu ifa etmək üçün dəvət alır. Beləcə, çox illər davam edəcək dostluğun başlanğıcı qoyulur.[7]

1954–hazırda

[redaktə |vikimətni redaktə et]

1954-cü ildə Nakaday "Yeddi samuray" filmində bir neçə saniyəlik şəhərdə gəzən samuray obrazını canlandıraraq qarşımıza çıxır. Texniki olaraq "Yeddi samuray" filmi onun debütü hesab olunur. Çünki "Qalın divar" filminin buraxılması (release) mübahisli məsələlərin nəticəsində 3 il müddətinə saxlanılır. Bir aktyor kimi onun böyük uğuru Kobayaşinin rejissorluğu ilə ekranlaşdırılan "Qara nehr" filmində canlandırdığı gənc bir yakuza – Co obrazı ilə gəlir. Nakaday 1960-cı illərdə Kobayaşi ilə işləməyə davam edir və "Harakiri"dəki yaşlı ronin Hanşiro Tsuqumo roluna görə ilk "Blue Ribbon" mükafatını qazanır.

Nakaday Masaki Kobayaşi ilə birgə"Harakiri","Kvaydan","Samuray üsyanı" və"İnsan yaşamının şərtləri" trilogiyası kimi şah əsərlər də daxil olmaqla 11 film ərsəyə gətirir. Karyerası dövründə Nakaday Yaponiyanın məşhur rejissorlarının filmlərində rol alıb. O, Kihaçi Okamotonun (岡本 喜八) (o cümlədən, məşhur"Taleyin qılıncı","Öldür!") 9, Qoşa Hideonun (五社 英雄) 9 ("Qoyokin"), İçikava Konun (市川崑) 6 ("Alov","Açar"), Akira Kurosavanın 6 ("Cangüdən","Cəsur samuray","Cənnət və cəhənnəm", "Döyüşçünün kölgəsi" (影武者 ⌈Kagemuşa⌉),"Ran"), Mikio Narusenin (成瀬 巳喜男) 5 ("Qadın pilləkənla qalxanda") və Hiroşi Teşiqaharanın (勅使河原 宏) 2 filmində ("Yadın üzü") çəkilmişdir. Bunun başlıca səbəbi isə o idi ki, Nakadai Yaponiya kino sənayesinin heç bir nəhəng şirkəti ilə uzunmüddətli layihələrini imzalamır və istədiyi təklifi qəbul etməkdə sərbəst idi.[7]

O, Koci Yakuşo, Mayumi Vakamura, Toru Masuoka, Azusa Vatanabe, Kenişi Takito və s. kimi gələcək perspektivli gənc aktyorların müəllimidir.

Mükafatları

[redaktə |vikimətni redaktə et]
  • "Harakiri"dəki yaşlı ronin Hanşiro Tsuqumo roluna görə ilk "Göy lent mükafatını qazanır.
  • 1980-ci ildə Akira Kurosavanın "Döyüşçünün kölgəsi" filmində oğru və daimyo Takeda Şinqen obrazını canlandırır və bu iki obraz ona ikinci, ən yaxşı kişi roluna görə "Blue Ribbon Award" mükafatını qazandırır.
  • 2015-ci ildə Mədəniyyət Ordeni ilə təltif olunub.[8][9]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12【 訃報 】 仲代達矢さん 死因は肺炎 亡くなる前にケガをして入院 葬儀・告別式は近親者のみ.
  2. 12Mort de l’acteur Tatsuya Nakadai, légende du cinéma japonais (fr.). 2025.
  3. 文化庁月報 (12)(339). 1996. S. 34.
  4. 12IMDb (ing.). 1990.
  5. 12McCurry J.Tatsuya Nakadai, Japanese actor of Ran, Yojimbo and Harakiri, dies aged 92 (brit. ing.).TheGuardian.com, 2025. ISSN0261-3077
  6. 12Nihon Tarento Meikan. 1993.
  7. 12Tatsuya Nakadai —Internet Movie Database saytında
  8. "Tokyo: Tatsuya Nakadai Set to Receive Lifetime Achievement Honor".17 aprel 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 dekabr 2019.
  9. "Two Nobel scientists to receive Order of Culture award".28 yanvar 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 dekabr 2019.
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BIBSYS4013987 ·BNCa10573987 ·BNEXX1297069 ·BNF14001213v ·CiNiiDA08070371 ·CONOR51238499 ·GND135950953 ·ISNI0000000110303548 ·LCCNn81030488 ·LNB000311246 ·NDL00112637 ·NKCpna2007370779 ·NLA36001480 ·NTA069458944 ·NUKATn2010130722 ·SUDOC059349344 ·VIAF85111405 ·WorldCat VIAF85111405
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Tatsuya_Nakaday&oldid=7053894"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp