Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Tatsuki Fucimoto

Vikipediya, azad ensiklopediya
Tatsuki Fucimoto
(藤本 タツキ?)
Doğum tarixi(33 yaş)
Doğum yeriNikaho,Akita prefekturasıYaponiyaYaponiya
Milliyyətiyapon
Komiks fəaliyyəti
Sahəsimanqa
Fəaliyyət illəri2011–hazırda
Əsas işləri
Mükafatları

Tatsuki Fucimoto (藤本 タツキ, Fucimoto Tatsuki?,10 oktyabr1993,Nikaho[d],Akita prefekturası) – Yaponiya manqakası. "Fire Punch" və "Chainsaw Man" manqa seriyalarına, eləcə də, "Look Back" van-şot manqasına görə tanınır.

İlk illəri

[redaktə |vikimətni redaktə et]

Tatsuki Fucimoto 10 oktyabr 1992-ci ildə YaponiyanınAkita prefekturasınınNikaho şəhərində doğulmuşdur.[1] Kiçik yaşlarından etibarən rəsm çəkməyə başlamışdır. Evinin yaxınlığında hazırlıq məktəbi olmadığı üçün nənəsinin və babasının getdiyi rəssamlıq dərslərinə qatılmış və yağlı boya rəssamlığını öyrənmişdir.[2] Nihako Liseyini bitirəndən sonraYamaquçi şəhərində yerləşənTohoku İncəsənət və Dizayn UniversitetininQərb rəssamlığı ixtisası üzrə təhsil almağa başlamış və 2014-cü ildə universitetdən məzun olmuşdur.[3]

Karyerası

[redaktə |vikimətni redaktə et]

Tatsuki Fucimotonun ilk təqdim etdiyi işi "A Couple Clucking Chickens Were Still Kickin' in the Schoolyard"[a] adlıvan-şot manqa olmuşdur. O, bu manqanı 2011-ci ildə "Jump Square" jurnalının aylıq mükafatına göndərmiş və finalçı olmuşdur.[4] Fucimotonun "Seigi no Mikata"[b] van-şot manqası 10-cu SupremeComic Mükafatına namizəd göstərilmişdir.[5] Növbəti van-şot manqası "Kami Hikouki"[c] 2013-cü ildə "Shueisha" nəşriyyatının 3-cü Crown Yeni Gələnlər Mükafatında jürinin xüsusi mükafatına layiq görülmüşdür.[6] Fucimoto həmin il "Sasaki Stopped a Bullet"[d] van-şot manqası ilə 5-ci Crown Yeni Gələnlər Mükafatında da bu uğuru təkrarlamış və ikinci dəfə jürinin xüsusi mükafatını qazanmışdır.[7]

Fucimotonun növbəti van-şot manqası "Love Is Blind"[e] 2013-cü ildə Crown Yeni Gələnlər Mükafatında şərəf mükafatını qazanmışdır.[8] Bu manqa 19 aprel 2014-cü ildə "Jump SQ.19" jurnalının 13-cü cildində nəşr olunmuş və Fucimotonun jurnalda nəşr olunmuş ilk işi olmuşdur.[9] Fucimotonun növbəti van-şot manqaları da bu jurnalda nəşr olunmuşdur: "Shikaku"[f] 19 iyul 2014-cü ildə jurnalın 14-cü cildində,[10] "Mermaid Rhapsody"[g] 19 dekabr 2014-cü ildə jurnalın 17-ci cildində nəşr olunmuşdur.[11] "Nayuta of the Prophecy"[h] van-şot manqası 4 iyul 2015-ci ildə "Jump Square" jurnalında nəşr olunmuşdur.[12]

Fucimotonun ilk əsas işi və manqa seriyası olan "Fire Punch"[i] 18 aprel 2016-cı ildən 1 yanvar 2018-ci ilə qədər "Shueisha" nəşriyyatının "Shōnen Jump+" onlayn jurnalında serializasiya olunmuşdur.[13][14] Manqa seriyasının 8 tankobon cildi buraxılmışdır.[15] 2 may 2018-ci ildə "Shueisha" nəşriyyatının "Jump Square" jurnalında "Sisters"[j] adlı van-şot manqası nəşr olunmuşdur.[16]

Fucimotonun ikinci manqa seriyası "Chainsaw Man"[k] manqasının birinci hissəsi 3 dekabr 2018-ci ildən[17] 14 dekabr 2020-ci ilə qədər "Shueisha" nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında serializasiya olunmuşdur.[18] Manqanın ikinci hissəsi 13 iyul 2020-ci ildə "Shueisha" nəşriyyatının "Shōnen Jump+" tətbiqi və saytında serializasiya olunmağa başlamışdır.[19] "Chainsaw Man" Fucimotoya böyük uğur gətirmişdir. O, bu manqaya görə 2021-ci ildən "Ən yaxşı şonen manqası" kateqoriyasındaShogakukan Manqa Mükafatını,[20] 2021–2023-cü illərdə ardıcıl üç dəfə "Ən yaxşı manqa" kateqoriyasındaHarvi Mükafatını qazanmışdır.[21][22][23]

Fucimoto 19 iyul 2021-ci ildə "Shōnen Jump+" saytında "Look Back"[l] van-şot manqasını yayımlamışdır.[24] Manqa "Shueisha" nəşriyyatı tərəfindən 3 sentyabr 2021-ci ildə tək tankobon cildində buraxılmışdır.[25] Manqa 2022-ci ildə "Kono Manga ga Sugoi!" təlimat kitabçasında kişi oxucular üçün ən yaxşı manqa kimi göstərilmişdir.[26]

Fucimotonun əvvəlki van-şot manqalarının yer aldığı "Tatsuki Fujimoto Before Chainsaw Man"[m] manqa kolleksiyasının "17–21" adlı birinci cildi 3 oktyabrda 2021-ci ildə, "22–26" adlı ikinci cildi 4 noyabr 2021-ci ildə buraxılmışdır.[27][28] O, 4 noyabr 2021-ci ildə nəşr olunmuş "Chainsaw Man: Buddy Stories"[n] romanının illüstrasiyalarını çəkmişdir.[29]

Fucimoto 11 aprel 2022-ci ildə "Shōnen Jump+" saytında "Goodbye, Eri"[o] adlı 200 səhifəlik van-şot manqa yayımlamışdır.[30] Manqa "Shueisha" nəşriyyatı tərəfindən 4 iyul 2022-ci ildə tək tankobon cildində buraxılmışdır.[31]

Fucimoto illüstrator Ota Toda ilə birlikdə 4 iyul 2022-ci ildə "Shōnen Jump+" saytında "Just Listen to the Song"[p] van-şot manqasını yayımlamışdır.[19]

Köməkçisi olmuş manqakalar

[redaktə |vikimətni redaktə et]

Qeydlər

[redaktə |vikimətni redaktə et]
  1. yaponca: 庭には二羽ニワトリがいた, Hepbörn: Niva ni va Niva Nivatori qa ita?,hərf. "Bağda iki toyuq var idi"
  2. yaponca: 正義の見方?,hərf. "Ədalətə baxış"
  3. yaponca: かみひこうき?,hərf. "Kağız təyyarələr"
  4. yaponca: 佐々木くんが銃弾止めた, Hepbörn: Sasaki-kun qa Cuudan Tometa?,hərf. "Sasaki güllə dayandırdı"
  5. yaponca: 恋は盲目, Hepbörn: Koy va Momoku?,hərf. "Sevgi kordur"
  6. yaponca: シカク?
  7. yaponca: 人魚ラプソディ, Hepbörn: Ninqyo Rapusodi?,hərf. "Su pərisi rapsodiyası"
  8. yaponca: 予言のナユタ, Hepbörn: Yoqen no Nayuta?,hərf. "Peyğəmbər Nayuta"
  9. yaponca: ファイアパンチ, Hepbörn: Faya Pançi?,hərf. "Alov yumruğu"
  10. yaponca: 妹の姉, Hepbörn: İmoto no Ane?,hərf. "Kiçik bacının böyük bacısı"
  11. yaponca: チェンソーマン, Hepbörn: Çenso Man?,hərf. "Mişar-adam"
  12. yaponca: ルックバック, Hepbörn: Rukku Bakku?,hərf. "Arxana bax"
  13. yaponca: 藤本タツキ短編集, Hepbörn: Fucimoto Tatsuki Tanpenşu?,hərf. "Tatsuki Fucimotonun qısa hekayələri"
  14. yaponca: チェンソーマン バディ・ストーリーズ, Hepbörn: Çenso Man Badi Sutorizu?,hərf. "Mişar-adam: Yaxın dost hekayələri"
  15. yaponca: さよなら絵梨, Hepbörn: Sayonara Eri?,hərf. "Əlvida, Eri"
  16. yaponca: フツーに聞いてくれ, Hepbörn: Futsū ni Kiitekure?,hərf. "Mənə normal qulaq as"

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 第66回 小学館漫画賞が 決定いたしました!! [66th Shogakukan Manga Award – It has been decided!!](PDF)(yapon).Shogakukan.28 yanvar 2021 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:9 sentyabr 2021.
  2. 藤本タツキ×沙村広明奇跡の対談 [5] [Tatsuki Fujimoto ×Hiroaki Samura Miraculous Dialogue [5]]. shonenjump.com(yapon).Shueisha.20 dekabr 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2021.
  3. 藤本 タツキ(yapon).Tohoku University of Art and Design.9 yanvar 2021 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2021.
  4. 【第66回】担当作家 藤本タツキ先生Q&A! [[66] Writer Tatsuki Fujimoto Q&A]. Jump Rookie!(yapon).Shueisha. 2 iyul 2020.2 iyul 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2021.
  5. 第10回SupremeComic大賞seasonII.Jump SQ.(yapon).Shueisha.9 yanvar 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2021.
  6. クラウン新人漫画賞 第3回 結果発表.Jump SQ.(yapon).Shueisha.9 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2021.
  7. クラウン新人漫画賞 第5回 結果発表.Jump SQ.(yapon).Shueisha.9 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2021.
  8. クラウン新人漫画賞 第9回 結果発表.Jump SQ.(yapon).Shueisha.9 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2021.
  9. ジャンプSQ.19 Vol.13 2014年5月号. Neowing(yapon).9 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2021.
  10. Jump SQ. Editorial Department [jump_sq]. (Tweet)(yapon). 20 iyun 2014https://twitter.com/jump_sq/status/479898307443957762 (#bare_url_missing_title).9 yanvar 2021 tarixindəarxivləşdirilib.
  11. ジャンプSQ.(ジャンプスクエア)増刊 (2015年1月号).Kinokuniya(yapon).9 avqust 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 avqust 2021.
  12. ジャンプSQ.8月号 7月4日.Jump SQ.(yapon).Shueisha.27 iyun 2015 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2021.
  13. 飢餓に悩む世界で少年が取った行動は…ジャンプ+新連載「ファイアパンチ」.Comic Natalie(yapon). Natasha, Inc. 18 aprel 2016.18 may 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 sentyabr 2019.
  14. [83話]ファイアパンチ. Shōnen Jump+(yapon).Shueisha. 1 yanvar 2018.31 dekabr 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:24 iyun 2020.
  15. ファイアパンチ 8(yapon).Shueisha.10 may 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 sentyabr 2019.
  16. マイナーな四国妖怪が通う学校を舞台にした学園コメディがSQ.で.Comic Natalie(yapon). Natasha, Inc. 2 may 2018.12 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2021.
  17. "Shonen Jump Magazine Launches 3 New Manga in December".Anime News Network(ingiliscə). 25 noyabr 2025.İstifadə tarixi:5 noyabr 2025.
  18. "Chainsaw Man Manga Ends on December 14 With 'Important Announcement'".Anime News Network(ingiliscə). 6 dekabr 2020.İstifadə tarixi:5 noyabr 2025.
  19. 12"Chainsaw Man Manga's 2nd Part Launches on Shonen Jump+ on July 13".Anime News Network(ingiliscə). 20 iyun 2020.İstifadə tarixi:5 noyabr 2025.
  20. "Chainsaw Man, Teasing Master Takagi-san, Dead Dead Demon's Dededede Destruction, More Win 66th Shogakukan Manga Awards".Anime News Network(ingiliscə). 19 yanvar 2025.İstifadə tarixi:5 noyabr 2025.
  21. "Tatsuki Fujimoto's Chainsaw Man Manga Wins Best Manga at Harvey Awards".Anime News Network(ingiliscə). 8 oktyabr 2021.İstifadə tarixi:5 noyabr 2025.
  22. "Tatsuki Fujimoto's Chainsaw Man Manga Wins Harvey Award for Best Manga for 2nd Straight Year".Anime News Network(ingiliscə). 8 oktyabr 2022.İstifadə tarixi:5 noyabr 2025.
  23. "Chainsaw Man Manga Wins Best Manga Harvey Award for 3rd Straight Year".Anime News Network(ingiliscə). 14 oktyabr 2023.İstifadə tarixi:5 noyabr 2025.
  24. Hazra, Adriana."Viz Media, Manga Plus Publish Chainsaw Man Author's New 140-Page 1-Shot in English".Anime News Network. 20 iyul 2021.20 iyul 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 iyul 2021.
  25. ルックバック(yapon).Shueisha.21 iyul 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:21 iyul 2021.
  26. Pineda, Rafael Antonio."Look Back, Umi ga Hashiru Endroll Manga Top Kono Manga ga Sugoi! 2022 Lists".Anime News Network. 6 dekabr 2021.7 dekabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:6 yanvar 2022.
  27. 藤本タツキ初の短編集発売、作品を作者&担当で振り返る小冊子当たるキャンペーンも.Comic Natalie(yapon). Natasha, Inc. 4 oktyabr 2021.13 noyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 noyabr 2021.
  28. 「チェンソーマン」初の小説版発売、「藤本タツキ短編集 22-26」も.Comic Natalie(yapon). Natasha, Inc. 4 noyabr 2021.13 noyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 noyabr 2021.
  29. Hodgkins, Crystalyn."Chainsaw Man Manga Gets Novel on November 4".Anime News Network. 6 sentyabr 2021.6 sentyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:6 sentyabr 2021.
  30. Hodgkins, Crystalyn."Chainsaw Man's Tatsuki Fujimoto to Release New 200-Page 1-Shot on April 11".Anime News Network. 4 aprel 2022.11 aprel 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 aprel 2022.
  31. さよなら絵梨(yapon).Shueisha.20 iyun 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 iyun 2022.
  32. "Tatsuki Fujimoto, from his unique perspective analyzes the peculiar characters from Hell's Paradise: Jigokuraku!".Manga Plus.Shueisha.20 iyun 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 may 2024.
  33. ""The Making of a Jump Manga!" Vol. 7 – Spy × Family".Manga Plus.Shueisha.2 dekabr 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 may 2024.
  34. "Une date pour la sortie française du manga Dandadan". Manga News(fransız). 26 aprel 2022.19 aprel 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 may 2024.
⛭
Seriyalar
Van-şotlar
⛭
()
Media
Musiqi
Əlaqəli
Category
X ·X
Foto, video və audio
Tematik saytlar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Tatsuki_Fucimoto&oldid=8369414"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp