Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Tanos

Vikipediya, azad ensiklopediya
Tanos
ing.Thanos
NəşriyyatMarvel Comics
Yayım tarixi"Iron Man" #55 (fevral 1973)
Yaradıcı(lar)Maykl Fredrix
Cim Starlin
Xüsusiyyətlər
Əsl adıDion[1]
Cinsiyyətikişi[d]
Boyu2 m[2]
Çəkisi450 kq[3]
Növüölümsüz-deviant hibridi
Komiks bioqrafiyası
ÜzvlükləriQara Orden
Sonsuzluq saatı
DüşmənləriQisasçılar[4], Qalaktika mühafizəçiləri, Qalaktus[4], İks-adamlar[4], Dəmir adam
LəqəbləriDəli titan
Gücləri

Qeyri-insanı güc, sürət, dözümlülük, uzunömürlülük

Tanos (ing.Thanos) –Marvel Comics nəşriyyatı tərəfindən 1973-cü ildə yaradılmış komiks personajı.Maykl FredrixCim Starlin tərəfindən yaradılmış və ilk dəfə "Iron Man" komiksinin 55-ci sayında peyda olmuşdur.Məsləhətçinin oğlu,Starfoksun qardaşıdır.

Personaj ilk dəfə "Qisasçılar" filmindəDeymon Puate tərəfindən canlandırılmışdır. "Qalaktika Mühafizəçiləri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qisasçılar: Sonsuzluq savaşı" və adsız Qisasçılar sikvelindəCoş Brolin tərəfindən canlandırılmışdır. Bunlardan əlavə, Tanos bir çox videooyun və teleserialda görünmüşdür.

TanosIGN-in "Ən yaxşı 100 komiks supercinayətkarı" siyahısında 47-ci yerdə,[5] Wizard-ın "Ən yaxşı supercinayətkarlar" siyahısında 22-ci yerdə, "Complex" jurnalının "Ən yaxşı 25 komiks supercinayətkarı" siyahısında 21-ci yerdə göstərilmişdir.[6]

Yaradılması

[redaktə |vikimətni redaktə et]

Yazıçı-rəssamCim Starlin Tanos personajını hələ kollecdəpsixologiya oxuyarkən fikirləşmişdir.[7] O, personajın görünüşü üçünCek KörbininDarksayd personajından ilhamlandığını etiraf etmişdir.[8]

Tanos ilk dəfə 1973-cü ildə"Iron Man" komiksinin 55-ci sayındakı bir hekayədə peyda olmuşdur. Hekayə"Captain Marvel" #25–33 (1973–1974),"Marvel Feature" #12 (noy. 1973),"Daredevil" #107 (yan. 1974) və"Avengers" #125 (iyul 1974) komiksləri boyunca davam etmişdir.

2006-cı ildə personaj"Annihilation: Silver Surfer" #1–4 (iyun – sent. 2006) və"Annihilation" #1–6 (okt. 2006 – mart 2007) komikslərində əhəmiyyətli rol oynamışdır. 2012-ci ildə"Thanos: Son of Titan" adlı miniseriyanın buraxılması planlaşdırılsa da, sonradan ləğv edilmişdir. Personajın keçmişi 2013-cü ildə 5 saydan ibarət"Thanos Rising" miniseriyasında işıqlandırılmışdır.[9] TanosConatan Hikman tərəfindən yazılmış"Infinity" miniseriyasında mərkəzi rol oynamışdır. 2014-cü ilin mayında"Thanos Annual" adlı one-shot komiks yayımlanmışdır. Bu komiks yeni qrafik roman trilogiyası üçün giriş rolunu oynamışdır:"Thanos: The Infinity Revelation","Thanos: The Infinity Relativity""Thanos: The Infinity Finale".[10]

Personaj 5 saydan ibarət"The Infinity Gauntlet" miniseriyasında (iyul 2015 – yanvar 2016) vacib rol oynamışdır.

Bioqrafiya

[redaktə |vikimətni redaktə et]

TanosSaturnun peykiTitanda Ölümsüzlər irqindən olan Məsləhətçinin və Sui-Sanın oğlu kimi anadan olmuşdur. Tanos Deviant irqinin genini daşıyır və onlara oxşayır. Tanos anadan olanda anası onun görünüşündən şoka düşmüş və onu öldürməyə cəhd etmişdir. Məktəb illərində Tanospasifist idi,[11] ancaq qardaşı Eros (Starfoks) və ev heyvanları ilə oynayırdı. Yeniyetməlik illərində Tanosölümnihilizmin təsirinə düşmüş, sonda isə ölümün bədən tapmış halına —Ölümə aşiq olmuşdur.[12] Daha sonra Tanos öz elmi bilikləri ilə fiziki gücünü artırmışdır. O həmçinin bir çox uşağın atası olmaqla və quldur olmaqla özünə yeni bir həyat yaratmağa cəhd etmişdir. Lakin bunların heç biri ona kifayət etməmişdir.[13]

Ölümü təsirləndirmək üçün Tanos ordu yığır və Titanda öz irqindən milyonlarla fərdi öldürür.[14]Kosmik kubu tapmaq üçün Yerə səyahət edir,[15] onu tapır, lakin Qisasçılar Kosmik kubu məhv edərək Tanosu məğlub edə bilirlər.[16]

Tanos daha sonra Sonsuzluq daşları ilə maraqlanmağa başlayır vəAdam Uorlokun Ruh daşını da ələ keçirir. Uorlok Qisasçıları və Kapitan Marveli köməyə çağırır, lakin Uorlok Tanos tərəfindən öldürülür. Tanos qələbəyə yaxın olsa da, Uorlok Ruh daşından azad olub Tanosu daşa döndərir.[14][17]

Tanos dirilir[18] və Sonsuzluq daşlarını yenidən yığmağa başlayır.[19] Məqsədi Sonsuzluq əlcəyində daşları yığmaq və kainatın yarısını məhv edərək Ölümə sevgisini isbat etməkdir.[20] Lakin o, Adam Uorlok tərəfindən bir neçə dəfə dayandırılır.[21] Sonda Tanos özü Sonsuzluq saatı adlı qrupa qoşulur və Adam Uorloka kömək edir.[22] Bu hadisələr"Sonsuzluq saqası" adı ilə xatırlanır.[23]

Güc və bacarıqlar

[redaktə |vikimətni redaktə et]

Tanos Ölümsüzlər irqindəndir. Ölümsüzlərin güclərini daşısa da, bu güclərini daha da artırmışdır. Tanos qeyri-insanı gücə, sürətə, dözümlülüyə malikdir. Telepatiya, telekinez və maddə manipulyasiyası kimi bacarıqlara da malikdir. Üzbəüz döyüşdə də məharətlidir. Odin və Qalaktusa qarşı asanlıqla döyüşə bilmişdir.

Tanos intellektual cəhətdən digər varlıqlardan üstündür və yüksəkelmi bacarıqlara malikdir.

Alternativ versiyaları

[redaktə |vikimətni redaktə et]
  • Amalgam Comics — 1996-cı ildəkiDC Comics və Marvel krossoveri zamanı peyda olmuşdur. Darksaydla birləşmiş və "Tanossayd" adlanmışdır.[24]
  • Earth X"Earth X" adlı məhdud seriyada peyda olmuşdur. Bu versiyada onun anası skruldur.[25]
  • Ultimate Marvel — Bu versiyada Axeronun lideri vəİttihamçı Ronanın atasıdır.[26]
  • Marvel Zombies 2"Marvel Zombies 2" məhdud seriyasında peyda olmuş zombiləşmiş halıdır.Halk tərəfindən öldürülmüşdür.[27]

Digər mediada

[redaktə |vikimətni redaktə et]

Televiziya

[redaktə |vikimətni redaktə et]

Film

[redaktə |vikimətni redaktə et]
Tanos "Qisasçılar: Sonsuzluq savaşı" filmindən.
  • Deymon Puate 2012-ci il istehsalı "Qisasçılar" filminin mid-kredits səhnəsində Tanosu canlandırmışdır. Tanos Lokinin havadarı kimi göstərilmişdir[33][34]
  • Coş Brolin 2014-cü il istehsalı "Qalaktika Mühafizəçiləri" filmində Tanosu canlandırmışdır. Filmdə Tanos İttihamçı Ronandan istifadə edərək sonsuzluq daşını əldə etməyə çalışır.[35] Filmdə Tanos Qamora və Nebulanın ögey atasıdır.
  • Brolin 2015-ci il istehsalı "Qisasçılar: Altron dövrü" filminin mid-kredist səhnəsində yenidən Tanosu canlandırmışdır. Tanos üzərində heç bir daş olmayan Sonsuzluq əlcəyini geyinir və deyir: "Yaxşı, özüm edərəm onda".
  • Brolin "Qisasçılar: Sonsuzluq savaşı" vəbaşlıqsız Qisasçılar sikvelində Tanosu canlandıracaq.[36][37] Əvvəlki MKK filmlərindən fərqli olaraq Tanos bu filmlərin əsas supercinayətkarı olacaq.

Videooyun

[redaktə |vikimətni redaktə et]

Roman

[redaktə |vikimətni redaktə et]
  • 2017-ci ildə Stüart Mur tərəfindən"Tanos: Ölüm hökmü" adlı roman yazılmışdır.[44]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Thanos Vol. 2 #14
  2. https://marvel.com/characters/thanos/in-comics.
  3. https://www.marvel.com/characters/thanos/in-comics.
  4. 123Starlin J. The Infinity Gauntlet (ing.).Marvel Comics, 1991.
  5. "Thanos is Number 47".IGN.2014-04-09 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2014-06-02.
  6. "Thanos is Number 21".Complex.2016-07-05 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2016-06-21.
  7. "Jim Starlin". Adelaid Comics and Books. Archived via theWayback Machine. Retrieved March 25, 2014.
  8. Cronin, Brian."Comic Book Legends Revealed #266".Comic Book Resources. 2010-06-24.2013-03-07 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2010-06-24.
  9. Sunu, Steve."Aaron and Bianchi Explore "Thanos Rising" in April". Comic Book Resources. 16 January 2013.19 January 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 January 2013.
  10. Richards, Dave."EXCLUSIVE: Jim Starlin Enters Adam Warlock's Mind In "Infinity Entity"".Comic Book Resources. September 24, 2015.January 22, 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:January 24, 2016.
  11. Thanos Rising #1
  12. Thanos Rising #3,Iron Man vol 1 #55
  13. Thanos Rising #4–5
  14. 12Avengers Annual #7 (1977)
  15. Captain Marvel #30 (Jan. 1974)
  16. Captain Marvel #33 (July 1974)
  17. Marvel Two-in-One Annual #2 (1977)
  18. Silver Surfer vol. 3, #34 (Feb. 1990)
  19. The Thanos Quest (1990)
  20. The Infinity Gauntlet #1 (July 1991)
  21. The Infinity Gauntlet #6 (Dec. 1991)
  22. The Infinity War #1–6 (1992)
  23. Infinity Gauntlet: Aftermath, Marvel, 2013, back cover.
  24. Bullets and Bracelets #1 (1996)
  25. Earth X #0–12, X (Mar. 1999 – June 2000)
  26. Ultimate Fantastic Four #42 (May 2007)
  27. Marvel Zombies 2 #1 (Dec. 2007 – Apr. 2008)
  28. "Interview with Larry Brody". Marvelite.prohosting.com.2016-03-03 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-03-15.
  29. If This Be My Thanos // The Super Hero Squad Show. 1 sezon. 11 epizod. October 24, 2009. Cartoon Network.
  30. "Behind the Voice Actors – Jim Cummings". Behind the Voice Actors.April 26, 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:April 28, 2017. Check mark indicates BTVA has verified the entries using screenshots of credits and other confirmed sources.
  31. "First look: Thanos a foe for animated 'Avengers'". USA TODAY. 22 May 2014.24 August 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 April 2018.
  32. Thanos Rising // Avengers Assemble. 2 sezon. 2 epizod. October 5, 2014. Disney XD.
  33. "Kevin Feige Avengers Spoiler Podcast".Empire Magazine.2015-09-24 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-05-08.
  34. "The Avengers has two post-credit scenes, mystery actor revealed".IFC. 2012-05-02.2014-11-29 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-05-02.
  35. Ford, Rebecca."Josh Brolin Voicing Thanos in 'Guardians of the Galaxy'".The Hollywood Reporter. May 30, 2014.May 31, 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:May 30, 2014.
  36. "Marvel's The Avengers Head Into an Infinity War - News - Marvel.com". marvel.com.2014-10-28 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2018-04-22.
  37. "'It's Thanos Against Everyone' Says Brolin of Avengers: Infinity War - ComingSoon.net". ComingSoon.net.2014-12-16 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2018-04-22.
  38. "Loading..." Brickextra.com.28 April 2019 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:24 November 2017.
  39. "Future Fight 2.1.0 with Thanos, Supergiant, Ebony Maw playable". Product-reviews.net.2 October 2017 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:24 November 2017.
  40. "Thanos Comes to 'Marvel Puzzle Quest' - TouchArcade". Toucharcade.com.1 December 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:24 November 2017.
  41. "Guardians of the Galaxy: The Telltale Series". IMDb.com. 18 April 2017.13 August 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:24 November 2017 – www.imdb.com vasitəsilə.
  42. "Marvel vs. Capcom: Infinite story mode demo out now on PS4 and XB1, trailer shows several new characters". Eventhubs.com.25 November 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:24 November 2017.
  43. Capcom.Marvel vs. Capcom: Infinite.Capcom. Səhnə: Credits, "Cast".
  44. "Thanos: Death Sentence Prose Novel (Hardcover) - Comic Books - Comics - Marvel.com". Marvel.com.25 June 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:24 November 2017.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
İkinci dərəcəli personajlar
Düşmənləri
Komandalar
Ekranlaşdırmalar
Film
Cizgi serialları
Video oyunlar
Süjet xəttləri
  • The Thanos Quest (1990)
  • The Infinity Gauntlet (1991)
  • Infinity War (1992)
  • The Infinity Crusade (1993)
  • Infinity Abyss (2002)
  • Annihilation (2005—2007)
  • The Thanos Imperative (2010—2011)
  • Thanos Rising (2013)
  • Infinity (2013)
Əlaqəli məqalələr
Həmçinin bax
⛭
Üzvlər
Əsas üzvlər
Digərləri
Şahingöz · Civə · Qırmızı cadugər · Svordsmen · Herakl · Qara pantera · Qara cəngavər · Qara dul · Mantis · Bədheybət · Ay əjdahası · Cəhənnəm pişiyi · İkitapança uşaq · Kapitan Marvel · Şahin · Möcüzə-adam · Tiqra · Qadın-Halk · Monika Rembyu · Starfoks · Namor · Doktor Druid · Alaycı quş · Müharibə maşını · Şey · Ay cəngavəri · Alov quşu · Dağıdıcı adam · Unudulmuş biri · Mister Fantastik · Görünməz qadın · BŞ casusu · Kvasar · Məşəl-adam · Sersi · Skat · Hörümçək-adam · Qum-adam · Hiddət · Maşın-adam · Yaşayan ildırım · Hörümçək-qadın · Kristal · İldırımzərbə · Qara quzğun · Ədalət · Alovlu ulduz · Triatlon · Gümüş pəncə · Qarışqa-adam II · Eşşək arısı II · Kapitan Britaniya · Lyuk Keyc · Şimal porsuğu · Keşikçi · Exo · Ares · Amadeus Ço · Yokasta · Qamət · Vijn · Kapitan Amerika · Hörümçək-qadın · Valkiriya · Şeron Karter · Nova · Qarışqa-adam · Dəmir yumruq · Güc-qadın · Qoruyucu · Doktor Strenc · Qırmızı Halk · Dəlisov · Fırtına · Titrəyiş · Kapitan Britaniya · Venom · Havok · Günəş ləkəsi · Top mərmisi · Kollektor · Şan-Çi · Kapitan Kainat · Əzici · Hiperion · Rouq · Günəş alovu · Dumbot · Viktor Mança · Uçurum · Eks Nihilo · Gecə maskası · Ulduz brendi · Qoruyucu Aleksis · Ronin · Göy Marvel · Güc-adam · Ağ pələng · Kaluu · Nova · Doktor Vudu · Qılıncdiş · Tor · Miss Marvel · Hörümçək-adam · Kabus Yarışçı · Şahingöz · Şuri · Dedpul · Sinaps · Məşəl-adam · Mahnı quşu · Sincab-qız · Uikkan · Halklinq · Kabel · Nebula · Yaxşı
Düşmənlər
Komandalar
Fərdi
Baş qərargahlar
Alt komandalar
Digər mediada
Televiziya
Film
Video
oyunlar
⛭
Yaradıcılar
Üzvlər
1969-cu il komandası
2008-ci il komandası
Köməkçi personajlar
Antaqonistlər
Hekayələr
Digər mediada
Əlaqəli
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Tanos&oldid=7271327"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp