Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Tame Impala

Vikipediya, azad ensiklopediya
Tame Impala
Tame Impala 2019-cu ildə
Tame Impala 2019-cu ildə
Əsas məlumatlar
Üslubpsixodelik rok,alternativ rok,psixodelik pop[d],neo-psixodeliya[d],drim-pop[d],indi-rok
LeyblModular Recordings[d][1],Interscope Records[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tame ImpalaAvstraliya musiqiçisi və çoxalətli ifaçıKevin Parkerin psixodelik musiqi layihəsi. Studiya şəraitində Parker layihənin bütün musiqi materiallarını bəstələyir, səsyazmasını həyata keçirir, ifa edir və istehsalını təmin edir. Konsert fəaliyyəti zamanı "Tame Impala" heyətinə Parker (vokal partiyası, gitara, sintezator), Dominik Simper (gitara, sintezator), Cey Vatson (sintezator, vokal partiyası, gitara),Kem Eyveri (bas gitara, vokal partiyası, sintezator) və Culien Barbakallo (vokal partiyası) daxildir. Kollektiv, keçmiş "Tame Impala" üzvü Nik Olbrukun da təmsil olunduğu Avstraliya psixodelik rok qrupu "Pond" ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. İlkin mərhələdə "Modular Recordings" şirkəti ilə müqavilə imzalayan "Tame Impala" hazırda Amerika Birləşmiş Ştatlarında "Interscope Records" və Böyük Britaniyanın "Fiction Records" şirkətləri ilə əməkdaşlıq edir.

Parker layihəni ilk dəfə 2007-ci ildəPert şəhərində təsəvvür etmişdir. Bir sıra tək (sinql) və qısametrajlı albomlardan (EP) sonra "Tame Impala" qrupunun ilk studiya albomu olan "Innerspeaker" 2010-cu ildə işıq üzü görmüşdür. Album Avstraliyada qızıl sertifikatına layiq görülmüş və tənqidçilər tərəfindən müsbət rəy almışdır. Parkerin 2012-ci ildə təqdim etdiyi "Lonerism" albomu Avstraliyada platin statusuna yüksəlmiş və "Ən yaxşı alternativ musiqi albomu" nominasiyası üzrə "Qremmi" mükafatına namizəd olmuşdur. "Tame Impala"nın üçüncü albomu "Currents" 2015-ci ilin iyul ayında ictimaiyyətə təqdim edilmiş və sələfi kimi "Ən yaxşı rok albomu" və "İlin albomu" kateqoriyaları üzrə "ARIA" mükafatlarını qazanmışdır. Parker "Currents" albomunun ilk kompozisiyası olan "Let It Happen" əsərinə görə 2016-cı ildə "İlin mahnısı" nominasiyası üzrə "APRA" mükafatına layiq görülmüşdür. Qrupun dördüncü studiya albomu "The Slow Rush" 2020-ci il 14 fevral tarixində təqdim olunmuşdur. 2020-ci il "ARIA" musiqi mükafatları mərasimində "Tame Impala" beş mükafata sahib olmuşdur.

Diskoqrafiya

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Foto, video və audio
Tematik saytlar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Tame_Impala&oldid=8372636"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp