Taman yarımadası şimaldanTaman körfəzi (Azov dənizi), qərbdənKerç boğazı, cənubdanQara dəniz suları ilə yuyulur. Relyefi əsasən düzənlikdir, sahilləri körfəzlərlə parçalanmışdır. Üstəlik burada həm də çoxlu sayda palçıq vulkanlarına rast gəlmək olar. Antik dövrdə yarımada bir-birindən boğazlarla ayrılan adalar şəbəkəsindən ibarət olmuşdur. Yarımadanın relyefi, flora və faunasınaKuban deltası böyük təsir göstərir.
Yarımada ərazisində ilk insan izləriAlt paleolit dövrünə təsadüf edilir (2,1—1,8 mln il öncə)[1][2].
Kuban deltasının xəritəsi, 1870 il
Qədim dövrlərlə əraziSkiflər tərəfindən məskunlaşılmışdır. Antik dövrdə bölgə Bosfor çarlığının ərazinə daxil idi. Burara yunanlar, sarmatlar və yahudilər yaşayırdı. Yarımadada qədim yunan Germonassa və Fafaqor koloniyaları yerləşirdi.IV əsrdə yarımadaHunların, bir müddət sonra Böyük Bolqar xanlığının,VII əsrin ortalarından isəxəzərlərin hakimiyyəti altına keçmişdir.969-cu ildə Xəzər xaqanlığı Kiyev knyazlığı tərəfindən məğlub edildikdən sonra onların nəzarətinə keçir. Rusların burada təşkil etdikləri Tmutarakan knyazlığıXII əsrdə mövcudluğunu dayandırmışdır. Buraya artıq çərkəzlər və qismən abxazlar məskun olmuşdur.1239-cu ildə yarımada ərazisində yerləşən yaşayış yerlərinimonqollar darmadağın edirlər. Bundan sonra bölgə Genuyanın nəzarətinə keçmişdir. Onlar bölgəni1483-cü ilə qədər idarə edə bilmişdilər. Bölgəni sonradanKrım xanlığı idarə edir.1783-cü ildən idarəçilikOsmanlı imperiyasının nəzarətində olur.Rusiya-Türkiyə müharibəsi sonrası Rusiya imperiyasına birləşdirilir.II Yekaterina1788-ci ildə zaparoje kazaklarının Kerç və ya Taman yarımadasına yerləşdirilməsi haqda fərman verir.25 avqust1792-ci ilə dənizdən kazaklar yarımadaya köç edirlər.
Taman yarımadası zəngin neft və təbii qaz ehtiyyatlarına malikdir. Burada həttaanapait mirealı çıxarılır ki, onu bəzən tamait adlandırırlar. Burada inşa mərhələsində olan Taman limanı Rusiyanın cənubunda ən böyük limanlarından biri olmalıdır.
Yarımada iqtisadiyyatının əsası üzümçülük və şərabçılıqdır. Burada müxtəlix növ və çeşiddə şərab hazırlanır. Son zamanlar turizm inkişaf etmişdir.
↑Щелинский В. Е. Кермек — стоянка начальной поры раннего палеолита в Южном Приазовье // Фундаментальные проблемы археологии, антропологии и этнографии Евразии: К 70-летию академикаА. П. Деревянко. Отв. ред.В. И. Молодин,М. В. Шуньков. Новосибирск.