Tacikistan Vətəndaş Müharibəsi may 1992-də Tacikistanın Garm vəDağlıq Bədəxşan Muxtar Vilayətidə bəziİslamçı təbəqəsinin,Rəhman Nəbiyevin başçılıq etdiyi hökumətə qarşı başlatdığı qiyam nəticəsində ortaya çıxan vətəndaş müharibəsi. Müxalif təbəqəBirləşmiş Tacik Müxalifəti adı altında toplanmış,Özbəkistan vəRusiya isə hərbi olaraq Tacikistan hökumətinə dəstək vermişdi. 27 iyun 1997-dəMoskvada imzalanan sülh sazişlə sona çatan müharibədə 50.000–100.000 qədər adamın öldüyü, 1,2 milyon adamın isəmiqrasiya etdiyi təxmin edilir.[5][6]
Tacikistanda hökumət qüvvələri ilə keçmiş müdafiə nazirinin müaviniƏbdülhəlim Nəzərzadənin tərəfdarları arasında toqquşmalar2015-ci ilin sentyabr aylarında da davam etmişdir. Hökumət qüvvələrinin Ramit dərəsində keçirdyi əməliyyat zamanı azı 14 nəfər qiyamçı öldürülüb. Çoxlu sayda silah-sursat müsadirə edən hökumət qüvvələri Nəzərzadənin 31 tərəfdarını da həbs edib. Hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdühəlim Nəzərzadə rəhbərlik edir. Bu birbaşa dövlət çevrilişinə cəhd kimi qiymətləndirilsə də, Əbdülhəlim Nəzərzadəsosial şəbəkələr vasitəsilə yayımlanan məktubundadövlət çevrilişinə cəhd etmədiyini və ona qarşırepressiyaların prezident İmoməli Rahmon tərəfindən başladıldığını deyib.[7]