| Təlim təyyarəsi | |
|---|---|

Təlim təyyarəsi əsas etibariləpilotların və yaekipaj üzvlərinin uçuş vərdişlərini artırmaq məqsədilə istifadə olunantəyyarələrdir.

Bir sıra ölkələrin hərbi hava qüvvələrində təlim təyyarələri öz əsas məqsədləri ilə birlikdə, həmçinin döyüş əməliyyatlarında da istifadə olunur. Lakin, bu cür təyyarələrqırıcılara nisbətən qarşı tərəfdən gələcək hər hansı bir hücuma qarşı qorumalı olmadığı üçün müasir döyüş əməliyyatlarında istifadə olunması nəticəsində uğur qazanmaq da çətin olur.
Tarixən bəzi təlim təyyarələrinin hücum məqsədilə istismar olunan variantları da yaradılmışdır. Məsələn, XX əsrin ikinci yarısında Cənubi Afrikada baş vermiş sərhəd toqquşmalarındaİtaliya istehsalı olanAermacchi MB-326 təlim təyyarələriCAR Hərbi Hava Qüvvələrinin əsas zərbə gücü hesab olunurdu.[1]Çin istehsalı olanHongdu JL-8 təyyarəsi də aşağı intensivliyə malik döyüş əməliyyatlarında düşmən bölmələrinə hücum etmək məqsədilə hazırlanmışdır.[2][3] Buna baxmayaraq, qırıcılara nisbətən zəif təchiz olunmuş təlim təyyarələrinin gözlənilməz hücum əməliyyatında iştirak etməsi və ya xüsusilə də hücum edən tərəfin hava üstünlüyünü öz əlində saxlayacağına əmin olması bu təyyarələrin də uğur qazanmasına səbəb ola bilər.[4]
| VikianbardaTəlim təyyarəsi ilə əlaqəli mediafayllar var. |