Təbii peyk — cazibə qüvvəsinin təsiri ilə kosmosda başqa bir obyekt ətrafında müəyyən trayektoriya (orbit) üzrə fırlanan göy cismidir.
Günəş Sistemində ümumilikdə 423[1] məlum təbii peykdən ibarət altı planetar peyk sistemi mövcuddur. Astronomlar tərəfindən cırtdan planetlər hesab edilən yeddi obyektin də təbii peykləri olduğu məlumdur:Pluton,Salasiya,Haumea,Kvavar,Makemake,Qun-qun vəErida.[2] 2022-ci ilin yanvarına olan məlumata görə, təbii peykləri olduğu bilinən 447 digərkiçik planet var.[3]
Bir planet adətən onun orbitində olan hər hansı təbii peykdən ən azı təxminən 10.000 dəfə kütləyə və müvafiq olaraq daha böyük diametrə malikdir.[4] Yer-Ay sistemi, Günəş sistemində unikal bir istisnadır; eni 3,474 kilometr olan Ayın diametri, Yerin diametrinin 0,273 mislinə, kütləsi isə yerin kütləsinin kütləsinin təxminən 1⁄80-ə bərabərdir.[5]
"Peyk" anlayışı ilk dəfəİohann Kepler tərəfindən 1611-ci ildə Frankfurtda nəşr olunanNarratio de Iovis Satellitibus adlı əsərində istifadə edilmişdir.[6] Gündəlik həyatda peyklərə bəzən ay deyilir.
Beynəlxalq Astronomiya İttifaqı hələ ki, peyki ciddi şəkildə müəyyənləşdirməyib və bunun daha sonra həyata keçiriləcəyini bəyan edib.[7]