Tövrata 5 kitab daxildir: Yaradılış, Çıxış, Levililər, Saylar, Qanunun Təkrarı.
- Yaradılış. İki hissədən ibarətdir: birinci hissədə dünyanın yaranması və bəşərin qədim tarixindən, ikinci hissədə isə İsrail xalqının əcdadlarından bəhs olunur.
- Çıxış. Allahın xalqının Musanın rəhbərliyi altında Misir köləliyindən çıxmasını nəql edir.
- Levililər. Qədim İsrailin ibadət və dini mərasimlərindən bəhs edir.
- Saylar. Burada İsrail xalqının Sina səhrasında dolaşması və Kənan torpağına daxil olmağa başlaması təsvir olunur.
- Qanunun Təkrarı. Musanın xalqa verdiyi qanun və əmrləri və bu böyük peyğəmbərin ölümünü nəql edir.
Tövratın əsas surətləri "bütün imanlıların atası" İbrahim peyğəmbər və İsrail xalqının dini və ictimai quruluşunun əsasını qoyan böyük rəhbər Musa peyğəmbərdir.
Tövratda 613 əmr var ki, onlardan 248-i əməlləri, 365-i isə əməllərə qadağaları öyrədən əmrlərdir. 613 Tövrat əmrinin siyahısı 13-cü əsrdə Barselonada kimliyi məlum olmayan Levi qəbiləsindən olan bir yəhudi tərəfindən yazılmış “Təhsil Kitabı”nda (ivr. ספר החינוך) nizamlı şəkildə yazılmışdır və kitabın müəllifinin kimliyini gizlətmək üçün qəsdən niyyətin olması mümkündür.
Paraşa
Tövrat Paraşot adlanan 54 hissəyə bölünür. Hər Paraşa həftədə bir dəfə minlərlə il təkrarlanan sabit bir illik dövrədə oxunur. Bu adət “Paraşat Ha'Şavu'ha” adlanır, yəni, "həftənin hadisəsi".[2]
Paraşa Tövratın Qurandakısurəsinin qarşılığıdır.
Tam siyahı
Bereşit (Yaradılış), Noax, Lex-Lexa, Va'yera, Xəyey-Sara, Toldot, Va'yetse, Va'yişlax, Va'yeşev, Mi'ketz, Va'yigaş, Va'yehi,Şemot(Çıxış), Vaera, Bo, Beşalah, Yitro, Mişpatim, Teruma, Tetsave, Ki-Tesa, Va'yakhel, Pekudey,Vayikra(Levililər), Tsav, Şemini, Tazria, Metsora, Aharey-Mot, Kedoşim, Emor, Behar, Behukotay,Bamidbar(Saylar), Naso, Beha'alotkha, Şlah Lekha, Korax, Hukat, Balak, Pinxas, Matot, Masey,Devarim(Qanunun Təkrarı), Va'ethanan, Ekev, Re'eh, Şoftim, Ki-Tetse, Ki-Tavo, Nitsavim, Va'yeleh, Ha'azinu, VeZot-HaBrakha.
1947-ci ildə Qumran vadisində bədəvi Məhəmməd Əddib tərəfindən aşkar edilən dəri tumarlarına və ondan sonra 30 il boyunca təqribən 200 mağaradan tapılan 600-dən artıq əlyazmalara "Qumran tumarları" adı verilmişdir. Həmin tumarlar Tövrartın vəTanaxın əlyazmalarından ibarətdir. Qumran tumarları yəhudi Müqəddəs Yazılarının ən qədim əlyazmaları olduğu üçün[5]Bibliya mətnşünaslığı üçün böyük əhəmiyyət kəsb edir.
Ən qədim Tövrat yazıları
Tövratın ən qədim mətni qədim yəhudi şəhəri Yerusəlim yaxınlığındakı aparılan arxeoloji qazıntılarda tapılıb və eramızdan əvvəl VII əsrə aiddir.[6] Tövratdan ayələr yazılmış mis amuletdirSaylar 6-cı fəsil 22-27-ci ayələr:
"SonraYehovaMusaya dedi: Harunla oğullarına de,israillilərə bu sözlərlə xeyir-dua versinlər: Yehova səni saxlasın, səni nemət sahibi etsin. Yehova üzünə gülsün, sənə lütf göstərsin. Yehova üzünə baxsın, sənə salamatlıq versin. Onlar israillilərə xeyir-dua verəndə Mənim adımı çəksinlər ki, Mən onlara nemətlər nəsib edim".
Bu ayələr bu günə qədərsinaqoqlarda ibadət edənlərə xeyir-dua verənkahinlər tərəfindən oxunur.
Mələk sözü Uğarit, Həbəş, İbrani və Ərəb kimi Sami dillərdə "göndərmək" mənasını verən "lək" kökündən düzəlib xəbərçi, elçi, güclü, qüvvətli olan deməkdir. Söz Latın dilinə angelus, legatus, İngilis dilinə angel, Alman dilinə isə engel şəklində keçmişdir. İbranicə malahın Pers dilində qarşılığı angarosdur. Tanrı ilə insan arasında əlaqəquran varlıqlardır. Yaqub yoluna davam edərkən, Tanrının mələkləri ilə qarşılaşdı.(Yaradılış 32 / 1).
Bütün yəhudi məzhəbləri mələklərin varlığını qəbul edir. Yalnız Saduki məzhəbi qəbul etməyərək istisnalıq təşkil edir. Yahudu müqəddəs kitabında bilik və gücdə insandan üstün, Tanrının mesajını insanlara çatdırma və elçilik vəzifəsini yerinə yetirən varlıqlardan bəhs edilir. Əvvəlki Əhddə bu varlıqlar üçün malah sözündən başqa ilahi varlıqlar mənasına gələn Allah oğulları, müqəddəslər, qüdrətlilər, ilahlar və qullar terminləri də istifadə olunmuşdur. Daniel bölümündə mələklərdən və ilk dəfə böyük mələklərin adlarından bəhs edilir. Ayrıca olaraq ölüm mələyindən də danışılır. İkinci məbəd dönəmində mələklərlə ilgili inanc daha da dərinləşmişdir. Bunuapokrif əsərlərdə ve Əssanilərin yazılarında görmək mümkündür. Bu yazılarda birbirinden fərqli ve çeşidli işlər görən çoxlu sayda mələkdən danışılır, bu mələklər müxtəlif kateqoriyalara ayrılmışlar. Atəş, külək, bulud kimi təbiət hadisələrindən, mövsümlərdən və ilin her bir günündən sorumlu mələklər vardır. Büyük mələklər olaraq Uriel, Raquel, Rafael, Mixael, Qabriel, Sariyel ve Yeremielin adı keçməkdədir. Rabbinik mətnlərdə də mələklərdən bahs edilməkdədir. Mişnada mələklər heç keçməməklə birlikdeTalmud ve Midraşlarda mələklərin yaradılışına ve təsnifinə dair mübahisələr yer almaqdadır. Mələklərin yəhudi müqəddəs kitabının əsarət dövrü və sonrasında çox keçməsi qəhdani və iran təsiri ilə əlaqəlidir. Yahudilər Babil əsirliyi dövründə qəhdani və iranlıların təsirinə məruz qalmışlardır. Zərdüştlükdəki yaxşı və pis ruh anlayışı yəhudiliyə yaxşı və pis mələk şəklində keçdiyi kimi ruhların təsnifi də yəhudilikdə mələklərin təsnifini ortaya çıxarmışdır. Böyük mələklərdən Uriel, Raquel, Rafael, Mixael, Qabrielin adları keçir: bir insan səsini Ulay Kanalından: "Ey Cəbrayıl! röyanın nı anlama gəldiyini mənə açıqla" diyə səsləndiyini duydum. Cəbrayıl durduğum yerə yaxınlaşınca qorxudan yerə yıxıldım. Mənə "Ey İnsanoğlu!" dedi. " Bu röyanın sonla əlaqəli olduğunu anla." (Daniel 8 / 16,17).[7]