Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Suriya

Vikipediya, azad ensiklopediya
Bu məqalədəki və ya bölmədəkiməlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.(dekabr 2024)
Suriya
ərəb.سورية
BayraqGerb[d]
BayraqGerb[d]
Tarixi
 • Suriya Respublikası14 may 1930
 • Bəəs rejimi8 mart 1963
 • Suriya Konstitusiyası27 fevral 2012
Rəsmi dilləri
PaytaxtDəməşq
İdarəetmə formasıYarı prezident respublikası
PrezidentƏhməd əş-Şaraa
Baş nazirMəhəmməd əl-Bəşir
SahəsiDünyada 87-ci
 • Ümumi185,180 km²
 • Su sahəsi (%)1.1%
Əhalisi
 • Əhali22 mln nəfər (67-ci)
 • Siyahıyaalma (2019)17,070,035 nəf.
 • Sıxlıq118,3 nəf./km² (70-ci)
ÜDM(AQP)
 • Ümumi50.28 mln dollar
 • Adambaşına2.900$ dollar
ÜDM(nominal)
 • Ümumi (2014)24.6 mln dollar
 • Adambaşına831$ dollar
İİİ(2018)0.549 (azalış;157-ci)
DemonimSuriyalı
ValyutaSuriya funtu[3]
İnternet domeni.sy
ISO koduSY
BOK koduSYR
Telefon kodu+963
Saat qurşaqları
Nəqliyyatın yönüsağ[d][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suriya Ərəb Respublikası (ərəb.اَلْجُمْهُورِيَّةُ الْعَرَبِيَّةُ السُّورِيَّةُ‎) —Qərbi Asiyadadövlət. SuriyaYaxın Şərqdə yerləşənərəb dövlətidir. ŞimaldaTürkiyə, şərq və cənub-şərqdəİraq, cənubdaİordaniya, cənub-qərbdəİsrailLivanla həmsərhəddir. Ölkənin qərbində isəAralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəriDəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 22 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləriHələb,Hüms,Əl-Laziqiyyə.

1963-cü ildən 2024-ə qədər ölkəBəəs partiyası tərəfindən idarə edilib. 1970-ci ildən 2024-ə qədər dövlətin başında Əsəd ailəsindən biri olmuşdur. Suriyadakı sonprezident 1970-ci ildən 2000-ci ilədək ölümə qədər ölkəni idarə edənHafiz Əsədin oğluBəşər Əsəd idi.[5] mart 2011-ci ildəYaxın Şərqdəki dalğalanmalardan ictimai mitinqlərlə başa çatdı. Hökumət 29 mart 2011-ci ildə istefa verdi. İctimaiyyətin islahat istəməsi və onlarla insanın ölümü nəticəsində Məhəmməd Naci əl-Otaribaş nazir oldu. Hökumət formalaşana qədər Məhəmməd Nacan əl-Otari müvəqqəti olaraq Bəşşar əl-Əsəd tərəfindən baş nazir vəzifəsinə təyin edildi. Eyni gündə bir çox şəhərlərdə, xüsusilə dəpaytaxt Şam şəhərində on minlərlə nümayiş keçirildi.[6][7][8]

Coğrafi mövqeyi və iqlimi

[redaktə |vikimətni redaktə et]

Aralıq dənizinin şərqində Suriyanın qərbində dağlıq bir kütlə vardır. K-G istiqamətində uzananƏnsariyyə dağları TürkiyədəkiNur dağlarının bir davamı şəklindəAntilivan dağları olaraqİsrailə qədər sahil boyunca uzanır. 1000 metr yüksəklikdə olan bu dağlar, Suriyanın sahillərinə paralel olaraq dağların uzanması səbəbindən Suriyanın içərisinə dənizin daxil olmasına maneə törədir. Çöl şəraiti Suriyanın mərkəzində təsirli olur. Suriyanın cənubunda,Suriya səhrası yerləşir. Suriyanın 2/3 hissəsi səhralıqla örtülüdür.Aralıq dənizinin iqlimiAralıq dənizi sahillərində üstünlük təşkil edir. Kənd təsərrüfatı və heyvandarlıq xalqın əsas məşğuliyyətidir. Suriyanın yeraltı qaynaqları arasında neft və fosfat çox vacibdir.

Tarixi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Suriya tarixi

Əhali

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Suriya əhalisi

Suriyada yaşayanlar barədə məlumat eramızdan öncə VI minilliyə aid edilir. Laziqiyyə şəhərinin 15 km-də Uqarit adlanan qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Qədim suriyalıların əsas məşğuliyyəti əkinçilik və maldarlıq olub. Ölkənin şimalında qədim karvan yollarının kəsişdiyi ərazilərdə yaşayanlar isə sənətkarlıq vəticarətlə məşğul olmuşlar. Onlar Ön Asiyada mövcud olan tayfa və qəbilələrin dillərində danışırdılar. Bu dillərin əksəriyyəti semit qrupuna aid idi. Eramızın VII yüzilliyindən etibarən Suriyada ərəb dili, İslam dini və mədəniyyəti güclü kök salıb inkişaf edə bilmişdir.2005-ci ilə olan məlumatlara əsasən Suriyada 20 mln nəfərə yaxın adam yaşayır. Təqribən 2 mln. suriyalı xaricdə işləyir. Müasir Suriya təbii artımı böyük olan ölkələrdən biridir. 1990-2005-ci illərdə orta illik artım 3 faizə yaxın olmuşdur. Orta ömür müddəti 69 ildir (kişilər üçün 68, qadınlar üçün 70 yaş). Etnik tərkibinə görə əhalinin 90 faizi suriyalı ərəblərdir. Azlıqda qalan xalqlar içərisində kürdlər üstünlük təşkil edir. Ölkədə ermənilər də məskən salmışlar. Kürdlər ölkənin şimalının dağlıq rayonlarında Hələb və Həsəkə vilayətlərində yaşayır. Son illərdə şəhərlərə köçüb gələn kürdlərin sayı artmır. Kürdlər indiyədək öz qəbilə-tayfa quruluşlarını qoruyub saxlaya bilmişlər. Dövlət dili – ərəb dilidir. Dövlət dini sünni məzhəbli İslam dinidir. Dindarların təqribən 80 faizə yaxını bu dinə etiqad bəsləyirlər. Əhalinin bir qismi ələvilər və druzlardır. Əhalinin təqribən 10 faizi xristian məzhəblidir. Ölkənin yaşlı əhalisinin təqribən 75 faizi savadlıdır. Ən böyük ali təhsil ocaqları Dəməşq, Hələb, Hims və Laziqiyyə şəhərində yerləşmiş universitetlərdir. Suriya əhalisi ərazi üzrə qeyri-bərabər yerləşmişdir. Orta hesabla hər kv. km-ə 110 nəfərə yaxın adam düşür. Əhalinin böyük bir qismi ölkənin qərbindəki əyalətlərdə və Aralıq dənizinin sahilində yaşayır. Burada sıxlıq hər kv. km-ə 700 nəfərdən çoxdur. Suriya səhrasında daimi yaşayış məskənləri ancaq Fərat çayı dərəsində və yeraltı sular üzə çıxan vahələrdədir. Suriyada daxili və xarici miqrasiya mövcuddur. Daxili miqrasiyalar əsas etibarilə kənd yerlərindən şəhərlərə və əksinə, əhalisi sıx olan əyalətlərdən əhalisi seyrək olan əyalətlərədir. Suriyalıların bir qismi əsas etibarilə iş axtarmaq məqsədi ilə Avropa və Amerika ölkələrinə müharicət etmişlər. Suriya Ərəb Respublikasında yaşayanların təqribən 60 faizini şəhərlilər, qalanlarını isə kənd yerlərində yaşayanlar təşkil edir. Ölkədə əhalisinin sayı 300 min nəfərdən artıq olan altı şəhər (Dəməşq, Hələb, Hims, Həmat, Deyr-əz-Zur və Laziqiyyə) var. On üç şəhərin əhalisi 50 min, 45 şəhərin əhalisi isə 10 min nəfərdən çoxdur. Şəhərlərdə yaşayanların 80 faizi mühəfəzə (əyalət) mərkəzinin əhalisidir.

Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb.
Əhali sayının statistikası (1960 tarixindən2024 tarixinədək)
İlSayı
19604.592.777[9]
19614.742.596[9]
19624.897.428[9]
19635.057.825[9]
19645.224.579[9]
19655.398.333[9]
19665.579.283[9]
19675.767.478[9]
19685.963.248[9]
19696.166.933[9]
19706.378.802[9]
19716.599.366[9]
19726.828.765[9]
19737.066.474[9]
19747.311.685[9]
İlSayı
19757.564.000[9]
19767.822.610[9]
19778.088.148[9]
19788.363.346[9]
19798.651.904[9]
19808.956.156[9]
19819.277.280[9]
19829.613.572[9]
19839.960.919[9]
198410.313.558[9]
198510.667.245[9]
198611.020.570[9]
198711.374.437[9]
198811.729.760[9]
198912.088.336[9]
İlSayı
199012.451.539[9]
199112.818.302[9]
199213.187.960[9]
199313.562.742[9]
199413.945.646[9]
199514.338.240[9]
199614.746.306[9]
199715.168.523[9]
199815.591.261[9]
199915.995.760[9]
200016.371.208[9]
200116.700.984[9]
200216.994.676[9]
200317.298.476[9]
200417.676.012[9]
İlSayı
200518.294.611[9]
200618.914.977[9]
200719.632.806[9]
200820.325.443[9]
200920.824.893[9]
201021.018.834[9]
201120.863.993[9]
201220.420.701[9]
201319.809.141[9]
201417.064.854
201718.269.868[10]
201818.284.407
201918.499.181
202322.933.531[11]
202423.865.423[11]
  • Suriya Mərkəzi Statistika Bürosunun son rəsmi məlumatına əsasən 31. dekabr 2011 tarixinə ölkənin daimi əhalisinin sayı 21,377,000[12] nəfərdir.

Etnik tərkib

[redaktə |vikimətni redaktə et]

Suriyada təxminən 22 milyon əhali yaşayır. Suriyaərəblərindən başqa, bu ölkədə Suriyatürkəmənləri, Suriyakürdləri,livanlılar,fələstinlilər,iordaniyalılar, az sayda isəmaltalılar bu ölkənin vətandaşlarıdır.

İqtisadiyyat

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Suriya iqtisadiyyatı

İqtisadiyyatın aparıcı sahələrini ələ keçirən Suriya hökuməti planlı inkişaf yolunda ilk addımlarını atmağa başladı. İlk beşillik planın (1961–1965) yerinə yetirilməsi üçün iqtisadiyyata 2,7 mlrd. Suriya funtu məbləğində kapital qoyulmuşdu. Bu plana görə ölkənin ümumi sənaye artımı hər il 7 faizdən az olmamalı idi.[13]

Danışılan dillər

[redaktə |vikimətni redaktə et]

Rəsmi dil ərəb dilidir. Müasirərəb dialektindən istifadə olunur. Ölkənin şimal qərbindəkürdtürk dillərindən istifadə olunur.

Dini vəziyyət

[redaktə |vikimətni redaktə et]

Suriyada əhalinin əksər hissəsini (90%-dən çox)müsəlmanlar təşkil edir, ölkədəxristianlar (7%) da vardır.İslam ardıcıllarının çoxu hənəfi və digər məzhəbli sünnilərdir (74%). Onlardan başqa əsasənLaziqiyyədə yaşayannüseyrilər (12%),Əs-Süveydada yaşayan dərzilər (3%) — hər iki vilayətdə sünnilər azdır – Sələmiyyədə rast gəlinənismaililər (38 min), ortodoksal şiə-imamlar (15 min) da mövcuddur.Sünnilər, əsasən, ərəblərin böyük hissəsi vəkürdlər,türkman,çərkəzlər və çeçenlərdir.Şiələr isə ərəblərin bir hissəsi və farslardır.

Xristianlar arasında rumi ortodokslar (300 min nəfər) vəkatoliklər (205 min nəfər, rumi katoliklər, süryani katoliklər, erməni-katoliklər, marunilar, xaldo-katoliklər, latın ənənəli katoliklər). Bunlardan başqa, erməni-qriqoryanlar (150 min nəfər), süryani ortodokslar (125 min nəfər), nəsturilər (20 min nəfər), protestantlar (20 min nəfər, presvitreianlar, Yaxın Şərqdə erməni Yevanqelist kilsələri Birliyinin ardıcılları, anqlikanlar, yeddinci günün adventistləri və s.) da yaşayırlar.Xristianlıq əsasənərəblər arasında yayılıb, eyni zamanda assuriyalılar vəermənilər arasında da mövcuddur. Digər dinlərin ardıcıllarındanyezidilər (10 min nəfər, kürdlərin bir hissəsi) və iudaistlər (4,5 min nəfər) vardır.

İnzibati bölgü

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Suriya mühafazlarının əhalisi

Suriya inzibati cəhətdən 14 muhafazlığa, muhafazlıqlar 60 məntəqəyə, məntəqələr isə öz növbəsində 206 nahiyyəyə bölünür .

Suriya Ərəb Respublikasının muhafazlıqları :

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12سوريا.. اعتماد التوقيت الصيفي على مدار السنة.Enab Baladi, 2022.
  2. 12Permanent daylight saving time in Syria.Time.is, 2022.
  3. Zakrt A.History of the Syrian Pound - Wanabqa (ing.). 2022.
  4. ChartsBinWorldwide Driving Orientation by Country.
  5. Baath PartyArxivləşdirilib 2008-04-21 at theWayback Machine The Columbia Encyclopedia Sixth Edition 2001–05. Retrieved 2007,06–13.
  6. "Arxivlənmiş surət".10 dekabr 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 mart 2019.
  7. http://hurarsiv.hurriyet.com.tr/goster/ShowNew.aspx?id=17405752[ölü keçid]
  8. "Arxivlənmiş surət".10 dekabr 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 mart 2019.
  9. 123456789101112131415161718192021222324252627282930313233343536373839404142434445464748495051525354World Bank Open Data.Dünya Bankı.
  10. World Bank Open Data.Dünya Bankı.
  11. 12https://www.cia.gov/the-world-factbook/countries/syria/.
  12. Syrian Arab Republic Office Of Prime Minister —Central Bureau Of Statistics :Estimates of Population actually living in Syria by governorate and sex (000) * on 31/12/2011, Table 3/2---or---تقدير عدد السكان المتواجدين في سورية حسب المحافظة والجنس (بالألف)* في31 / 12 / 2011Arxivləşdirilib 2012-07-12 atArchive.today: The number doesn’t include syrian population abroad
  13. "Рейтинг стран мира по уровню валового национального дохода на душу населения".29 dekabr 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 noyabr 2018.

Mənbə

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
⛭
Suriya mövzularda
Suriya
⛭
⛭
Üzv ölkələr
Müşahidəçi ölkələr
Müşahidəçi təşkilatlar
⛭
Ərəb Dövlətləri Liqası
Üzvləri
Keçmiş üzvləri
 Suriya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Suriya&oldid=8283303"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp