Sundarban —Hindistan iləBanqladeşin sərhədində yerləşən dünyanın ən böyükmanqrovmeşəsidir. Adı, Benqal dilindəgözəl meşə mənasını verən meşənin Hindistandakı hissəsimilli park elan edilmişdir.
Sundarban meşəsiQanq çayının dənizə töküldüyü yerdə yerləşir.Qanq çayı buradadelta əmələ gətirmişdir. Bu səbəblə bu bölgədə çoxlu sayda xırda ada vəbataqlıq əmələ gəlmişdir. Bölgədə dəniz suyunun duzlu olması ilə əlaqəli burada duzlu su heyvanlarına rast gəlmək mümkündür.
Sundarman sözü benqal dilində "Gözəl meşə" mənasını verir ( Shundôr "gözəl" və BON "meşə"). Bəzi mənbələrdə meşənin adı Shomudrobôn ( "Dəniz Meşəsi") və ya Chandra-bandhe (qədim bir qəbilə adı) mənası verdiyi düşünülür.
Sundarban Milli Parkı 1973 ilində Sundarban meşəsindəBenqal pələngini qorumaq məqsədi ilə qoruq olması qərara gəlinmiş sonra 4 may 1984-də isə Milli Park elan edilmişdir. Sundarban meşəsi həmçinin 1997-dəÜmumdünya irsi siyahısına daxil edilmişdir.[1]
Sundarbanın əvəz olunmaz təbiəti vardır. Dünyanın ən böyük manqrov meşələrindən biri olan Sundarbanda ümumi 245 cins və 334 bitki növü qeydə alınmışdır.Sundari ağacı (Heritiera littoralis) bu bölgədə çox yayıldığı üçün adını buradan almışdır.[2]
Benqal pələnginin (Panthera tigris tigris) əsas yaşadığı bölgədir.Benqal pələngi ilə yanaşı burada müxtəlifquş növləri,ceyranlar,timsahlar,meymunlar vepiton ilanları, sutısbağaları vekərtənkələlər yaşayır.
Əvvəllər bu bölgədəcamış,kərgədan veceyran olmasına baxmayaraq indi onların nəsli kəsilmişdir. Bu səbəblə burada yaşayan pələnglər tez-tez öz meşələrindən ayrılıb insanlara hücum edirlər. İldə təxmini 1 və 50 arası insan ölümü müşahidə olunur.
Son illərdəBenqal pələnginin nəsli kəsilmə təhlükəsi yaramışdır.Banqladeş və Hindistan hökuməti 2011-ci və 2015-ci illərdə Sundarbanda təxmini 180 pələngin olduğunu bildirdi. Beləliklə Hindistana 106 pələng, Banqladeşə isə 74 pələng düşür.[3][4][5]