Stratosferdə su buxarı olmadığından burada buludlar yaranmır. Stratosferdə 15–35 km arasında qalınlığı 20 km olanozon qatı yerləşir.Ozon qatı Yerdəki canlıları məhvedici kosmik şüalardan vəGünəşin ultrabənövşəyi şüalarından qoruyur. 1986-cı ildəAntarktida üzərində, 2–3 il sonra subtropik qurşaqda, 1992-ci ildə mülayim qurşaq üzərində ozon qatının deşilməsi müşahidə edilib. Ozon qatının nazilməsinə səbəb hərbi təyyarələrin çox yüksəkdən uçması, atmosferdə kükürd qazının artması, soyuducu və aerozollarda freon qazından istifadədir. Bu səbəbdən ozon qatı ildə 5–7% azalır.