Stokholm (isv.Stockholmⓘ[stɔkːhɔlm]) —İsveç Krallığının paytaxtı.Melaren gölünün şərq sahilində yerləşir. Əhalisi 2.000.000-a yaxındır. 6.519 km² ərazisi olan metropoliya ərazisində isə əhalinin sayı 2 milyon nəfərdir.2009-cu ilin statistikasına görə İsveç əhalisinin 22 faizi Stokholm metropoliyasında yaşayır. Kralın iqamətgahı, Beynəlxalq Arlanda aeroportu, Hökumət binası vəriksdaq bu şəhərdə yerləşir.2008-ci ildə 1.1 milyon turistin ziyarət etdiyi Stokholm Skandinaviyada 2-ci ən çox turist qəbul edən şəhər olmuşdur (1-ci yerdəKopenhagen).[4] Bəzən Stokholmu "Şimalın Venesiyası" adlandırırlar.
Bu şəhər haqqında ilk məlumat Aqnafit haqqında saqada rast gəlinir. Burada ilk yaşayış məntəqəsi1187-ci ildə tikilmişdir. Stokholm haqqında ilk yazılı məlumata1252-ci ildə rast gəlinir. İlk vaxtlar İsveçi xarici hücumlardan qorumaq üçün hərbi obyekt vəzifəsini yerinə yetirən Stokholm sonradanBaltik dənizi ölkələri ilə ticarətin nəticəsində sürətlə böyüməyə başladı. Həmin vaxtlar StokholmHamburq,Riqa,Qdansk və başqa şəhərlərlə sıx ticarət əlaqələri saxlayırdı.1296-cı ildən şəhər şurası fəaliyyət göstərməyə başladı. Şuranın 24 üzvü var idi və bunların yarısı şəhərin almandilli əhalisi içindən seçilirdi. Şura1478-ci ilə qədər mövcud olub. 15-ci əsrin sonlarından etibarən Danimarka bu şəhərə davamlı hücumlar etməyə başlayır.1520-ci ildəDanimarka kralıII Kristian şəhərə daxil olur. O şəhərə daxil olduqdan sonra orada böyük qırğınlar törədir. Bu faciə İsveçinKalmar Birliyindən çıxmasının əsas motivi olmuşdur.1523-cü ildə paytaxtı Stokholm olan İsveç krallığı yaranır. Həmin vaxt şəhərin əhalisi 5.000-7.000 nəfər arasında idi və əhalisinin sayına görə İsveçdə ən böyük şəhər olmasına baxmayaraq, bu göstəricisinə görəAvropanın əksər böyük şəhərlərindən geri qalırdı. Təxminən 1600-cü ildə Stokholmun əhalisi 10.000 nəfərə çatır. Həmin dövrdə şəhərin əhalisinin böyük hissəsialmanlar vəfinlərdən ibarət idi.
Köhnə şəhər Gamla Stan əsas olaraq Stadsholmen adasında yerləşir. Bu şəhər dar küçələrdən ibarətdir. Burada Kral sarayı, Nobel muzeyi, alman kilsəsi, Storkyrkan və ya zadəganların evi kimi fərqli maraqlara xitab edən strukturlar var.
Djurgarden Stokholmun adalarından biridir. Şəhərdə turistlərin marağına səbəb olan Vaza Muzeyi, Skansen, Şimal muzeyi, Gröna Lund əyləncə parkı yerləşir. Mariatorget meydanı, Norrmalm, Östermalm, Kungsholmen və Skepsholmen Kral sarayı (Kunglika Slotett) və xəzinəsi, Alexandre Tyska Kyrkan Kilsəsi, Milli Muzey (Historiska Museet), Milli İncəsənət Muzeyi, Gustave malikanəsi də çox bəyənilən yerlərdəndirlər[5].
Stokholm incəsənət baxımından olduqca inkişaf etmiş şəhərdir. Burada 70 muzey və təxminən 100 sənət qalereyası var. Şəhərin batan bir gəmisini dıniz altından çıxararaq muzey halına gətirmişlər. Stokholmun ən çox ziyarət edilən yeri olan bu muzey Vaza Muzeyi adlanır. Gəmi çox yaxşı qorunmuş və turistlərin rahatca gəzə bilməsi təmin edilmişdir.