Bu məqalənivikiləşdirmək lazımdır. Lütfən, məqaləniümumvikipediya vəredaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
("Start" menyusu) Windowssisteminin əsas menyusu —tapşırıqlar panelində "Start" düyməsinin basılmasıyla və yaklaviaturadaWindows loqotipi işarələnmiş klavişin sıxılmasıyla ekrana gələnMicrosoft Windows menyusudur. Burası proqramların icrası üçün mərkəzi göndərilmə nöqtəsidir. İlk dəfə Windows 95 versiyasında çıxmışdır. Windows XP versiyasından başlayaraq, iki seçimə malikdir:"Klassik" — Windows ME/2000/98/95 versiyalarında çıxmışdır.
"Standart" — Windows XP, Windows Vista defolt seçimdə təqdim olunur. Windows 7 versiyasında yalnız "Standart" menyu təqdim ounur "Klassik" seçim olmur.
İş masasının bəzimühitlərində (məsələn,GNOME,Xfce, IceWM, FVWM 95, JWM, QVWM,KDE Plasma, LXDE, XPWM) analoji menyu var.
"Start" menyusu Windows 8-də sistemin yeni Metro-interfeys hissəsi olan "Start" ekranı ilə əvəz edilmişdi.
Windows 10-da, Windows 7-in "Start" menyusu və 8-in "Start" ekranı birləşdiriliblər. Menyunun sol hissəsində tətbiqlərin siyahısı, sağ tərəfində isə tiles-lar vardır.