Sony Mobile Communications AB (keçmişSony Ericsson Mobile Communications AB) — transmilli mobil telefon istehsalçısı.Sony şirkətinin bölməsi. Mərkəz-qərargahıYaponiyanın paytaxtıTokioda yerləşir.
Əsası Sony Ericsson adı altında və ortaq şirkət formasında 1 oktyabr 2001-ci ildə Sony şirkəti vəİsveçin telekommunikasiya avadanlığı istehsalçısı olanEricsson şirkəti tərəfindən qoyulmuşdur. 2012-ci il 16 fevral tarixində Sony şirkəti Ericssonun şirkətdəki payını satın almışdır.
Sony Mobile Communications şirkətininTokio (Yaponiya),Çennai (Hindistan), Lund (İsveç),Pekin (Çin) vəSilisium vadisində (ABŞ) tədqiqat və istehsal mərkəzləri var. Dünya bazarındakı payı baxımından Sony Mobile 2012-ci ilin I rübünün nəticələrinə görə dünyanın 10-cu böyük mobil telefon istehsalçısı və 2012-ci ilin 3-cü rübündə dünyanın 3-cü böyük smartfon istehsalçısıdır.