Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Siren

Vikipediya, azad ensiklopediya
klassik yunan cənazə heykəli çardaqda siren, təq. 370 BC
Çardaqda klassik yunan cənazə heykəli

Yunan mifologiyasındaSiren və yasirenalar (q.yun.Σειρήν,Seirḗn; cəmdə:q.yun.Σειρῆνες, Seirênes) — insanabənzər dişi varlıqlar, cazibədar səsləri ilə tanınırlar. OnlarOdisseya əsərində təsvir olunur; buradaOdissey dənizçilərinin həyatını xilas edir.[1] Roma şairləri onlarıSirenum Skopuli adlı kiçik adalarda yerləşdirirdilər. Sonralar bəzi rasional izah edilən ənənələrdə, "çiçəkli"Antemoessa (və ya Antemusa) adasının coğrafi mövqeyi müəyyən edilmişdir:[2] bəzən Pelorum burnu, bəzən də Paestum yaxınlığında yerləşənSirenuse adaları və ya Kapri adası kimi göstərilmişdir. Bu ərazilərin hamısı qayalıq və uçurumlarla əhatələnmişdi.[3]

Sirenalar orta əsrlər dövründə xristian incəsənətində qadının təmsil etdiyi təhlükəli cazibənin simvolu kimi istifadə olunmağa davam etmişdir. "Siren" sözü həmçinin cazibədar və eyni zamanda təhlükəli hesab edilən qadınlar üçün jarqon kimi işlədilir.[4]

Etimologiyası

[redaktə |vikimətni redaktə et]
Siren şəklində arxaik ətirli vaza,təq. 540 BC

Sirenaların adının etimologiyası mübahisəlidir. Robert Biks bu adın yunan mənşəli olmadığını irəli sürmüşdür.[5] Digərləri isə bu adıσειρά (seirá, "ip, kəndir") vəεἴρω (eírō, "bağlamaq, birləşdirmək") sözləri ilə əlaqələndirirlər. Bu mənada "bağlayan, dolaşdıran" mənasını verə bilər, yəni mahnıları ilə insanları özlərinə cəlb edib "bağlayan" varlıqlar kimi təsvir olunurlar.[6] Bu izah Odisseya əsərində Odisseyin sirenaların mahnısına tab gətirmək üçün gəminin dirəyinə bağlanması səhnəsi ilə əlaqələndirilir.[7]

Sirenalar sonralar tez-tezsu pərisi (mermaid) anlayışı ilə eyniləşdirildi və insan yuxarı bədəninə, balıq quyruğuna malik varlıqlar kimi təsvir edilməyə başladı. Bu təsvir xüsusilə orta əsrlərdə məşhurlaşdı. Sirenalar haqqında bu qarışıqlıq orta əsr "Fiziologus" və bestiariyalar vasitəsilə yayılmışdır.[8]

İkonoqrafiya

[redaktə |vikimətni redaktə et]

Antik dövr ikonoqrafiyası

[redaktə |vikimətni redaktə et]
Mirina şəhərində tapılmış ağlayan sirena heykəlciyi (e.ə. I əsr)

Yunan mifologiyasında sirenalar ilk dəfəHomerin Odisseya əsərində xatırlanır.[9] Homer onların fiziki xüsusiyyətlərini təsvir etmədiyindən, oxucular onların görüntüsünü öz təsəvvürlərinə buraxırdılar.Apollonius Rodios (e.ə. III əsr) "Arqonavtika" əsərində sirenaları qadın-quş qarışığı kimi təsvir edən ilk yazıçı olmuşdur.

E.ə. VII əsrdən etibarən sirenalarincəsənətdə insan başlı quşlar kimi təsvir olunmağa başlandı. Onların təsviri Misir dinindəki ba-quşuna bənzəyirdi. Erkən Yunan sənətində sirenalar adətən böyük quş bədəninə, qadın başına, lələklərə və pulcuqlu ayaqlara malik varlıqlar kimi göstərilirdi. Sonralar isə insan yuxarı bədəni və quş ayaqları ilə qanadlı və ya qanadsız varlıqlar kimi təsvir edilirdi.[10]

Onlar tez-tez lira,kifara və yaavlos (musiqi alətləri) çalaraq göstərilirdi.[11] X əsrə aid Bizans lüğəti olan "Suda"da sirenaların ya sinəsindən yuxarı hissəsinin sərçəyə, aşağısının isə qadına bənzədiyi, ya da onların qadın sifətli kiçik quşlar olduğu bildirilir.[12][13]

Əvvəlcə sirenalar həm kişi, həm də qadın kimi təsvir olunurdu, lakin e.ə. V əsrdən etibarən kişi sirenalar sənətdən yox olmuşdur.[14]

Erkən sirena-su pəriləri

[redaktə |vikimətni redaktə et]

Təxminən 1235-ci ilə aid ingilis bestiarisindən bir miniatura – dənizçiləri ovsunlamağa çalışan sirena və bəzi klassik dövr nümunələrində sirenalar artıq su pərisi kimi təsvir olunmuşdu.[15][16]

Sirenalar e.ə. III əsrə aid bəzi təsvirlərdə "tritonessalar" (dişi tritonlar) kimi göstərilmişdir. Afina şəhərində tapılmış torpaq qab üzərində sirenalar su pərisi kimi təsvir olunmuşdur. Roma dövrünə aid terrakota yağ lampasında sirenalar su pərisi formasında təsvir edilmişdir. Sirenanın ilk dəfə su pərisi kimi təsvir edildiyi məlum olan yazılı mənbə VIII əsrə aid "Liber Monstrorum" (Latın-canavarlar kitabı) əsəridir. Burada sirenalar haqqında "onlar gənc qızlar kimi görünürlər... lakin balıq pulcuqlu quyruğa malikdirlər" yazılmışdır.[17]

Orta əsrlər ikonoqrafiyası

[redaktə |vikimətni redaktə et]

Orta əsrlərdə sirenalarFizioloqus və onun davamı olan bestiariyalar adlı illüstrasiyalı əlyazmalarda təsvir olunurdu. IX əsrə aid Berne Fizioloqusunda sirena yarı qadın, yarı balıq kimi təsvir edilmişdir. Bununla belə, bəzi təsvirlərdə sirenalar qanadlı və caynaqlı quş-balıq hibridləri kimi göstərilməyə davam edirdi.

Klassik ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

Nəsil şəcərəsi

[redaktə |vikimətni redaktə et]

Sofoklun bir fraqmentinə görə, sirenaların atası Forkis idi, lakin onlar adətənAhelos çayı tanrısının qızları kimi tanınırdılar. Onların anaları isə müxtəlif mənbələrdə fərqli adlarla qeyd olunur,:[18]

  • Terpsixora (Musa)
  • Melpomene (Musa)
  • Kalliope (Musa)
  • Sterope (Kral Portayonun qızı)

EvripidinHelen pyesində Helen öz dərdini "qanadlı bakirələr, Yer qızları (Xton)" deyə çağıraraq sirenalardan kömək istəyir. Onlar dənizçiləri ovsunlamaqla məşhur olsalar da, yunanlar sirenaları çiçəklərlə bəzənmiş çəmənlikdə təsvir etmiş və dəniz tanrıları kimi qəbul etməmişdilər.[19]

Epimenid isə sirenaların Okeanos və Ge adlı tanrılardan törədiyini iddia etmişdir. Sirenalar Odisseyada və digər yunan əfsanələrində tez-tez xatırlanır.[20]

Sirenaların adları

[redaktə |vikimətni redaktə et]

Sirenaların sayı fərqli mənbələrdə 2-dən 8-ə qədər dəyişir. Homer onların sayını iki kimi göstərir. Daha sonrakı mənbələrdə adları belə qeyd olunur:[21][22]

  1. Peisinoe, Aglaope, Thelxiepeia
  2. Aglaonoe, Aglaopheme, Thelxiepeia
  3. Parthenope, Ligeia, Leucosia
  4. Thelxinoe, Molpe, Aglaophonos
  5. Thelxiepeia, Peisinoe, Ligeia
  6. Teles, Raidne, Molpe, Thelxiope

Bir qədim vaza üzərində isə Himerope və Thelxiepeia adlarına rast gəlinmişdir.

Mifologiya

[redaktə |vikimətni redaktə et]

Demeter

[redaktə |vikimətni redaktə et]
Kanosa Sireni, psixopomp xüsusiyyətlərini nümayiş etdirən heykəlcik, eramızdan əvvəl IV əsrin sonları.

Ovidiusun (e.ə. 43 – e. 17) yazdığına görə, sirenlər gəncPersefonanın yoldaşları idilər. Demeter, Hades tərəfindən qaçırıldıqdan sonra Persefonu axtarsınlar deyə, onlara qanadlar verdi.[23] Lakin Hyqinusun (e.ə. 64 – e. 17) "Fabulae" əsərində Demeterin sirenləri Persefonun qaçırılmasına mane ola bilmədikləri üçün lənətlədiyi bildirilir. Hyqinusa görə, sirenlər yalnız onların mahnılarını eşidən insanlar yanlarından sağ-salamat keçə bilənə qədər yaşamağa məhkum idilər.[24]

Muzalar

[redaktə |vikimətni redaktə et]

Bir əfsanəyə görə, tanrıların kraliçası Hera sirenlərimuzalarla mahnı yarışına girməyə inandırır. Muzalar yarışmada qalib gəlir və sirenlərin bütün lələklərini yolub, onlardan özlərinə tac düzəldirlər.[25] Bizanslı Stefanın yazdığına görə, sirenlər yarışda uduzduqlarına görə ağarır və Aptera ("lələksiz") yaxınlığındakı dənizə düşərək, Lükey ("ağlar") adlanan adaları əmələ gətirirlər.[26]

Arqonavtika

[redaktə |vikimətni redaktə et]

E.ə. III əsrə aid "Arqonavtika" əsərində Yasona Kiron tərəfindən xəbərdarlıq edilir ki, onun səfəri üçün Orfey vacib olacaq. Orfey sirenlərin səslərini eşidəndə öz lirini götürüb elə gözəl musiqi ifa edir ki, onların səsləri batır. Lakin gəmi heyətindən iti qulaqlı qəhrəman Butes sirenlərin mahnısını eşidir və dənizə tullanır, lakin onu Afina ilahəsi xilas edir.[12]

Odisseya

[redaktə |vikimətni redaktə et]

Odissey sirenlərin ona nə oxuduğunu bilmək istəyirdi.Kirkenin məsləhəti ilə, dənizçilərinin hamısının qulaqlarını mumla bağlatdırır və özünü gəminin dirəyinə bağlatdırır.[27] O, sirenlərin möhtəşəm mahnısını eşidəndə əmr edir ki, onu buraxsınlar, lakin dənizçilər onu daha möhkəm bağlayırlar. Onların mahnılarının təsirindən çıxdıqdan sonra Odissey qaşlarını çataraq azad olunmaq istədiyini bildirir. Bəzi sonrakı müəlliflər qeyd edirlər ki,[13] sirenlər, əgər kim isə onların oxuduqlarını dinləyib xilas olsaydı, ölməyə məhkum idilər və Odissey keçəndən sonra onlar özlərini dənizə ataraq həlak oldular.[28]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Scholiast on Homer,Odyssey 12.168 with Hesiod as the authority, translated by Evelyn-White
  2. Strabo i. 22; Eustathius of Thessalonica's Homeric commentaries §1709; Servius I.e.
  3. "We must steer clear of the sirens, their enchanting song, their meadow starred with flowers" is Robert Fagles's rendering ofOdyssey 12.158–9.
  4. "Siren". dictionary.cambridge.org. Cambridge Dictionary.İstifadə tarixi:27 February 2024.
  5. Cf. theentry in Wiktionary and theentry in theOnline Etymology Dictionary.
  6. Robert S. P. Beekes,Etymological Dictionary of Greek, Brill, 2009, p. 1316 f.
  7. Lectura Dantis: Purgatorio. Allen Mandelbaum, Anthony Oldcorn, Charles Ross. Berkeley: University of California Press. 2008.ISBN 978-0-520-94052-9.OCLC 193827830.
  8. Homer,Odyssey, book 12.
  9. Mittman, Asa Simon; Dendle, Peter J.The Ashgate research companion to monsters and the monstrous. London: Routledge. 2016. səh. 352.ISBN 9781351894326.OCLC 1021205658.
  10. "Suda on-line".2015-09-24 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2010-01-30.
  11. Tsiafakis, Despoina."Pelora: Fabulous Creatures and/or Demons of Death?". The Centaur's Smile: The Human Animal in Early Greek Art. 2003: 73–104.
  12. 12Apollonius Rhodius,Argonautica IV, 891–919. Robert Cooper Seaton ed., tr. (2012),p. 354ff.
  13. 12Knight, Virginia.The Renewal of Epic: Responses to Homer in the Argonautica of Apollonius. E. J. Brill. 1995. səh. 201.ISBN 9789004329775.
  14. "CU Classics – Greek Vase Exhibit – Essays – Sirens". www.colorado.edu.2016-06-25 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2017-10-20.
  15. Şablon:Harvp, quoting Orchard (1995)'s translation.
  16. Orchard, Andy."Etext: Liber monstrorum (fr the Beowulf Manuscript)". members.shaw.ca.2005-01-18 tarixindəorijinalından arxivləşdirilib.
  17. Apollodorus, Epitome7.18; Hyginus,FabulaePreface,125 &141; Tzetzes,Chiliades,1.14, line 339 & 348
  18. Sophocles,fragment 861; Fowler,p. 31; Plutarch,Quaestiones Convivales – Symposiacs, Moralia 9.14.6
  19. Apollonius of Rhodes,Argonautica 4.892; Nonnus,Dionysiaca 13.309; Tzetzes,Chiliades,1.14, line 338 & 348
  20. Epimenides, fr. 8, suppl = Fowler, p. 13 (2013)
  21. Page, Michael; Ingpen, Robert.Encyclopedia of Things That Never Were. New York: Viking Penguin Inc. 1987. səh. 211.ISBN 0-670-81607-8.
  22. Homer,Odyssey 12.52
  23. Pseudo-Hyginus,Fabulae 141 (trans. Grant).
  24. Ovid,Metamorphoses V, 551.
  25. Lemprière 768.
  26. Caroline M. Galt, "A marble fragment at Mount Holyoke College from the Cretan city of Aptera",Art and Archaeology6 (1920:150).
  27. Odyssey XII, 39.
  28. Hyginus,Fabulae 141; Lycophron,Alexandra 712 ff.

Biblioqrafiya

[redaktə |vikimətni redaktə et]

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • Siegfried de Rachewiltz,De Sirenibus: An Inquiry into Sirens from Homer to Shakespeare, 1987: chs: "Some notes on posthomeric sirens; Christian sirens; Boccaccio's siren and her legacy; The Sirens' mirror; The siren as emblem the emblem as siren; Shakespeare's siren tears; brief survey of siren scholarship; the siren in folklore; bibliography"
  • "Siren's Lament", a story based around one writer's perception of sirens. Though most lore in the story does not match up with lore we associate with the wide onlook of sirens, it does contain useful information.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaSiren ilə əlaqəli mediafayllar var.

П:  Yunanıstan portalı

 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Siren&oldid=8059449"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp