Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Sinif (biologiya)

Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:Sinif.

Sinif (latıncaclassis)biologiyada qohum və oxşar əlamətli heyvan dəstələrini və bitkisıralarını birləşdirən alitaksonomik kateqoriyalarından biri. Sinif anlayışınıfransızbotaniki J.Turnefor vermiş, sonraKarl Linney özünün "Təbiətin sistemi" (1735) əsərində dürüst olaraq iyerarxiya təsnifat qruplarını göstərmişdir. Siniflər oxşar quruluşlarına və əcdadlarına görə toplanaraq, təsnifatın ən yüksək pilləsi olan tipi təşkil edir.

Sinifüstü

[redaktə |vikimətni redaktə et]

Sinifüstü (superclassis)zoologiyada qəbul edilmişdir. Nəsil ağacının yüksəkdə duran şaxələrindən biridir. Sinifüstünə aid olan canlılar quruluşca çox kəskin fərqlənirlər. Sinifüstünün əhatə etdiyi canlılara məxsus quruluş tipləri təkamülün ilk dövrlərində yaranmışdır. Odur ki, bu quruluş xüsusiyyətləri ali kateqoriyalı taksonlarda əks olunmuşdur və onların birinin digərinə keçid ehtimalı fəsilə və cinslərdə olduğundan da azdır. Məsələn,kəlləlilər (Craniata),çənəsizlər (Agnatha) vəçənəlilər (Gnathostomata) sinifüstüləri və s. Beynəlxalq kodeksdə fəsilədən yüksək ranqlı takson adlarına aid qaydalar yoxdur. Ali takson adlarının sonunda işlədilə biləcək sonluq qəbul edilməmişdir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
    Taksomaniya ranqları

    Aləmüstü (domen) Aləm Yarımaləm Tipüstü/Şöbəüstü Tip/Şöbə Yarımtip/Yarımşöbə Sinifüstü Sinif Yarımsinif Infrasinif Dəstəüstü/Sıraüstü Dəstə/Sıra Yarımdəstə/Yarımsıra İnfradəstə Fəsiləüstü Fəsilə Yarımfəsilə Tribaüstü Triba Yarımtriba Cins Yarımcins Seksiyaüstü Seksiya Yarımseksiya Cərgə Yarımcərgə Növ Yarımnöv Varitet/Müxtəliflik Yarım müxtəliflik Forma Yarımforma

    TaksonomiyaBinominal nomenklatura
    Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Sinif_(biologiya)&oldid=8034299"
    Kateqoriya:

    [8]ページ先頭

    ©2009-2026 Movatter.jp