
Silindr başlığı -daxili yanma mühərriklərindəmühərrik blokunun üst hissəsinə bərkidilir. Silindr bloku yanma kamerasını yuxarıdan qapadığından, o yuxarıdan yüksək temperatura məruz qalır. Buna görə də, silindr blokunun soyudulmasına əhəmiyyət verilir. Şaquli quruluşlu mühərriklərdə silindr bloku qazın verilməsi üçün sorma və xaricetməklapanlarını, onların idarəetmə sistemini (paylayıcı val) özündə yerləşdirir. Əlavə olaraq bu bloklardaalışdırma şamları (Otto mühərrikində) və ya püskürtmə ucluqları (Dizel mühərriki) quraşdırılır. Dolayı yolla püskürtmə sisteminə malik dizel mühərriklərində silindr blokunda əlavə yanma kamerası və közərtmə şamları olur. Kiçik mühərriklərdə silindr bloku kompakt hazırlandığı halda, böyük mühərriklərdə əlavə olaraq aralıq silindr blokundan istifadə edilir. Silindr bloku ilə mühərrik bloku arasında kipləşdirici aralıq qatı qoyulur və onlar boltlarla bir-biri ilə möhkəm bağlanır. Silindr bloklar mühərrikin növündən asılı olaraqçuqun və yaaliminiumdan hazırlanır.