Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Shahed Saegheh

Vikipediya, azad ensiklopediya
Shahed Saegheh
İstismarçılar
Baza modeliLockheed Martin RQ-170 Sentinel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saegheh-2 (Azərbaycan dili: “İldırım”) Shahed Aviasiya Sənayesi tərəfindən istehsal olunmuş[1]İranınturbofan/pistonla işləyən uçan qanad dizayınına malik olançoxməqsədliPilotsuz uçuş aparatıdır.[1] İran tərəfindən ələ keçirilmiş və əks-mühəndislik üsulu iləLockheed Martin RQ-170 Sentinel Pilotsuz uçuş aparatının baza modeli əsasında istehsal edilmişdir. AncaqLockheed Martin RQ-170 Sentinel Pilotsuz uçuş aparatından daha kiçik və əhəmiyyətli dərəcədə fərqlidir.[2] Bu PUAShahed 171 Simorgh ilə birlikdə İranın iki uçan qanad dizayınına malik olan PUA-larından biridir.

Saegheh2016-cı ilinoktyabr ayında ortaya çıxmışdır.[3]

Bir sıra mənbələr Seagheh dronunun silah daşıma qabiliyyətinə şübhə etdiklərini və bu dronun yalnız İSR (kəşfiyyat, nəzarət, hədəf alınma) platforması olduğunu söylədilər.[4][5]

2017-ci ildə 10 ədəd Saegheh dronu istehsal edilmişdi vəİran Silahlı Qüvvələri2025-ci ilə qədər ən azı bu drondan 50 ədəd almağı planlaşdırır.[1]

İlk uçuşunu2014-cü ilinnoyabr həyata keçirmişdir.[6]2016-cı ilinoktyabr ayından hərbi xidmətə qəbul edilmişdir. Hal-hazırdaİran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri tərəfindən istifadə edilir.2019-cu ilə olan məlumata görə 50 ədədi istehsal edilmişdir.[7]

Variantları

[redaktə |vikimətni redaktə et]
Saegheh-2 dronunun yandan görünüşü

Saegheh üçün texniki, ancaq təxminən 6-7 m ətrafında qanad uzunluğunun olduğu güman edilir.

“Saegheh” PUA-ları “Shahed” aviasiya sənayesi şirkəti tərəfindən istehsal olunan və uçan qanad dizayınına malik olan çoxməqsədli pilotsuz uçuş aparatlarıdır. “Saegheh-1” və “Saegheh-2” adlı versiyaları mövcuddur.

Saegheh-1

[redaktə |vikimətni redaktə et]

Saegheh-1 ilk dəfə2016-cı ildə İrana məxsus olan bir silah sərgisində təqdim edilmişdir.

İran dövlət xəbərləri, “Saegheh-1” dronunun dörd ədəd “Sadid-1”Tank əleyhinə idarəolunan raket daşıya biləcəyini iddia etmişdir. İran hökuməti PUA-nın uçduğunu nümayiş etdirmədi və ya onun mənzilinin nə qədər olduğunu bildirmədi.[8] Saegheh-1-də aydın hədəfləmə/optik sistem yox idi.[9]

Saegheh dronunun ilk modellərində Simorgh/RQ-170 dronlarındakı frontal hava qəbulu (öndən hava qəbulu) olmamışdır.

“Saegheh-1” ilk dəfə 2016-cı ildə İranda keçirilən silah sərgisində təqdim edilib.

İran tərəfindən ələ keçirilən ABŞ-a məxsus “Lockheed Martin” şirkətinin RQ-170 “Sentinel” pilotsuz uçuş aparatının baza modelinin bazasında istehsal edilib. Lakin ölçülərinə görə “Lockheed Martin” aparatından daha kiçikdir. İlk uçuşunu 2014-cü ilinnoyabr həyata keçirən PUA 2016-cı ilinoktyabr ayında silahlanmaya qəbul edilib. Bir sıra mənbələr “Seagheh” dronunun silah daşıma qabiliyyətinə şübhə edərək onun yalnız kəşfiyyat, müşahidə və hədəfi izləmə platforması olduğunu iddia edir.

2017-ci ildə artıq 10 ədəd “Saegheh” istehsal edilmişdi. Onlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir. 2019-cu ilə olan məlumata görə, bu PUA-dan artıq 50 ədəd də istehsal edilib və onlar İran Silahlı Qüvvələri tərəfindən əldə edilib.

“Saegheh” üçün texniki cəhətdən, ancaq təxminən 6-7 m ətrafında qanad uzunluğunun olduğu güman edilir. İran dövlət KİV-ləri “Saegheh-1” dronunun dörd ədəd “Sadid-1” tank əleyhinə idarəolunan raket daşıya biləcəyini iddia edir. İran hökuməti PUA-nın uçuşlarını nümayiş etdirməyib. Onun TTX Taktiki-Texniki Xüsusiyyətləri)-sı tam məlum deyil. “Saegheh-1”də optik elektron sistemlər diqqəti cəlb etmir, onların ön hava qəbulediciləri də olmayıb.[10]

Saegheh-2

[redaktə |vikimətni redaktə et]
Tehranşəhərində baş tutmuş olan müdafiə sərgisində nümayiş etdirilən Saegheh-2 modeli[9]


Bu model həm dəShahed 191 olaraq tanınır.[11] Daha sonra nümayiş olunan modellərdə frontal hava qəbulu (öndən hava qəbulu) var. Ehtimal budur ki, yalnız pistonlu mühərrikə sahib olan modellərdə frontal hava qəbuledici yoxdur. PUA, uçuş-enmə zolağında sürətlə hərəkət edən bir vasitəyə (yəqin ki, Toyota hilux yük maşınları) quraşdırılmış xüsusi relslərdən çıxır və geri çəkilə bilən eniş xizəkləri ilə uçuş zolağında bərpa olunur.[12]

Shahed 191 daxilində iki ədəd Sadid-1 raketi daşıyır və geri çəkilə bilən eniş xizəklərinə enir.[12] Shahed 191, 300 km/saat sürətlik kreyser sürətinə, 4,5 saatlıq hava qalma müddətinə, 450 km-lik mənzilə və 50 kq yük götürmək qabiliyyətinə sahibdir.[13] Xidmət tavanı 25.000 futdur.[14]

Fars Xəbər Agentliyi “Saegheh-2” dronunun ninSuriyadakı döyüşlərdə istifadə edildiyini bildirir.[9]

Pər ilə işləyən versiyası

[redaktə |vikimətni redaktə et]

2019-cu ildə keçirilmiş müharibə oyunlarında İran pər ilə təchiz etdiyi Saegheh variantını nümayiş etdirmişdir.[11] Sadid-1 silahlarını gövdə xaricinde daşıyır və sabit eniş xizəklərinin üzərinə enir. Shahed 191 variantındakı kimi havaya qalxır.[11]

Bu model həm də “Shahed 191” olaraq tanınır. Bu modellərdə ön hava qəbuledicisi mövcuddur. PUA uçuş-enmə zolağında sürətlə hərəkət edən bir vasitəyə (yəqin ki, “Toyota Hilux” yük maşınlarına) quraşdırılan xüsusi katapultdan buraxılır, enməsi isə geri çəkilən xizəkləri vasitəsi ilə həyata keçirilir.

“Saegheh-2” daxilində iki ədəd “Sadid-1” raketi daşıyır. PUA 300 km/saat kreyser sürətinə, 4.5 saat havada qalma müddətinə, 450 km-lik uçuş məsafəsinə, 25000 fut uçuş yüksəkliyinə və 50 kq faydalı yük daşımaq qabiliyyətinə malikdir.

“Fars” xəbər agentliyi “Saegheh-2” dronunun Suriyadakı döyüşlərdə istifadə edildiyini bildirir. PUA-ların bir neçəsi İsrail vəABŞ tərəfindən döyüşlərdə məhv edilib, onların tədqiqatını aparan mütəxəssislər İran istehsalı vasitələri yüksək qiymətləndirib. Məsələn, İsrail Hərbi Hava Qüvvələrinin briqada generalı Tomer Bar “Saegheh-2” PUA-sını olduqca inkişaf etmiş və qərb texnologiyasını özündə əks etdirən vasitə kimi təsvir edib.[15]

Əməliyyat tarixi

[redaktə |vikimətni redaktə et]
İsrail baş naziriBenyamin Netanyahu2018-ci ildə təşkil edilmiş olan Münhen Təhlükəsizlik Konfransında məhv edilmiş olan İran məxsus Saegheh dronunun bir parçasını nümayiş etdirir.

1 oktyabr 2018-ci il tarixindəİran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri, Suriyanın şərqindəki Albu Kamal bölgəsindəki hədəflərə hücum etmək üçün sözdə Saegheh PUA da daxil olmaqlaballistik raketlər və dronlardan istifadə etdi.[16] İran əvvəlcə Saegheh dronunu gövdəsinin altından asılmış dörd ədəd “Sadid-1” raketi ilə təchiz edilmiş vəziyyətdə göstərsə də, bu hadisənin yayılmış videolarında “Saegheh” dronunun daxilindəki 4 bombadan cəmi bir Sadid-1 bombasını buraxdığı görülmüşdür.[17] Müstəqil analitiklər videoya tənqidi yanaşmışdırlar.[18]

İsrail Silahlı Qüvvələri,2018-ci ilinfevral ayında baş vermiş olan İsrail-Suriya hadisəsi zamanı bir Saegheh dronunu vurmuşdur.The Times of Israel (İsrail zamanı) xəbər verir ki, dronun dizaynı əsasən ələ keçirilmiş RQ-170 əsasında hazırlanmışdır; İsrail Hərbi Hava QüvvələrininBriqada generalı Tomer Bar bildirmişdir ki, dron olduqca inkişaf etmiş və qərb texnologiyasını özündə əks etdirmişdir.[19]

İstifadəçilər

[redaktə |vikimətni redaktə et]
İranİran

Xüsusiyyətləri

[redaktə |vikimətni redaktə et]

Ümumi xüsusiyyətləri

[redaktə |vikimətni redaktə et]
  • Ekipaj: yox

Performans

[redaktə |vikimətni redaktə et]
  • Etibarlılığı: müəyyən edilməmişdir

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Taghvaee, Babak."Shahed 129 Heads Iran's Armed UAV Force". Aviation Week & Space Technology. 27 iyul 2017.17 oktyabr 2018 tarixindəarxivləşdirilib.
  2. "Iran builds attack drone similar to captured US model, local media say". The Guardian. 2 oktyabr 2016.2 oktyabr 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2 oktyabr 2016.
  3. Cenciotti, David."Iran unveils new UCAV modeled on captured U.S. RQ-170 stealth drone". 2 oktyabr 2016.18 avqust 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 avqust 2019.
  4. "IDF highlights Iranian presence in Syria - Jane's 360". Janes.com.5 oktyabr 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 oktyabr 2018.
  5. Taghvaee, Babak.شاهد ۱۲۹، ستون فقرات نیروی پهپادی ایران(Persian). Valletta, Malta: BBC Persian. 27 iyun 2017.22 sentyabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 avqust 2019.
  6. "Pentagon claims Iran's copy of captured US Sentinel drone 'inferior' to original - World news - The Guardian". Theguardian.com. 4 dekabr 2014. Archived from the original on 4 dekabr 2014.İstifadə tarixi:7 oktyabr 2018.
  7. Sputnik."WATCH: Footage of Iranian Revolutionary Guard's Massive Drone Exercise Released". sputniknews.com.3 oktyabr 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 avqust 2019.
  8. Sharafedin, Bozorgmehr."Iran showcases new combat drone, copied from U.S. unmanned aircraft". Reuters. 1 oktyabr 2016.27 sentyabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2 oktyabr 2016.
  9. 123Jeremy Binnie."Iran unveils new version of armed stealth UAV - Jane's 360". www.janes.com. London.3 fevral 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 avqust 2019.
  10. "Saegheh 1".25 sentyabr 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 fevral 2021.
  11. 123Binnie, Jeremy."The propeller version carries weapons externally and lands on fixed bars, so not as stealthy". 27 mart 2019.25 iyul 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 avqust 2019.
  12. 12Binnie, Jeremy."The jet-powered one, known to be the Shahed-191, carries weapons in internal bays and lands using retractable skids". 27 mart 2019.18 avqust 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 avqust 2019.
  13. prom1."Иранский ударный БЛА "Shahed-191"". 10 fevral 2019.23 oktyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 avqust 2019.
  14. Amir."New video from the defence exhibition, showing extended footage of the 2018 strike against ISIS. Opening/closing of bay, footage of city lights below and landing are shown. At the start service ceiling of the Shahed-191 is listed as 25,000 ft & 300 km/h is the cruise speed". 7 fevral 2019.26 iyul 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 avqust 2019.
  15. "Saegheh 2".25 sentyabr 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 fevral 2021.
  16. Iran uses drones and missiles in cross border attack on enemies in SyriaArxivləşdirilib 2022-07-16 at theWayback Machine, armyrecognition.com/, October 4, 2018.
  17. "For a Second Time, Iran Fires Missiles at IS Targets in Syria". www.washingtoninstitute.org.8 noyabr 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 avqust 2019.
  18. Taghvaee, Babak."#BREAKING: Another cheap propaganda of #IRGC detected today. #IRGC claims that it has used 7 Saeghe drones to bomb #ISIL in #Syria. But as a matter of fact, Saeghe has No EO/IR/laser targeting system. Also #IRGC has No UCAV control center left in #Syria after #Israel airstrikes!". 1 oktyabr 2018.16 avqust 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 avqust 2019.
  19. Gross, Judah Ari."Iranian UAV that entered Israeli airspace seems to be American stealth knock-off". The Times of Israel(ingilis). 10 fevral 2018.11 fevral 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 fevral 2018.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Shahed_Saegheh&oldid=8302337"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp