Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Sendford Fleminq

Vikipediya, azad ensiklopediya
Sendford Fleminq
ing.Sandford Fleming
Doğum tarixi7 yanvar1827(1827-01-07)[1][2]
Doğum yeri
Vəfat tarixi22 iyul1915(1915-07-22)(88 yaşında)
Dəfn yeri
  • Biçvud qəbiristanlığı[d]
Üzvlüyü
  • Kanada Kral Cəmiyyəti[d](1882–)[3],
  • Kanada Kral Cəmiyyəti[d](1888–1889)[3]
MükafatlarıKnight Commander of the Order of St Michael and St George
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sendford Fleminq (ing.Sandford Fleming;7 yanvar1827[1][2],Kerkoldi[d],Fayf[d]22 iyul1915) — Kanadanın dəmiryol şəbəkəsini yaratmış mühəndis.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Sendford Fleminq 7 yanvar 1827-ci ildəŞotlandiyada anadan olub. 14 yaşında topoqrafın köməkçisi kimi işləyib. 18 yaşında qardaşı ilə birgəKanadaya köçür. Bir çox böyük şəhərləri gəzdikdən sonra, nəhayətPiterboroya yerləşirlər.

Sendford Fleminq 1849-cu ildə Kanadada universitetə daxil olur.

Sendford Fleminq 1851-ci ildə "Üçqəpiklik bəbir" ilk Kanada markasını yaradır.

Fleminq topoqraf kimi çalışırdı. 1855-ci ildə ona Şimali Kanada Dəmir Yolunun aparıcı mühəndisi vəzifəsi verilir. Bu müddət ərzində o, aktiv şəkildə dəmir körpüləri təbliğ edirdi.

Sendford Fleminq 1863-cü ildən Yeni Şotlandiyanın baş topoqrafı kimi çalışmağa başlayır.

Nəhayət, 1862-ci ildə ona yeni transkontinental dəmir yolu qurmaq işi tapşırılır. Beləliklə, Fleminq adını tarixə dəmiryolu şəbəkəsinin qurucusu kimi də salır.

1876-cı ildə Fleminqİrlandiya vağzalında qatara gecikdiyinə görə Yer kürəsini saat qurşaqlarına bölmək ideyasını irəli sürüb. Məhz onun ideyası sayəsində saat qurşaqları meydana gəlib. Onun gecikməsinin səbəbi isə Fleminqin məsuliyyətsizliyi deyil, vağzalın özünə aid olan lokal vaxtla işləməsi olub.

XIX əsrin sonlarına kimi "ümumdünya vaxtı" anlayışı olmadığından bu kimi problemlərə tez-tez rast gəlinirdi. Qloballaşan və sənaye cəhətdən inkişaf edən dünyada Yer kürəsinin ayrı-ayrı bölgələrində vaxtın vahid şəklə salınması artıq zərurətə çevrilmişdi. Bu haqda təşəbbüsün ilk müəllifi Saratoqa məktəbinin direktoru Çarlz Daud olub, mühəndis Sendford isə böyük həvəslə onun bu ideyasına dəstək verib. Məhz həmin gecikmədən sonra o, bu ideya üzərində səylə çalışaraq daha ciddi təkliflər verməyə başlayıb. Onun bu fəaliyyəti sayəsindəYer kürəsi saat qurşaqlarına bölünüb.

Sendford Fleminq 22 iyul 1915-ci ildə vəfat edib.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12University of Toronto,Laval University SANDFORD FLEMING //Dictionary of Canadian Biography, Dictionnaire biographique du Canada (ing.). /G. Brown,D. Hayne,F. Halpenny,R. Cook,J. English,M. Trudel,A. Vachon,J. HamelinUTP,Presses de l'Université Laval, 1959. ISSN0420-0446;0070-4717
  2. 12Hill R. G. Sandford Arnot Fleming //Biographical Dictionary of Architects in Canada 1800-1950. 2009.
  3. 12University of Toronto,Laval UniversityDictionary of Canadian Biography, Dictionnaire biographique du Canada (ing.). /G. Brown,D. Hayne,F. Halpenny,R. Cook,J. English,M. Trudel,A. Vachon,J. HamelinUTP,Presses de l'Université Laval, 1959. ISSN0420-0446;0070-4717

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaSendford Fleminq ilə əlaqəli mediafayllar var.
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BAVADV10216915 ·BIBSYS61869 ·BNCa1230993x ·BNEXX1271253 ·BNF14413134x ·GND122518942 ·ICCURAVV685194 ·ISNI0000000115691017 ·LCCNn50004171 ·NTA203185250 ·NUKATn2007155416 ·PTBNP222090 ·SUDOC079704581 ·VIAF45185262 ·WorldCat VIAF45185262
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Sendford_Fleminq&oldid=7486708"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp