Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Selena Qomez

Vikipediya, azad ensiklopediya
Selena Qomez
Ümumi məlumatlar
Doğum adıSelena Marie Gomez
Doğum tarixi22 iyul1992(1992-07-22)[1][2][…](33 yaş)
Doğum yeri
Həyat yoldaşı
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, müğənni-bəstəkar, musiqi prodüseri, aktrisa, səsləndirmə aktrisası[d], model[d], dəb dizayneri, kinematoqraf[d], biznes ledi, uşaq aktrisa[d]
Fəaliyyət illəri2002-ci ildən
Janrlarpop musiqisi, dans-pop, elektropop[d], pop-rok, müasir R&B[d], alternativ R&B[d]
Musiqi alətlərizərb alətləri, zərb qurğusu[d], baraban
Albom şirkətləriHollywood Records, Interscope Records
Mükafatları"İncəsənət və ədəbiyyat" ordeni kavaleri — 2024
İmzanın şəkli
selenagomez.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Selena Mari Qomez (ing.Selena Marie Gomez;22 iyul1992[1][2][…],Qrand-Preri[d],Texas,ABŞ) — amerikalı müğənni, aktrisa, prodüser və iş qadını. Karyerasına uşaq yaşlarında aktrisalıq edərək başlayıb, 2002–2004-cü illərdə "Barni və dostları" teleserialında rol alıb. Selena 2007–2012-ci illərdəDisney Channel-in istehsalı olan "Veyverli Pleysli sehrbazlar" sitkomunda baş rola çəkilib və bu serialdakı Aleks Russo obrazına görə yeniyetmələr arasında məşhurluq qazanıb. Selena 2008-ci ildə Hollywood Records ilə müqaviləyə imza atıb və Selena Gomez & the Scene adlı musiqi qrupunu formalaşdırıb. Selenanın ön planda olduğu bu pop-rok qrupu 2012-ci ildə dağılmazdan əvvəl üç ədəd studiya albomu çıxarmışdı. Bu qrupun ən populyar mahnısı "Love You like a Love Song" idi.

Selena Qomez müğənni kimi solo karyerasına 2013-cü ildə "Stars Dance" adlı debüt albomunu buraxaraq başlamışdır. Bu, onun Billboard 200 musiqi cərgəsinin birinci pilləsinə yüksələn ilk albomu olmuşdur. Albomun xeyli sayda ölkədə hit olan sinqlları "Come & Get It" və "Slow Down" idi.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Selena Qomez əslən meksikalı və italyan mənşəlidir.[4][5][6] Onun ata tərəfdən babası 1970-ci illərdə MeksikanınMonterrey şəhərindən ABŞ-ninTexas ştatına köçüb. Ona 1995-ci ildə 23 yaşında olarkən qətlə yetirilən müğənni Selenanın adı qoyulub.

Şəxsi həyatı

[redaktə |vikimətni redaktə et]

Selena QomezLos-Anceles qraflığındakı Kalabasas şəhərində yerləşən 6.6 milyon dollarlıq malikanədə yaşayır. 2008-ci ildəNik Conas ilə romantik münasibət qurub. 2010–2018-ci illərdə kanadalı müğənniCastin Biber ilə ara-sıra sevgili olub.[7][8] 2015-ci ildə rusiyalı-alman dicey Zedd ilə münasibət qurub və sonrakı il ayrılıb.[9] 2017-ci ildəThe Weeknd ilə birlikdə olub.[10] 2023-cü ilin dekabrında musiqi prodüseri Benni Blanko ilə romantik münasibətdə olduğunu bildirib.[11][12]

Diskoqrafiya

[redaktə |vikimətni redaktə et]

Selena Gomez & the Scene albomları

  • Kiss & Tell (2009)
  • A Year Without Rain (2010)
  • When the Sun Goes Down (2011)

Solo albomları

  • Stars Dance (2013)
  • Revival (2015)
  • Rare (2020)

Filmoqrafiya

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Cunningham J. M. Selena Gomez //Encyclopædia Britannica (ing.).
  2. 12Selena Gomez //Dutch Top 40.
  3. https://www.yahoo.com/entertainment/celebrity/article/selena-gomez-wedding-taylor-swift-paul-rudd-and-more-guests-reportedly-arrive-for-nuptials-to-benny-blanco-195457043.html.
  4. "Selena Gomez and Jake T. Austin on being latin". Showbizcafe.com. 13 sentyabr 2008.4 aprel 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 iyul 2011.
  5. Curiel, Kamren."Selena Gomez Supports Her Mom at Foster Care Fundraiser".Latina. 14 iyun 2012.1 fevral 2020 tarixindəarxivləşdirilib....her mother Mandy Teefey. 'I was adopted, I was a teen mother,' Gomez's mom said.
  6. "TV: Life is magical for 'Wizards' star".The Fresno Bee.8 avqust 2008 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 aprel 2013.Because Gomez's father is from Mexico, she has been able to attend many family quinceñeras. But the actress, whose mother is half-Italian, did not have her own.
  7. Muller, Marissa G."Justin Bieber and Selena Gomez May Have Broken Up for Good This Time". W Magazine. 27 mart 2018.26 iyun 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:3 iyul 2024.
  8. Lewis, Anna; Baxter-Wright, Dusty."Justin Bieber and Selena Gomez: a timeline of their relationship". Cosmopolitan. 28 mart 2018.1 iyul 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:3 iyul 2024.
  9. "Selena Gomez's Ex Zedd Reveals The One Annoying Thing About Dating The Singer".Elle. 11 avqust 2017.8 oktyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 oktyabr 2020.
  10. Yagoda, Maria."Everything We Know About Selena Gomez and The Weeknd's Whirlwind Romance". People. 25 may 2017.7 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 sentyabr 2017.
  11. Khalil, Hafsa."Selena Gomez confirms she's in a relationship with Benny Blanco". CNN. 8 dekabr 2023.8 dekabr 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 dekabr 2023.
  12. Gibson, Kelsie."Who Is Selena Gomez's New Boyfriend? All About Benny Blanco". People. 7 dekabr 2023.8 dekabr 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 dekabr 2023.

Mənbə

[redaktə |vikimətni redaktə et]
Facebook (ing.) ·Myspace (ing.) ·Sina Weibo ·X (ing.)
Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BIBSYS13017324 ·BNEXX4837100 ·BNF16164744x ·CONOR177853283 ·GND14108135X ·ICCUCAGV630971 ·ISNI0000000078270714 ·LCCNn2008039026 ·LNB000279707 ·NKCxx0109829 ·NLPa0000003163880 ·NTA32855216X ·NUKATn2015186290 ·SUDOC163709319 ·VIAF103237722 ·WorldCat VIAF103237722
Şəkil
Musiqiçi haqqında olan bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Selena_Qomez&oldid=7699014"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp