Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Sele

46°13′44″ şm. e. 15°15′50″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Sele
Cilli
Celje
Gerb
Gerb
46°13′44″ şm. e. 15°15′50″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub1451
Sahəsi
  • 22,714 km²
Mərkəzin hündürlüyü238 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 37.122 nəf.(2022)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu+386 3
Poçt indeksi3000
Nəqliyyat koduCE
Digər
celje.si
Xəritəni göstər/gizlə
Sele xəritədə
Sele
Sele
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sele[3] (sloven.Celje;alm.Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir.

Ümumi məlumat

[redaktə |vikimətni redaktə et]

Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.). Bu ölkə slovenlərə məxsus və orta əsrlərdə müstəqil olan yeganə dövlət olmuşdur. "Üç ulduz" — qrafların və Sele şəhərinin rəmzidir — müasir Sloveniya dövlət embleminin elementlərindən birinə çevrilmişdir. 1991-ci ildə On günlük müharibədən sonra Sele müstəqil Sloveniyanın bir hissəsi oldu. 7 aprel 2006-cı ildə Papa XVI Benedikt Maribor Arxiyeparxiyası nəzdində Sele yeparxiyasını təsis etmişdir. Şəhərin turistik yerləri 1241-ci ildə və 16-cı əsrdə inşa edilmiş monastırdan və qəsrdən ibarətdir.

Əhali

[redaktə |vikimətni redaktə et]

2012-ci ildə şəhər əhalisinin sayı 37 584 nəfər təşkil edir; 2002-ci il siyahıya alınmasına görə şəhərdə 48 081 nəfərdir. 1991-ci il məlumatına əsasən şəhər əhalisinin 82,1 % slovenlər, 4,6 % serblər və 4,1 % xorvatlar təşkil etmişdir.

1991-ci ilə görə etnik tərkib:

İcma əhalisinin artım dinamikası:

İl192419401995200220072010
Əhali775020 00040 71048 08145 82650 039

Tarixi

[redaktə |vikimətni redaktə et]

Seje 1941-ci ilin aprelində Nasist Almaniyası tərəfindən işğal etdilmişdir. Müharibə dövründə (yaxınlıqdakı şəhərlər də daxil olmaqla) 20 min nəfər əhalisi olan şəhər, 575 nəfər itki vermişdir. Bu əsasən 20 və 30 yaşları arasında olan gənclər idi. İkinci dünya müharibəsinin sonunda , 1945-ci ildə almanlara aid 181-ci piyada diviziyası Sele şəhərinə sıxışdırılmışdır. Diviziya buradaca Yuqoslaviya ordusuna təslim olmuşdur[4].

İdman

[redaktə |vikimətni redaktə et]

Şəhərin Sele adlı perşəkar futbol klubu vardır.

Qardaşlaşmış şəhərlər

[redaktə |vikimətni redaktə et]

Qalereya

[redaktə |vikimətni redaktə et]
  • Su təminatı qülləsi
    Su təminatı qülləsi
  • Qəsr
    Qəsr
  • Dəmir yolu stansiyası
    Dəmir yolu stansiyası
  • Poçt binası
    Poçt binası
  • Ratuşa
    Ratuşa

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12ArchINFORM (alm.). 1994.
  2. http://pop-stat.mashke.org/slovenia-cities.htm.
  3. "Topqrafik xəritə".2018-03-20 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2019-04-02.
  4. Georg Tessin:Verbände und Truppen der Deutschen Wehrmacht und Waffen-SS im Zweiten Weltkrieg 1939–1945. Siebenter Band. Die Landstreitkräfte 131–200. Biblio-Verlag, Osnabrück 1973,ISBN 3-7648-0872-1, S. 207.

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • Georg Tessin:Verbände und Truppen der Deutschen Wehrmacht und Waffen-SS im Zweiten Weltkrieg 1939–1945. Siebenter Band. Die Landstreitkräfte 131–200. Biblio-Verlag, Osnabrück 1973,ISBN 3-7648-0872-1, S. 207–211.

Mənbə

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Sele&oldid=7067143"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp