Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Sarı Aşıq

Vikipediya, azad ensiklopediya
Sarı Aşıq
Doğum tarixiXVI əsr və ya 1605(1605)
Doğum yeri
Vəfat tarixiXVII əsr və ya 1645(1645)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyətişair
Əsərlərinin diliAzərbaycan dili
JanrlarBayatı, şeir
Vikimənbənin loqosuSarı Aşıq Vikimənbədə

Sarı Aşıq (XVI əsr və ya 1605,Laçın rayonuXVII əsr və ya 1645,Güləbird) —bayatı ustadı.[1]

Həyatı

[redaktə |vikimətni redaktə et]

XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur.

Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur.

Sarı Aşıq haqda ilk məlumatıHəsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir".[2] 1927-ci ildə aşığın bayatılarından ibarət ilk kitabını S.Mümtaz çap etdirmişdir. Kitab "Aşıq Abdulla"adlanırdı. Qaradaği təzkirəsində göstərir ki,onun adı Qurbanəlidir,el arasında ona haqq aşığı deyirmişlər. S.Mümtaz ilk kitabında onun adını Abdulla yazmış,sonra isə Sarı Aşıq olduğu qənaətinə gəlmişdir. B.Behcət isə onun adının Sarıca Nəbi olduğunu söyləyir[3].

Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut etmişlər.

Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapmışdır.

Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük vermişdir.

Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə etmişdir.

Şeirlərində atalar sözlərini və məsəlləri tez-tez işlədən Sarı Aşıq çoxlu sayda sevgi şeirlərinin də müəllifidir.

1993-cü ildə erməni vandalları Sarı Aşığın qəbrini tamamilə dağıtmışlar.

Kitabları

[redaktə |vikimətni redaktə et]
Sarı Aşığın abidəsi (işğal zamanı)
  • Sarı Aşıq. Seçmə bayatılar. Tərtib və ön söz: Hüseyn Kürdoğlu. Bakı: Sabah, 1993, 120 səh.
  • Sarı Aşıq. Şeirlər. Tərtib və ön söz: Əhliman Axundov. Bakı: Azərnəşr, 1966, 90 səh.
  • Sarı Aşıq. Gül dəftəri.Bakı: "Adiloğlu",2011, 242 səh. (toplayanı və tərtib edəni:İlham Qəhrəman).[4]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Qasımlı, M. Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq //Ədəbiyyat qəzeti.- 2015.- 5 sentyabr.- S.20-21.
  2. Hüseyn Kürdoğlu, "Sarı Aşıq", Bakı, "Sabah", 1993
  3. Paşa Əfəndiyev.Şifahi xalq ədəbiyyatı. Bakı.
  4. Uğur. Sarı Aşığın “Gül dəftəri”: [Atatürk Mərkəzində Sarı Aşığın eyni adlı kitabının (toplayanı İlham Qəhrəmandır) təqdimatı] //Xalq cəbhəsi.- 2012.- 31 yanvar.- S. 14.

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • Araslı H.XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 113-119.
  • P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: 1981, s. 191-193.
  • Azərbaycan ədəbiyyatı tarixi. I cild. Bakı: 1960, s. 491-495.
  • Mirzazade Mustafa Fahretdin. Azeri Âşıklarından Sarı Âşıq. Azerbaycan Yurt Bilgisi, 3 (28), Nisan 1934, s. 176-178.
  • Telli saz ustadları. Bakı: 1964, s. 7-10.
  • Vagif Vəliyev. Azərbaycan folkloru. Bakı: 1985, s. 142-146.
  • Azərbaycan aşıqları və el şairləri. I cild. Bakı: 1983, s. 88-92.
  • Əlibəyzadə E. M.Azərbaycan dilinin tarixi. İki cilddə. II cild. Bakı: Azərnəşr, 2008, s. 216-269.
  • "Laçın yurdu" jurnalı, №1(1), 2011, Bakı,"Elm və təhsil", 2011
  • Pirsultanlı, S. Sarı Aşığın poeziyası //Xalq cəbhəsi.- 2012.- 6 dekabr.- S. 14.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikimənbədəSarı Aşıq ilə əlaqəli mətnlər var.
⛭
Dil
Dialektlər¹
Şivələr
Ədəbiyyat
Şifahi xalq
ədəbiyyatı
Dastanlar
Digər nümunələr
Müəlliflər
Orta əsrlər
İzzəddin HəsənoğluNəsir BakuviMustafa ZərirQazi BürhanəddinŞah Qasım Ənvarİmadəddin NəsimiŞeyx İbrahim GülşəniCahanşah HəqiqiHamidiXəliliƏhmədi TəbriziSultan YaqubŞeyx Əlvan ŞiraziXətai TəbriziHəbibiAşıq QurbaniŞah İsmayıl XətaiMəqsudiMahmud ŞirvaniHəziniMəhəmməd ibn Hüseyn Katib NişatiMəhəmməd FüzuliHəqiri TəbriziKişvəriSaib TəbriziQövsi TəbriziMəhəmməd ƏmaniRəhmətiSəfiqulu bəy ŞamluFədaiNəşəMürtəzaqulu sultan ŞamlıTərzi ƏfşarRzaqulu xanMirzə Möhsün Təsir TəbriziMirzə Cəlal ŞəhristaniRəfiqiFatma xanım AniSarı AşıqAşıq Abbas TufarqanlıAşıq AbdullaMəhcur ŞirvaniMəsihiNişat ŞirvaniMəlik bəy AvcıMirzə Saleh TəbriziKəlbəli xan Müsahib-GəncəviSadıq bəy AvşarI AbbasII Abbasİbrahim mirzə CahiSalman Mümtaz MövciMürtəzaqulu xan ŞamlıMirzə Məhəmməd Məhcub TəbriziVaiz QəzviniŞakir ŞirvaniArif ŞirvaniArif TəbriziHacı Çələbi ZariAğa Məsih ŞirvaniNəbiXəstə QasımAşıq ValehAşıq LələŞikəstə ŞirinMiskin MəhəmmədSayat NovaMolla Vəli VidadiMəhəmmədhüseyn xan MüştaqMolla Pənah VaqifSəid Koçxyurski
Yeni dövr
Qasım bəy ZakirƏndəlib QaracadağiSeyid Əbülqasım NəbatiSeyid Əzim ŞirvaniAbbasqulu ağa BakıxanovMirzə Şəfi Vazehİsmayıl bəy QutqaşınlıMirzə Fətəli AxundzadəNəcəf bəy VəzirovƏbdürrəhim bəy HaqverdiyevHəsən bəy ZərdabiMirzə Ələkbər SabirAbbas SəhhətCəlil MəmmədquluzadəMəhəmməd HadiXurşudbanu NatəvanƏbülfət xan CavanşirAğabəyim ağaQəmər bəyim ŞeydaQönçəbəyimCəfərqulu xan NəvaƏbülqasım NəbatiMehdiqulu xan VəfaAlmas İldırımSəkinə AxundzadəSultan Məcid QənizadəHəsənəli xan QaradağiFiridun bəy KöçərliMirzə Əli MöcüzSalman MümtazMəhəmməd Tağı SidqiHeyran xanımƏli NəzmiVəli XulufluTağı Şahbazi SimurğRəşid bəy Əfəndiyev
Ən yeni dövr
1.Gerhard Dörferin təsnifatı
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Sarı_Aşıq&oldid=7765477"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp