Sanatruk | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 338 |
Vəfat yeri | |
Ailəsi | Alban Arşakiləri |
Dini | Zərdüştçülük |
Sanatruk (v.338,Ermənistan) — 298–338-ci illərdəPaytakaran hökmdarı, bəlkə dəQafqaz Albaniyasının çarı.
Sanatruk Albaniyaya xristianlığı yaymaq üçün göndərilmiş əslən parfiyalı erməni din xadimiMüqəddəs Qriqorisi və onun yerli sakinlərdən xristian dininə cəlb edə bildiyi şəxsləri edam etdirdikdən sonra, alban feodalları ilə birgə 337-ci ildə Erməni çarlığına hücum etmiş və ölkənin paytaxtı Valarşapatı bir il əlində saxlamışdır. Romalıların köməyinə arxalanan ermənilər bir il sonra əks hücuma keçmiş və Sanatruku Erməni çarlığından çıxara bilmişlər. Döyüşlərin birində Sanatruk həlak olmuşdur.
Baxmayaraq kiMusa Kalankatlının təqdim etdiyi Alban Arşakilərinə aid siyahıda[1] Sanatrukun adı yoxdur, bir çox tədqiqatçılara görəAlban Arşakilərinin əsasını məhz o qoymuşdur.F. C. Məmmədova vəZ. M. Bünyadova görə Sanatruk Şimal xalqlarının Ermənistana basqını ilə bağlı olan tarixi şəxsiyyətdir. Mənbələrdə onu Sanesan və Sanatruk adlandırırlar. Sanatrukun adı ilk dəfə Maarifçi Qriqorinin nəvəsiMüqəddəs Qriqorisin adı ilə, onun Albaniyada,İberiyada və Maskutlar ölkəsində missioner fəaliyyəti ilə əlaqədar olaraq çəkilir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin. |