Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Sallaq armud

Vikipediya, azad ensiklopediya
Sallaq armud
Elmi təsnifat
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
NCBI  1943551
EOL  629230

Sallaq armud (lat.Pyrus nutans) —bitkilər aləminingülçiçəklilər dəstəsiningülçiçəyikimilər fəsiləsininarmud cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə |vikimətni redaktə et]

İlk dəfə Dərələyəzdə təsvir edilmişdir. Cənubi Qafqazda yayıldığı qeyd olunur.

Botaniki təsviri

[redaktə |vikimətni redaktə et]

Hündürlüyü 10 m-ə çatan ensiz çətirli, budaqlarında qısa və yoğun tikanları olan ağacdır. Gövdəsinin qabığı qırmızımtıl rəngdə olub, seyrək ziyilşəkilli xallıdır. Yarpaqlar dərivari, ellips formalı, uzunsov-yumurtavari və ya neştərvari olub, qaidə hissəsi azacıq pazvaridir. Ayanın kənarı şanavari dişli, üst tərəfi az parlaq, alt tərəfi tutqun, solğun yaşıldır. Çiçəklərinin diametri 3 sm-ə çatır, aprel ayında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Meyvələri tünd-qırmızı rəngdədir, saplağı yoğundur və meyvədən 2 dəfə uzundur.

Ekologiyası

[redaktə |vikimətni redaktə et]

İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda açıq sahələrdə, dağ çaylarının başlanğıcında, dəniz səviyyəsindən 1800–2000 m yüksəkliklərdə rast gəlinir. Torpağa tələbkar deyil, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması

[redaktə |vikimətni redaktə et]

Təbii halda Naxçıvanda subalp qurşağının meşələrində yayılıb.

İstifadəsi

[redaktə |vikimətni redaktə et]

Həyətyanı, şose ətrafı ərazilərdə istifadə edilə bələr.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. The Plant List (ing.). 2010.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Takson
eyniləşdirmələri
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Sallaq_armud&oldid=7165149"
Kateqoriya:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp