Safari — Müasir dövrdəekoturizmin geniş yayılmış növlərindən biri.[1]
Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb."Safari" sözü dəAfrika xalqlarından olantanzaniyalıların dilindən götürülüb,"səyahət etmək","yolçuluq","gəzinti" mənasını verir.[1]
Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunanturizm növü kimi məşhurdur.[1]
Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər.[1] Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.[1]