Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

SSRİ

Vikipediya, azad ensiklopediya
İttifaq dövləti
SSRİ
rus.Союз Советских Социалистических Республик
BayraqGerb
BayraqGerb
«Пролетарии всех стран, соединяйтесь!
(
Bütün ölkələrin proletarları, birləşin!
«Bütün ölkələrin proletarları birləşin!»
Himn: İnternasional
(1922–1944)

SSRİ dövlət himni (1944–1991)"
(1945-ci ildən)
(1945-ci ildən)
30 dekabr1922[1][2] — 26 dekabr1991
PaytaxtMoskva
Ən böyük şəhərMoskva,Leninqrad,Kiyev,Daşkənd,Bakı,Xarkov,Minsk,Qorki,Novosibirsk,Sverdlovsk[3]
Dilrus dili
Rəsmi dilləriRus dili
DinDünyəvi dövlət[4][5]
Dövlət ateizmi[q 1]
Pul vahidiSSRİ rublu
Ərazisi22 402 200
Əhalisi293 047 571
İdarəetmə formasıKommunizm
Faktiki dövlət başçısı
 • 1922–1924Vladimir Lenin
 • 1924–1953İosif Stalin
 • 1953–1955Georgi Malenkov
 • 1955–1964Nikita Xruşşov
 • 1964–1982Leonid Brejnev
 • 1982–1984Yuri Andropov
 • 1984–1985Konstantin Çernenko
 • 1985–1991Mixail Qorbaçov
Sələfi və xələfi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SSRİ (rus.СССР),[q 2] və ya rəsmi adı iləSovet Sosialist Respublikaları İttifaqı (rus.Союз Советских Социалистических Республик),[q 3] yaxud qısacaSovet İttifaqı (rus.Советский Союз) — 1922–1991-ci illərdə əsasən HazırkiRusiya ilə indikiMDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyasımarksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur.Rusiya İmperiyasının varisi olmuşdur.

Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln).

SSRİ-nin ərazisinin əsas hissəsiniRusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. BunlarRusiya SFSR,Belorusiya SSR,Ukrayna SSRAzərbaycan SSR,Gürcüstan SSR,Ermənistan SSR-nin təmərküzləşdiyiZaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibindəÖzbəkistan SSR,Türkmənistan SSR,Tacikistan SSR,Qırğızıstan SSRQazaxıstan SSR təşkil edilmişdir. Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraqZaqafqaziya SFSR parçalanmış, beləliklə, SSRİ tərkibində formal olaraq 11 dövlət olmuşdur.

İkinci Dünya müharibəsindən qalib çıxmış SSRİ tərkibinəLitva SSR-i,Moldova SSR-i,Estoniya SSR-i vəLatviya SSR-i də qatdı. SSRİ öz sərhədləriniAvropaya tərəf genişləndirdi. HəmçininAlmaniyanın bir hissəsi də (keçmişKöniqsberq əyaləti) ona nəsib oldu.

Coğrafiya

[redaktə |vikimətni redaktə et]

Ərazisinin sahəsi 22 400 000km2-dir.[6], Həmin dövrdə ərazisinə görədünyanın ən böyük dövləti olmuşdur[7]. Dünyanın altıda birini əhatə etmişdi.[7] Ərazisinə görəŞimali Amerika ilə müqayisə edilirdi.Avropa hissəsi ölkə ərazisinin dörddə biri idi və onun mədəni və iqtisadi mərkəzi idi.Asiya hissəsində (şərqdəkiSakit okean və cənubdakıƏfqanıstan sərhədi)daha az əhali yaşayırdı.[7] Sovet İttifaqının uzunluğuşərqdənqərbə 10 minkm-dən çox,şimaldancənuba isə təxminən 7 200km idi.[8] Ölkə ərazisində 5iqlim qurşağı var idi.

Dünyanın ən uzun sərhədlərinə sahib idi (60.000 km-dən çox) vəNorveç,Finlandiya,Polşa,Çexoslovakiya,Macarıstan,Rumıniya,Türkiyə,İran,Əfqanıstan,Çin,Monqolustan,Şimali Koreya,YaponiyaABŞ ilə sərhədləri mövcud idi.[8]

Ölkənin ən uzun çaylarıObİrtış idi. Ən yüksəkzirvəTacikistan SSR-dəkiKommunizm zirvəsi idi (7495 m).

Tarixi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:SSRİ tarixi
SSRİ-də yaşayan xalqlar

SSRİ-nin qurulması

[redaktə |vikimətni redaktə et]

XX əsrin əvvəllərindəRusiyada kapitalizmin inkişafı sürətlənmişdi, lakin 1900–1903-cü illər dünya iqtisadi böhranı Rusiyadan da yan keçmədi. İctimai siyasi proseslərin dərinləşməsi ilə ilk siyası partiyalar yaranmağa başladı. Sonralar Rusiyanın tarixində əhəmiyyətli rol oynamışSosialist İnqilabçılar Partiyası 1902-ci ildə yarandı. Həmçinin 1903-cü ildəRusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP) yaradıldı.

Birinci Dünya müharibəsi bir çox dövlətlərin, həmçinin Rusiya İmperiyasının da zəifləməsi ilə nəticələndi. Nəticədə daxildə olan ziddiyyətlər daha da qabardı. Bütün bu proseslərin nəticəsi kimi Rusiyada 1917-ci ilin fevralındainqilab nəticəsində 1613-cü ildən hakimiyyətdə olanRomanovlar sülaləsi taxtdan məhrum edildi (1917-ci il martın 2-si).

Hakimiyyət Müvəqqəti hökumətə (Eser-menşeviklərə) keçdi, lakinbolşeviklər bu cür "hakimiyyət bölgüsündən" razı qalmadılar. 25 oktyabrda (7 noyabr) baş vermiş növbəti inqilab nəticəsində Müvəqqəti Hökumət hakimiyyətdən getdi. Nəticədə hakimiyyətVladimir İliç Lenin başda olmaqlakommunistlərin əlinə keçdi.

Hakimiyyətə gəlmiş bolşeviklər ilk addım olaraq özlərinə "hərbi arxa" yaratmağa başladılar. Nəticədə təcili olaraqQırmızı Ordunun quruculuğu başlandı, proletar milisi, hərbi-inqilabi tribunallar, əks-inqilabi mübarizə üçün fövqəladə komissiya yaradıldı. Bolşeviklər öz ideoloji təbliğatını daha da genişləndirmək üçün yalnız öz mətbuat qurumlarının çıxmasına icazə verdilər.

1918-ci il yanvarın 5-də RusiyadaMüəssislər Məclisinə seçkilər keçirildi. Müəssislər Məclisi elə fəaliyyətinin ilk günündəcə buraxıldı. III Sovetlər Qurultayı Rusiya Federativ Sosialist Respublikasının yaradıldığını elan etdi. Tezliklə 1918-ci iyununda ilk Sovet Konstitusiyası qəbul edildi.

Az sonra ölkədə vətəndaş müharibəsi başlandı. Qırmızılara qarşı Ağlar formalaşdılar. ŞərqdəAdmiral Kolçak Ağlara rəhbərlik etməyə başladı. O hətta "Rusiyanın Ali hökmdarı" elan edildi. Şimalda əks-inqilabi qüvvələrə Miller, cənubda isə general Denikin rəhbərlik edirdi, lakin bu müharibə tezliklə daxili müharibə kimi qalmayıb xaricdən hərbi müdaxiləyə məruz qaldı. ingilislərlə fransızlarCənubi Qafqaza,ArxangelskəOdessaya, almanlarUkraynayaGürcüstana ordu yeritdilər, lakin tezliklə qırmızı ordu üstünlüyü əlinə aldı və ardıcıl olaraq Kolçakı, Denikini, Vrangeli məğlub etdi. Sovetlərin bu qələbələri xarici qoşunları tezliklə öz ilkin mövqelərinə qayıtmağa məcbur etdi.

29 dekabr, 1922-ci ildəRSFSR,USSR,BSSRZSFSR arasında SSRİ-nin qurulması barədə saziş imzalandı. Bu saziş 30 dekabr, 1922-ci ildə Sovetlərin Birinci Birlik Konqresi tərəfindən qəbul edilmiş və nümayəndə heyətlərinin rəhbərləri tərəfindən imzalanmışdır.SSRİ Xalq Komissarları Şurası (Hökumət) vəXalq Komissarları (nazirliklər) 6 iyul, 1923-cü ildə yaradılmış olsa da, bu tarix SSRİ-nin formalaşması tarixidir.

SSRİ İkinci Dünya müharibəsindən əvvəlki dövrdə, beşillik planlar

[redaktə |vikimətni redaktə et]

1924-cü ilin əvvəllərindən, əsasən Leninin ölümündən sonra ölkə rəhbərliyində hakimiyyət uğrunda ciddi siyasi mübarizə başladı.İosif Stalin tərəfindən təkbaşına idarə üçün tətbiq olunmuş avtoritar idarə metodu möhkəmləndi. Stalin və digər rəhbərlər SSRİ-nin digərAvropa ölkələrindən iqtisadi baxımdan çox geri qaldığını çox gözəl başa düşürdülər. 1924-cü ildən başlayaraq, ABŞ istisna olmaqla, bir sıra qərb ölkələri SSRİ-ni tanımağa başladılar, lakin bu əlaqələrdə qeyri-bərabərlik mövcud idi. SSRİ dünya birliyinin üzvü kimi tanınsa da, bu illərdəMillətlər Cəmiyyətinə qəbul edilməmişdi.

XX əsrin 20-ci illərinin ortalarından başlayaraq Yeni İqtisadi Siyasət (YİS) tətbiq olunmağa başladı. Onun ardınca sənayeləşmə vəkollektivləşmə kimi tədbirlər görüldü. 1928–1932-ci illərdə ilkbeşillik plan qəbul olundu. 1932–1933-cü illərdə ölkədə kütləvi aclıq baş verdi.Kommunist partiyası ölkənin bütün idarəetmə strukturlarını özünə tabe etməyə müvəffəq oldu. Ölkədə çox güclü mərkəzləşmiş, hərbi-totalitar rejim yaradıldı. 1934-cü ildən başlayaraq ölkədəki kütləvi represiyalar cəmiyyətin əksər təbəqələrindən yan keçmədi. ÖlkədəQULAQ sistemi bütün gücü ilə fəaliyyət göstərirdi.

SSRİ İkinci Dünya müharibəsi illərində

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Böyük Vətən müharibəsi

XX əsrin 20–30-cu illərində yaranmış Beynəlxalq münasibətlər yeni bir dünya müharibəsini qaçılmaz etdi.Almaniya,İtaliyaYaponiya dünyanın "qeyri-bərabər" nüfuz dairələrinə bölünməsi ilə razı deyildilər. SSRİ öz nüfuz dairəsiniAvropaya doğru genişləndirmək istəyir, dünyanın nüfuz dairələrinə bölünməsi onu da tam qane etmirdi. Buna görə də 1939-cu ilin martındaFransa,İngiltərə və SSRİ arasında başlanan danışıqlar uğursuz oldu. SSRİ kimi müttəfiqin olmasını arzulayan Almaniya 1939-cu il avqustun 23-də (İkinci dünya müharibəsinin başlanmasından 8 gün əvvəl) "Molotov-Ribbentrop paktı" imzaladılar. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürürdülər. Müqavilənin məxfi hissəsində isəPolşanın və digər Şərqi Avropa ölkələrinin bölüşdürülməsinə dair saziş var idi.

Beləliklə 1939-cu il sentyabrın 1-imüharibə başladı. "23 avqust" sazişinə əsasən SSRİ həmçinin Polşaya şərqdən hücum etdi. Polşa zəbt edildi və bölüşdürüldü.

SSRİ-nin hərbi gücünə bələd olduqdan sonraAlmaniya SSRİ torpaqlarını tutmaq qərarına gəldi. Almanlar bunun üçün yeni plan "Barbarossa"adlı "İldırım sürətli müharibə" (Blitz kriq) planı hazırladılar. Həmin plan SSRİ-nin çox sürətli işğalına imkan verəcəkdi. Bu planın yerinə yetirilməsindəYaponiyanın şərqdən hücumu vacib idi.Almaniya iləYaponiya arasında 70-ci meridian sərhəd kimi şərtləşdirilmişdi.

SSRİ-ninYaponiyadaki məxfi agentiRixard ZorgeAlmaniyaYaponiyanın SSRİ-yə hücum vaxtını mərkəzə xəbər versə də,StalinHitlerdən belə tez hücum gözləmirdi.

1941-ci il iyun ayının 22-də səhər saat 4-də (R. Zorgenin dediyi vaxtda)Almaniya qəfildən SSRİ-yə hücum etdi. SSRİ tarixinə "Böyük Vətən Müharibəsi" kimi daxil olmuş müharibə başladı.

SovetlərAmerika Birləşmiş Ştatlarıİngiltərə ilə danışığa başladı. 1941-ci il iyulun 12-də əməkdaşlıq haqqındaİngiltərə ilə müqavilə imzalandı. SSRİ-nin silaha ehtiyacı olduğu üçün oktyabrın 1-dəAmerika Birləşmiş Ştatları,İngiltərə və SSRİ arasında silah verilməsini nəzərdə tutan saziş imzalandı. Daha sonraAmerika Birləşmiş Ştatlarının "Lendliz" haqqında qanunu SSRİ-yə şamil edildi.

Stalinin hakimiyyəti illərində SSRİ-də təcrübəli hərbi kadrların böyük hissəsi "Stalinə sədaqətsiz" olduqları üçün məhv edilmişdilər. Bu da müharibənin ilk aylarında kəskin şəkildə özünü göstərdi.

Almanlar çox tez zamanda – ilk həftədəSmolenski tutdular. Sentyabr ayındaKiyev almanların əlinə keçdi,Leninqrad mühasirəyə alındı və noyabrdaMoskvaya hücum başladı.Moskva ətrafında dekabrın 5–6-da baş verənMoskva döyüşündə almanlar məğlub oldular. Bu hadisə müharibənin gedişində əsaslı dönüşün başlanması kimi qəbul edilir. Məhz həmin döyüşdən sonra almanların "məğlubedilməzliyi" haqqında mif yox oldu. "Barbarossa" planı səmərəsiz çıxdı. Almanlar çox qısa zamanda uzun məsafəyə geri atıldı.

Müharibə dövründəİran özünü bitərəf elan etsə də bu ölkədə alman kəşfiyyatı çox güclü idi.İranla SSRİ arasındakı əvvəlki müqavilələrə əsasən (Həmin müqavilələrdə bir dövlətin ərazisinin zəbt edilməsi təhlükəsi yarandığı zaman digər dövlətin ərazisinə qoşun yeridilə biləcəyini nəzərdə tuturdu) 1941-ci il avqust ayında Sovet ordusuİran ərazisinə (Cənubi Azərbaycana) daxil oldu.

1942-ci ilin iyunundaSakit okeanda yaponlar ağır məğlubiyyətə uğradılar. Oktyabrdaingilis ordusuBernard Lou Montqomerinin başçılığı iləMisirdə, noyabrda isə amerikalılarDvayt Eyzenhaverin başçılığı iləMərakeşdəfaşistləri məğlub etdilər.

Almanlar bu dövrdə SSRİ-nin daxilinə doğru irəliləməkdə idilər. Kerçin müdafiəsi yarıldı,Sevastopol,Xarkov almanlar tərəfindən tutuldu.StalinqradQafqaz təhlükəyə düşdü. 1942-ci il noyabrın 19-da başlanan əks hücum almanları mühasirəyə saldı.Stalinqradda Sovet qoşunları qalib gəldi.Qafqazdan əks hücum başladı. Strateji üstünlük Sovetlərin əlinə keçdi.

1943-cü ilin iyul-avqust aylarında baş vermişKursk döyüşü tarixə ən böyük tank və texnika döyüşü kimi düşdü. Burada hər iki tərəfdən külli miqdarda tank və ağır zirehli hərbi maşınlar toplanmışdı. Sovetlər yenə qalib gəldi.

1943-cü ilin noyabrın 28-dəTehranda SSRİ səfirliyində "Tehran konfransı" başladı. Konfransda əsasən 3 dövlətin başçısıU. Çörçill (Böyük Britaniya),İ. Stalin (SSRİ) vəF. D. Ruzvelt (Amerika Birləşmiş Ştatları) ilk dəfə görüşürdülər. Əsas müzakirə mövzusu sonrakı əməkdaşlıq və 2-ci cəbhənin açılması idi.Çörçill SovetlərinBalkan yarımadasını işğal etməməsi üçün 2-ci cəbhənin buradan açılmasına çalışırdı, lakinStalinə ŞimaliFransadan cəbhənin açılması lazım idi.StalinAlmaniyanı məğlub etdikdən sonraYaponiya ilə müharibədəAmerika Birləşmiş Ştatlarına kömək edəcəyiniRuzveltə söz verdi. BeləlikləRuzveltStalini dəstəklədi. BuStalininÇörçillBritaniya İmperiyasına vurduğu ağır zərbə oldu.

Tehran konfransında həmçininİranın ərazi bütövlüyünün qorunub saxlanılmasına dair saziş də imzalandı.

1944-cü ilin yanvar-fevral aylarında SSRİLeninqrad altından vəUkraynadan əks hücuma başladı. TezlikləFinlandiya SSRİ-yə təslim oldu və ərazisinin bir hissəsini SSRİ-yə verməli oldu.

1944-cü il iyunun 6-da general Dvayt Eyzenhaverin komandanlığı altındaNormandiyada 2-ci cəbhə nəhayət ki, açıldı və SovetlərGeorgi Konstantinoviç Jukovun rəhbərliyi ilə "Baqration əməliyyatı"na başladılar. "Baqration əməliyyatı" nəticəsində SSRİ öz ərazisindənAlmaniyanı qovub çıxara bildi.

1944-cü ilin avqustundaFransa almanlardan təmizləndi.Yaponiya bir neçə adasını itirdi.

1945-ci il fevralın 4-də "Böyük üçlük" –Stalin,ÇörçillRuzveltYaltada görüşdülər. OnlarAlmaniyanın qeyd-şərtsiz təslim edilməsi haqqında qərar qəbul etdilər. Stalin şərqə əlavə ərazi iddisı ilə çıxış etdi. Bu ərazilər içərisində vaxtiləRusiya imperiyasının yaponlarla müharibədə uduzduğuPort-Arturda var idi.

1944-cü ilin dekabrında almanlar son əks-hücuma keçdilər, lakin Sovetlərin başladığı"Visla-Oder" əməliyyatı almanları geri oturtdu.

1945-ci il aprel ayının 16-da Sovet marşalıGeorgi Jukovun rəhbərliyi ilə"Berlin" əməliyyatı başladı və aprelin 30-da Reyxstaq üzərində SSRİ-nin bayrağı dalğalanmağa başladı.

Mayın 8-də alman hökuməti adından feldmarşalVilhelm fon Keytel təslim olma haqqında müqavilə imzaladı.

SSRİ İkinci Dünya müharibəsindən sonra

[redaktə |vikimətni redaktə et]
SSRİ (1945–1991)

İkinci Dünya müharibəsi qurtardıqdan sonra SSRİ müharibədən 27 milyonluq insan və çoxlu miqdara təbii sərvət itkisi ilə çıxdı, lakin SSRİ müharibədən qalib və qat-qat güclü hərbi-iqtisadi potensialla çıxmağı bacardı. Müharibədən sonrakı dövrdə dünyada supergüc kimi tanınmağa başladı. 1950-ci illərdə 6200 sənaye müəssisəsi bərpa olundu və ya yenidən quruldu. 1950-ci ilin əvvəli üçün kənd təsərrüfatı istehsalı da müharibədən əvvəlki səviyyəyə çatdırıldı. Buna baxmayaraq, ölkədə kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi səviyyəsi çox aşağı idi. 1948-ci ildə kolxozların ancaq 44,2%-i taxıl tədarükü planını ödəyirdi. 1946–1948-ci illərdə ölkədə baş vermiş aclıq nəticəsində bir milyona qədər insan ölmüşdü. Müharibədən sonra əmək ehtiyatları qıtlığı yaranmışdı. Ölkənin maliyyə sistemində də çətinliklər var idi. Onları aradan qaldırmaq məqsədilə 1947-ci ildə pul islahatı keçirildi. İslahat nəticəsində pulun dəyəri 10 qat artırıldı. 1947-ci ilin dekabrında məhsulun bölgüsündə talon sistemi ləğv olundu.

SSRİ-nin İkinci Dünya müharibəsindən sonra ki siyasi vəziyyəti

  • Mövcud olan fövqəladə vəziyyət aradan qaldırıldı.
  • Müharibə şəraitinə görə yaradılmış dövlət Müdafiə Komitəsi ləğv olundu.
  • Yerli sovetlərə, respublikaların ali sovetlərinə və ssri ali sovetinə seçkilər keçirildi.
  • Müharibədən əvvəl ki totalitar rejim daha da gücləndirildi.
  • Siyasi hakimiyyətdə köklü dəyişikliklər etmək üçün çoxpartiyalılıq ləğv edildi.
  • İ. Stalinin şəxsiyyətinə pərəstiş daha da artdı.
  • Dövlət islah düşərgələr sistemi daha da genişləndi.
  • Müharibədən sonra kütləvi represiyaların yeni dalğası başladı.

1945-ci ilin iyununda "Böyük üçlük"Potsdam konfransında yenidən görüşdü.Franklin Ruzvelt vəfat etdiyindən onuHarri Trumen,Vinston Çörçili isə yeni seçilmiş baş nazirKlement Ettli əvəz etmişdi. BuradaAlmaniyanın sonrakı taleyi həll edildi və onun ərazisi 4 işğal zonasına bölündü. SSRİ-nin payına şərik çıxmaq üçün ingilis və amerkalılarFransanı da müttəfiqlərin sırasına qatdılar.

Müharibədən sonra, 1946-cı il martın 5-dəABŞ-də səfərdə olanVinston Çörçil,Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecində özünün məşhur "Sülhün əzələləri" adlı çıxışını etdi. Tarixçilər məhz həmin çıxışı Çörçillinkommunizmə qarşı birgə mübarizəyə çağırışı —Soyuq müharibənin başlanması üçün siqnal hesab edirlər. Amerika Birləşmiş Ştatlarının qəbul etdiyi "Marşal planı" və "Trumen doktorinası" isə müharibəni "rəsmiləşdirdi".

Müharibədən sonra iqtisadiyyatı dinc məqsədlər üçün istiqamətləndirmək xətti götürüldü. Yaranmış işçi qüvvəsi qıtlığını isə məhbusların, əsirlərin və sürgün olanlanların əməyi ilə əvəz etdilər.

1947-ci ildə pul islahatı keçirildi. Ölkəni yeni represiya dalğası bürüdü. 1953-cü ildəİosif Stalin vəfat etdi. Onun yerinə hakimiyyətəNikita Xruşşov,Gennadi MalenkovLavrenti Beriya ittifaqa gəldi, lakin 1953-cü ilin yayında Beriya tutuldu və güllələndi. 1955-ci ildə Malenkov rəhbərlikdən uzaqlaşdırıldı. 1957-ci ildəGeorgi Jukov MK Rəyasət heyətinin üzvü və müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldılar. Hakimiyyət tək Xruşşovun əlində cəmləndi. 1958-ci ildə o, hakimiyyətə tam sahib oldu.

Onun dövründə "Şəxsiyyətə pərəstiş"(Stalinə) tənqid olundu. Minlərlə represiyaya məruz qalmış insanlar bəraət qazandılar. 1964-cü ilin oktyabrındaXruşşov tutduğu vəzifədən azad edildi.Leonid Brejnev Sov. İKP MK birinci katibi,Aleksey Kosıgin isə SSRİ Nazirlər Sovetinin Sədri seçildi. 1961-ci ildəKommunist partiyasının XXII qurultayında 20 il müddətində ölkədə kommunist cəmiyyəti qurma proqramı qəbul olundu.

Nikita Xruşşovun və Leonid Brejnevin dövründə keçirilən iqtisadi islahatlar ölkəni iqtisadi cəhətdən dirçəltdi. Əkin sahələri artırıldı. Buna baxmayaraq 1963–1965-ci illərdə ölkədə taxıl çatışmazlığı yarandı.

SSRİ-nin "Yenidənqurma" mərhələsi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Yenidənqurma

1982-ci ildə Leonid Brejnev vəfat etdi. Yeni rəhbərDTK-nın (КГБ) keçmiş rəhbəriYuri Andropov (1982–1984) oldu. Onun ölümündən sonra isəKonstantin Çernenko (1984–1985) hakimiyyətə gəldi. Hər iki Sovet rəhbəri səhhəti ucbatından hakimiyyətdə çox qalmadan vəfat etdi. 1985-ci ildəMixail Sergeyeviç QorbaçovSov. İKP MK-nın birinci katibi seçildi. Qorbaçov 1985-ci ilin aprelində MK-nın plenumunda sosial-iqtisadi inkişafı artırmaq üçün sürətləndirmə xətti irəli sürüldü.

1987-ci ildə ictimai qurluşu – sosializmi yenidən qurmaq vəzifəsi irəli sürüldü. Buna əsasən 2 məqsəd müəyyən olundu:

  • Demokratik sosializm qurmaq;
  • "Lenin normalarına" qayıtmaq.

1990-cı ildə SSRİ-də prezident vəzifəsi təsis olunurdu. Qorbaçov SSRİ-ni birinci prezidenti oldu.Stalin yenidən tənqid olundu,Xruşşov dövründə bərəat ala bilməyənlər bərəat qazandılar.

"Böyük dağılma"

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Sovet İttifaqının dağılması
SSRİ rəhbərləri

1983-cü ildəAmerika Birləşmiş Ştatları prezidentiRonald ReyqanStrateji Müdafiə Təşəbbüsü adlı kosmosda raketdən müdafiə planını həyata keçirməyə başladı. SSRİ həmçinin öz hərbi ve kosmik xərclərini artırdı. İqtisadi inkişafı sürətləndirmək üçün Qorbaçov "Yenidənqurma", "Sürətləndirmə", "Aşkarlıq" kimi şüarlar irəli sürdü.

Regionlarda etnik münaqişələr Sovetlərin vəziyyətini gərginləşdirdi.Azərbaycan SSR-in tərkibində olanDağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı "Böyük dağılmanın" başlanğıcı oldu. 1990-cı ilin martındaEstoniya,Litva, may ayında isəLatviya müstəqilliklərini bərpa etmək haqqında qərar qəbul etdilər. Gürcüstanda suverenlik haqqında dekret qəbul olundu.

İyun ayındaRSFSR dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyunundaBoris Yeltsin RSFSR-in prezidenti seçildi. 1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə Fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun "səhhəti ağır olduğu üçün" onun səlahiyyətləriGennadi Yanayevə verildi. YanayevMoskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. "Avqust qiyamı" puç oldu. Bu hadisədən sonraKommunist partiyasının fəaliyyəti dayandırıldı.

1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş –Rusiya SFSR,Ukrayna SSRBelorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-dəMixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı.

Dövlət rəmzləri

[redaktə |vikimətni redaktə et]
Həmçinin bax:SSRİ bayrağı,SSRİ gerbi, vəSSRİ himni

Sovet simvolizmi Sovet dövlətini,Oktyabr İnqilabını,[9] Kommunistləri təsvir edən[9] fərqli işarələr və təsvirlərdir. Kəndlilər, işçilər, çəkic, oraq və beşbucaqlı qırmızı ulduz Sovet hakimiyyətinin ən başlıca simvollarıdır.[9]

SSRİ rəhbərləri

[redaktə |vikimətni redaktə et]

Bayramlar

[redaktə |vikimətni redaktə et]
TarixAzərbaycanca adıRusca adı
1 yanvarYeni ilНовый год
23 fevralOrdu günüДень Советской Армии и Военно-морского флота
8 martBeynəlxalq Qadınlar günüМеждународный женский день
12 aprelKosmonavtika günüДень космонавтики
1 mayBir May – Dünya zəhmətkeşlərinin həmrəyliyi günüПервое Мая – День международной солидарности трудящихся
9 mayQələbə günüДень Победы
7 oktyabrKonstitusiya günüДень Конституции СССР
7 noyabrBöyük Oktyabr Sosialist İnqilabı günüГодовщина Великой Октябрьской социалистической революции

Ucqar nöqtələri

[redaktə |vikimətni redaktə et]
  • Şimalda –Çelyuskin burnu (77° 43`)
  • Cənubda – Kuşka şəhəri yaxınlığındakı Çilduxtər aulu (35° 08`)
  • Qərbdə –Qdansk yaxınlığında qumlu dil (19° 38`)
  • Şərqdə –Berinq boğazında

Qeydlər

[redaktə |vikimətni redaktə et]
  1. De-fakto
  2. Dünyada Sovet Rusiyası, Bolşevik Rusiyası, sadəcə Rusiya və ya Sovetlər olaraq bilinir. Rusiyada və qonşu xalqlarda Sovdepiya vəSovok kimi tanınır.
  3. 1977-ci il Sovet Konstitusiyasının III hissəsində qeyd olunduğu kimi, "SSRİ-nin milli-dövlət quruluşu"

Mənbə

[redaktə |vikimətni redaktə et]
  1. "Всесоюзная перепись населения 1989 года. Рaспpeдeлeниe нaсeлeния СССР по нaционaльности и языку —Еженедельная демографическая газета Демоскоп Weekly".İstifadə tarixi:7 iyul 2015.Arxivləşdirilib.
  2. "Всесоюзная перепись населения 1989 года. Рaспpeдeлeниe нaсeлeния СССР по нaционaльности и языку: Гоpодскоe нaсeлeниe —Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 7 iyul 2015.İstifadə tarixi:7 iyul 2015..
  3. "Всесоюзная перепись населения 1989 года. Рaспpeдeлeниe нaсeлeния СССР по нaционaльности и языку: Сeльскоe нaсeлeниe —Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 7 iyul 2015.İstifadə tarixi:7 iyul 2015..

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Декларация об образовании Союза Советских Социалистических Республик (rus.). 1922.
  2. https://novynarnia.com/2022/12/26/100r-srsr/.
  3. "СССР. Крупнейшие города с числом жителей св. 1 млн".13 avqust 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:31 avqust 2015.
  4. "ARTICLE 124".2 yanvar 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 fevral 2019.
  5. "Article 52".16 fevral 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 fevral 2019.
  6. "Географическая карта СССР и её краткая характеристика".9 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 may 2018.
  7. 123"СССР в Рунет-энциклопедии "Кругосвет"".11 mart 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 may 2018.
  8. 12"География СССР. Общие данные".12 dekabr 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 avqust 2021.
  9. 123"Советская символика. Как серпом по Западу".11 sentyabr 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 may 2018.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaSSRİ ilə əlaqəli mediafayllar var.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Digər respublikalarZaqafqaziya Sosialist Federativ Sovet RespublikasıZSFSR  •Karel-Fin SSR
⛭
Ölkələrə görə
Tarix
Regionlar variantlar
Kommunist
dövlətlər
Afrika
Amerika
Asiya
Qısa ömürlü
Avropa
Qısa ömürlü
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=SSRİ&oldid=8351446"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp