Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

SAT

Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:SAT.
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
SAT
MənşəABŞABŞ
TipKağız üzərində standart bir test
SahibiCollege Board,Educational Testing Service
BölmələrYazı, tənqidi oxu, riyaziyyat
MəqsədUniversitet və ya kolleclərin bakalavr proqramlarına qəbul
İlk ili1926
Müddəti3 saat (inşa olmadan), 3 saat 50 dəqiqə (inşa ilə)
Bal şkalası400–1600
Etibarlılıq müddəti3 il
Təkliflərİldə 7 dəfə
MəhdudiyyətlərRəsmi məhdudiyyət yoxdur. Orta məktəb tələbələri üçün nəzərdə tutulub. Sərrast ingilis dili bacarığı tələb edilir.
BölgəÜmumdünya Bütün dünya
Test diliİngiliscə
İştirakçıların sayı 2.22 milyon
Qiyməti52.50$–101.50$ (ölkədən ölkəyə fərqlilik göstərir)

SAT (ing.Scholastic Assessment Test) –Amerika Birləşmiş Ştatlarındakolleclərə qəbul üçün nəzərdə tutulan standartlaşdırılmıştest. Test əvvəllərSxolastik Qabiliyyət Testi və yaxudSxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o,Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük populyarlıq qazanmışdı. 2005-ci ildə bu test "SAT Məntiq Testi" adlandırıldı.

Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqiditəfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, ortaməktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur.[1] Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir.

Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alantələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur. SAT-nin nəticələri orta məktəb qeydiyyatını tamamlamaqla qazanılır və tələbə qəbulu üzrə məsul şəxslərə kurs işi, dərəcələr, sinfi səviyyələr kimi məlumatları təmin etməkdə kömək edir.

2005-ci ilin martında SAT-da dəyişiklər edilmişdi. Tarixən, SAT sahilboyu zonalardakı kolleclərdə, Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuşACT testi isə OrtaQərbCənubda daha çox məşhurluq qazanmışdı.

2015–16-cı tədris ilindən başlayaraq Kollec Şurası pulsuz SAT hazırlığını təmin etmək üçün Khan Academy ilə işləməyə başladı. 2022-ci ilin yanvar ayında Kollec Şurası testin rəqəmsal olacağını açıqladı.[2][3] Bu dəyişiklik artıq 2023-cü ilin martında beynəlxalq imtahan verənlər üçün baş verib və ABŞ imtahan verənlər üçün 2024-cü ilin martında başlayacaq.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Fuess, Claude.The College Board: Its First Fifty Years. New York: Columbia University Press. 1950.18 oktyabr 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 avqust 2016.
  2. "College Board Will No Longer Offer SAT Subject Tests or SAT with Essay – College Board Blog". College Board(ingilis).21 avqust 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 fevral 2021.
  3. Hartocollis, Anemona; Taylor, Kate; Saul, Stephanie."Retooling During Pandemic, the SAT Will Drop Essay and Subject Tests". The New York Times(ingilis). 20 yanvar 2021.ISSN 0362-4331.28 dekabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 fevral 2021.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=SAT&oldid=8327813"
Kateqoriya:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp