| Səhihi-İbn Hibban | |
|---|---|
| ərəb.صَحِيحُ ابْنِ حِبَّان | |
| Müəllif | İbn Hibban |
| Janr | hədis |
| Orijinalın dili | ərəb dili |
Səhihi-İbn Hibban[1] (ərəb.صحيح ابن حبان) və yaəl-Müsnədüs-Səhih (ərəb.المسند الصحيح) —İbn Hibbanın səhih hədisləri qisim və növlərinə görə tərdib etdiyi hədis məcmuəsi.
Əsərin qələmə alınmasının məqsədi səhih hədislərin müəyyənləşdirilməsini, əzərbərlənməsini və onlardan hökm çıxarılmasını asanlaşdırmaqdır. Buna görə də İbn Hibban 7500 hədisi toplamış və bunu edərkən də klassik üsullardan deyil, özünə məxsus üsuldan istifadə etmişdir. Əsərdə ümumilikdə 400 növ və 5 qisim vardır. Əsərdə hədislər növ başlıqları altında verilmişdir. Əsərdəki beş qisim bunlardır: Allahın bildirdiyi əmrlər (110 növ), qadağalar (110 növ), xəbərlər (80 növ), mübahlar (50 növ), sadəcə Məhəmməd peyğəmbərin hərəkətləri (50 növ).
Əsərin tamı adı "əl-Müsnədüs-Səhih alət-təqasim vəl-ənvə min qeyri-vücudi-qətin fi sənədihə və lə sübuti-cərhinfi nəqilihə"dir. Əsərin digər adları bunlardır: "Səhihi-İbn Hibban", "ət-Təqasim vəl-ənvə", "Kitabül-Ənvə vət-təqasim", "əs-Sünən" "əl-Ənvə".
Əsərinsünni hədis ədəbiyyatındakı yeri belədir: İbnüs-Salah və digər sünni hədis alimlərinin qənaətincə yalnız səhih hədis toplamağı qarşısına məqsəd qoymuş şəxslərin kitabları arasında (Buxari vəMüslümün səhihlərindən sonra) birinci yerdəİbn Xuzeymənin "əs-Səhih"i, ikinci yerdə İbn Hibanın "əs-Səhih"i, üçüncü yerdə isəHakim ən-Nisaburinin "əl-Müstədrək"idir.[2]
Bu günə qədər əsər üzərində müxtəlif tədqiqatlar[3] aparılmış və dissertasiyalar[4] qələmə alınmışdır.
Əsərin əlyazmaları müxtəlif tarix (1983–1987, 1993 və s.) və yerlərdə (Beyrut, Qahirə və s.) dəfələrlə nəş edilmişdir.