Rut Asava | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Noruolk,Los-Anceles dairəsi,Kaliforniya,ABŞ |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | San-Fransisko,Kaliforniya,ABŞ |
Təhsili |
|
Fəaliyyəti | heykəltaraş, litoqraf, textile artist[d] |
ruthasawa.com | |
![]() |
Rut Ayko Asava (ing.Ruth Aiko Asawa;24 yanvar1926,Noruolk,Kaliforniya –6 avqust2013,San-Fransisko,Kaliforniya) – yaponəsilli ABŞ heykəltəraşı və rəssamı.[1] O, yaratdığı biomorfik tel formalarına, eləcə də, ictimai sənət quraşdırmalarına görə tanınır.[1]
Rut Asava 24 yanvar 1926-cı ildəKaliforniya ştatınınNorualk ferma icmasında doğulmuşdur.[1] Valideynləri Umakiçi və Haru Asava ABŞ-yə immiqrasiya etmişyaponlar idi.[1] Rut yeddiuşaqlı ailənin dördüncü uşağı idi.[1]
Rut uşaq yaşlarından etibarən sənətə maraq göstərməyə başlamışdır.[1] Onunağ ayı rəsmi 1935-ci ildə sərgiyə qoyulmuş və üçüncü sinif müəllifi onun sənət bacarığını tərifləmişdir.[1] Asava 1939-cu ildəAzadlıq heykəlinin rəsmini çəkərək məktəbdə keçirilən bir rəsm müsabiqəsinin qalibi olmuşdur.[1] Şənbə günləriyapon dili və mədəniyyəti ilə məşğul olur, eləcə də,kalliqrafiya öyrənirdi.[1]
İkinci dünya müharibəsi zamanıABŞ yaponlarının internasiyası Asava ailəsinin həyatına böyük zərbə vurmuşdur.[1] 1942-ci ilin fevralında atası Umakiçi saxlanılaraqNyu-Meksiko ştatındakı düşərgəyə göndərilmişdir.[1] İki ay sonra isə ailə fermanı tərk etməyə məcbur edilmiş vəArkanzas ştatınınRover Müharibə Relokasiya Düşərgəsində məskunlaşmışdır.[1] Rut 1943-cü ildə Rover liseyindən məzun olmuşdur.[1] Atası 1943-cü ildə azad edilsə də, Rut kollec təhsili almaq üçün ailəsini tərk etmiş və valideynlərini 1948-ci ilə qədər bir daha görməmişdir.[1]
Asava Miluoki Ştat Müəllimlər Kollecinə daxil olaraq rəssamlıq, boyakarlıq və zərgərlik öyrənmişdir.[1] Pul qazanmaq üçün bir müddət ev xidmətçisi işləmişdir.[1] O, 1948-ci ildə bacısı LuisləMexiko şəhərinə səyahət edərək ispan vəMeksika incəsənətini öyrənmişdir.
Asava müəllim kimi işləmək istəsə də, antiyapon münasibətlər səbəbilə istəyi baş tutmamışdır.[1] Buna görə dəŞimali Karolina ştatınınBlek-Maunten qəsəbəsində yerləşən incəsənət məktəbinə daxil olmuş və 3 il ərzində rəssamlıq təhsili almışdır.[1] 1947-ci ildə Mexikoya qayıtmış və burada yumurtalar üçün tel səbətlər hazırlamağı öyrənmişdir.[1]
O, 1950-ci illərdəoriqami, rəssamlıq, boyakarlıq biliklərini birləşdirərək asılqan tel formalar yaratmağa və buna görə məşhurlaşmağa başlamışdır.[1] 1954-cü ildə ilk sərgisi baş tutmuşdur.[1] Onun sərgiləriSan-Fransisko İncəsənət Muzeyi (1973),Fresno İncəsənət Mərkəzi (1978 və 2001),Oklend muzeyi (2002),De Yanq muzeyi (2006),Yaponəsilli Amerikalılar Milli Muzeyi (2007) vəPulitzer İncəsənət Fondu (2018) kimi məkanlarda sərgiləri keçirilmişdir.[1] ƏsərləriVitni Amerikan İncəsənəti Muzeyi, De Yanq muzeyi,Nyu-York Müasir İncəsənət Muzeyi,San-Xose İncəsənət Muzeyi və başqa məkanlarda sərgilənir.[1]
Asavanın əsas əsərlərinəCirardelli meydanında yerləşən dəniz qızı fəvvarəsi olan "Andrea" (1966–68), San-Fransisko fəvvarəsi (1973), "Oriqami fəvvarələri" (1975–76), oriqamidən təsirlənərək yaradılmış "Aurora" fəvvarəsi (1986), "Şərabın tarixi" fəvvarəsi (1988) və San-Xosedə yerləşən "Yapon-amerikan İnternasiya Memorialı" (1994) aiddir.[1] O,San-Fransisko Dövlət Universitetində işləyərək 2002-ci ildə "Anım bağı" adlı işin yaradılmasında iştirak etmişdir.[1]
1982-ci ildən etibarən 12 fevral tarixiSan-Fransiskoda Rut Asava Günü kimi qeyd olunur.[1] 2020-ci ildə ABŞ Poçt Xidməti tərəfindən onun yaradıcılığına həsr olunmuş marka seriyası buraxılmışdır.[1] 2021-ci ildə adı Kaliforniya Şöhrət Zalına daxil edilmişdir.[1]Google 1 may 2019-cu ildə onun xatirəsinə həsr olunmuş dudl yayımlamışdır.[2]