Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Ruan

49°26′35″ şm. e. 1°06′09″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ruan
Rouen
BayraqGerb
BayraqGerb
49°26′35″ şm. e. 1°06′09″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü10 m, 2 m[3], 152 m[3], 39 m[4]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 116.331 nəf.(2022)[5]
Rəqəmsal identifikatorlar
Poçt indeksi76000[6], 76100[6]
Nəqliyyat kodu76
Digər
rouen.fr
Xəritəni göstər/gizlə
Ruan xəritədə
Ruan
Ruan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

RuanFransanın şimalında şəhər və liman. ŞəhərSena çayı sahilində yerləşir və dənizkənarı Sena departamentinin inzibati mərkəzidir. Əhalisi 541 410 (2007) nəfərdir. Ruan XI əsrdən toxuculuq, XVI əsrdən isə manufaktura sənayesi mərkəzi idi. Memarlıq abidələri: Notr-Dam, Sent-Uen, Sen-Maklu kilsələri, Burteruld oteli (1501-1537), Ədliyyə sarayı (1508-1509), ağacdan yaşayış evləri (XVI əsr) və s. Şəhərdə zərif sənətlər və keramika muzeyi var.

Ruan qallara məxsus qədim yaşayış məskəninin yerində salınmışdır. E.ə. I əsrdə romalılar, V əsrin sonunda isəfranklar şəhəri işğal etmişlər. 911-ci ildəNormandiya hersoqluğunun paytaxtı olmuş, 1150-ci ildə isə özünüidarə hüququ almışdır. 1204-cü ildə Fransaya birləşdirilmişdir.Yüzillik müharibənin gedişində 1419-1449 illərdə ingilislərin hakimiyyəti altına keçmişdir.Janna d'Ark 1431-ci ildə burada mühakimə olunmuş və tonqalda yandırılmışdır.Böyük Fransa inqilabı dövründə Ruanda əksinqilabi qüvvələr cəmləşmişdir.İkinci dünya müharibəsi dövründə böyük dağıntılara məruz qalmış, 1944-cü il avqustun sonunda alman işğalından azad edilmişdir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12ArchINFORM (alm.). 1994.
  2. répertoire géographique des communes.Institut national de l'information géographique et forestière.
  3. 12répertoire géographique des communes.Institut national de l'information géographique et forestière, 2015.
  4. https://data.geopf.fr/telechargement/download/GEOFLA/GEOFLA_2-2_COMMUNE_SHP_LAMB93_FXX_2016-06-28/GEOFLA_2-2_COMMUNE_SHP_LAMB93_FXX_2016-06-28.7z. 2016.
  5. Populations de référence 2022 (fr.).INSEE, 2024.
  6. 12Base officielle des codes postaux.La Poste, 2018.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Ruan&oldid=8178626"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp