Ronald Ross (13 may1857[1][2][…],Almora[d],Britaniya Hindistanı –16 sentyabr1932[1][2][…],London) — Fiziologiya və ya tibb sahəsində 1902-ci ildə Nobel mükafatı laureatı[3]
Ronald Ross 1857-ci ildəHindistanda zabit ailəsində doğulmuşdur. 8 yaşında ikən təhsil almaq üçün İngiltərəyə yola düşən Ross atasının təkidilə Tibb Kollecinə daxil olmuş və 1881-ci ildə "Hindistan Tibb Xidməti" adlı təşkilatda çalışmağa başlamışdır. Burada işlədiyi ilk dövrlərdə ədəbiyyatla da məşğul olmuş, hekayə və romanlar yazmışdır. Bununla yanaşı, malyariya xəstəliyinin törədiciləri barədə tədqiqatlar aparmışdır. Bu məqsədlə İngiltərədəbakteriologiya kurslarına daxil olan Ross, daha sonra Hindistana qayıdaraq tədqiqatlarını davam etdirmişdir.
1880-ci ildə Şarl Levran malyariya törədicisinin plazmodiya adlı birhüceyrəli parazit olduğunu aşkara çıxarmışdı. Müasir elmi məlumatlara əsasən, plazmodiyalar insanın eritrositlərinə (qırmızı qan hüceyrələri) toplanır və orada cinsiyyətsiz çoxalır. Daha sonra isə bu plazmodiyalar çoxalaraq aypara şəkilli forma alırlar. Yoluxdurucular xəstələnmiş şəxslərdən ağcaqanadlar vasitəsilə sağlam insanlara keçir. Plazmoidlərin cinsi inkişafı ağcaqanadlarda həyata keçdiyindən, insan onlar üçün aralıq sahib hesab edilir.[4]
1880-ci illərdə Kamillo Qolcinin tədqiqatları əsasında plazmodiyaların insanda cinsiyyətsiz çoxalmasının mərhələləri müəyyən edilmişdi. Lakin onun törəmə səbəbləri tam aydınlaşmamışdı. Ronald Ross parazitlərin hava damcı yolu ilə keçdiyinə dair o dövrdə geniş yayılmış nəzəriyyəni tənqid edərək xəstəliyin yaranma səbəbinin qanda bakteriyaların artması ilə əlaqələndirirdi. İlk vaxtlar o, Şarl Levranın gəldiyi nəticələri rədd edirdi.[5]
1894-cü ildə Ross İngiltərədə həkim-parazitoloq Patrik Mensonla tanış olmuşdu. O, elefentiaz adlı xəstəliyin ağcaqanad vasitəsilə insana keçən parazitlər tərəfindən törədildiyini aşkara çıxarmışdı. Menson, malyariyanın da bu yolla yayıldığını təxmin edirdi, lakin bunu təcrübi yolla isbatlaya bilməmişdi. Ross daha sonra yazırdı: "Onun fikirləri məni çox maraqlandırdı və Hindistana qayıdan kimi bunu dərhal təcrübədən keçirmək qərarına gəldim".
Ross Hindistanın Sekundarabad şəhərində təcrübi yolla ağcaqanadlarda plazmoidlərin aşkar olunmasına çalışmışdır. Yalnız iki il sonra bəzi ağcaqanadların qanında plazmoidlərə bənzər sistlər aşkar etmişdir. Ross bu sistlərin plazmoidlərin başqa forması olduğunu təxmin etmiş və çoxsaylı təcrübələrlə bunu sübuta yetirmişdi. O, ağcaqanadların toplanması və çoxalması işini həyata keçirmişdir. Təcrübələr uğurla başa çatmışdır. Nəticədə məlum olmuşdur ki, plazmoidlərağcaqanadların yalnız bir növündə inkişaf edir.
Daha sonra Ross Hindistanın Racputana və Kəlküttə bölgələrində quşlardakı malyariya xəstəliyinin tədqiqatları ilə məşğul olmuş, onun törədicisini aşkara çıxarmışdır. O, 1899-cu ildə Hindistan Tibb Xidmətindəki vəzifəsindən ayrılaraq İngiltərəyə qayıtmış, lakin elmi təcrübələrini davam etdirməmişdir. Onun tədqiqatlarının nəticəsindən Battisto Qrassi və Amiko Binyaminin rəhbərlik etdiyi İtaliya alimlər qrupu elmi araşdırmalarında istifadə etmişdilər. Onlar insanlar arasında yayılan malyariya xəstəliyini tamamilə aşkar etmiş və onun qarşısının alınması üçün tədbirlər işləyib hazırlamışlar. Ross həmin alimlərin gəldiyi nəticələrlə razılaşmamış, onları yanlış hesab etmişdir.
Nobel Komitəsi 1902-ci ildə Ronald Rossu "Malyariya xəstəliyinin araşdırılmasındakı xidmətinə görə" Nobel mükafatına layiq görmüşdür. Təltif mərasimində İsveç tədqiqatçısı Merner çıxış edərək, onun tədqiqatlarının malyariya xəstəliyi ilə mübarizə üçün müstəsna əhəmiyyəti olduğunu vurğulamışdı.
Ronald Ross sonrakı fəaliyyətində malyariya xəstəliyinin profilaktikası və epidemiologiyası ilə məşğul olmuşdur. O,Liverpul Tropik Tibb Məktəbi, Britaniya Hərbi Nazirliyi və London Tropik Tibb İnstitutunda çalışarkən, yoluxdurucu ağcaqanadların məhv edilməsi təklifini irəli sürmüşdür. Malyariyaya qarşı keçirilən tədbirlər zamanı onun tövsiyələri nəzərə alınmışdı.
Ronald Ross Tropik Tibb Cəmiyyətinin prezidenti, həmçinin İsveç Karolin İnstitutunun və Avropadakı bir sıra elmi cəmiyyətlərin fəxri üzvü olmuşdur. Britaniya Hərbi Nazirliyində isə Müqəddəs Mixail və Müqəddəs Georgi ordenləri və zadəgan titulu ilə təltif edilmişdi.
Ronald Ross 1932-ci ildə Londonda vəfat etmişdir.[6]
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|
 Fiziologiya və ya tibb üzrə Nobel mükafatı lauretları |
---|
1901-1925 | | |
---|
1926-1950 | 1926: Yohannes Fibiger · 1927: Yulius Vaqner-Yaureqq · 1928: Şarl Nikol · 1929: Kristian Eykman, Frederik Hopkins · 1930: Karl Landşteyner · 1931: Otto Varburq · 1932: Çarlz Şerrinqton, Edqar Edrian · 1933: Tomas Morqan · 1934: Corc Uipl, Corc Maynot, Uilyam Mörfi · 1935: Hans Şpeman · 1936: Henri Deyl, Otto Lövi · 1937: Albert Sent-Dyördyi · 1938: Korney Heymans · 1939: Gerxard Domaqk · 1940-42: verilməmişdir · 1943: Henrik Dam, Eduard Doyzi · 1944: Cozef Erlanqer, Herbert Qasser · 1945: Aleksandr Fleminq, Ernst Çeyn, Houard Flori · 1946: Herman Muller · 1947: Karl Ferdinand Kori, Gerti Kori, Bernardo Usay · 1948: Paul Müller · 1949: Valter Hess, Antoniu Eqas Moniş · 1950: Eduard Kendall, Tadeuş Reyxşteyn, Filip Henç |
---|
1951-1975 | 1951: Maks Teyler · 1952: Zelman Vaksman · 1953: Hans Krebs, Frits Lipman · 1954: Con Eders, Tomas Ueller, Frederik Robbins · 1955: Aksel Teorell · 1956: Andre Kurnan, Verner Forsman, Dikinson Riçards · 1957: Daniel Bove · 1958: Corc Bidl, Eduard Teytem, Coşua Lederberq · 1959: Severo Oçoa, Artur Kornberq · 1960: Frenk Börnet, Piter Medavar · 1961: Georq fon Bekeşi · 1962: Frensis Krik, Ceyms Uotson, Moris Uilkins · 1963: Con Ekls, Alan Hockin, Endrü Haksli · 1964: Konrad Blox, Feodor Linen · 1965: Fransua Jakob, Andre Lvov, Jak Mono · 1966: Peyton Rous, Çarlz Haggins · 1967: Raqnar Qranit, Haldn Hartlayn, Corc Uold · 1968: Robert Holli, Har Qobind Xorana, Marşall Nirenberq · 1969: Maks Delbrük, Alfred Herşi, Salvador Luriya · 1970: Bernard Kats, Ulf fon Eyler, Culius Akselrod · 1971: Erl Sazerlend · 1972: Cerald Edelman, Rodni Porter · 1973: Karl fon Friş, Konrad Lorents, Nikolas Tinbergen · 1974: Alber Klod, Kristian de Düv, Corc Palade · 1975: Devid Baltimor, Renato Dulbekko, Houard Temin |
---|
1976-2000 | 1976: Barux Blamberq, Deniel Qaydusek · 1977: Roje Qiymen, Endrü Şalli, Rozalin Yalou · 1978: Verner Arber, Deniel Natans, Hamilton Smit · 1979: Allan Kormak, Qodfri Haunsfild · 1980: Barux Benaserraf, Jan Dosse, Corc Snell · 1981: Rocer Sperri, Devid Hyubel, Torsten Vizel · 1982: Sune Berqström, Benqt Samuelson, Con Veyn · 1983: Barbara Mak-Klintok · 1984: Nils Kay Yerne, Georq Köler, Sezar Milşteyn · 1985: Maykl Braun, Cozef Qoldstayn · 1986: Stenli Koen, Rita Levi-Montalçini · 1987: Susumu Toneqava · 1988: Ceyms Blek, Gertrud Elion, Corc Hitçinqs · 1989: Con Bişop, Harold Varmus · 1990: Cozef Marrey, Eduard Donnall Tomas · 1991: Ervin Neer, Bert Zakman · 1992: Edmond Fişer, Edvin Krebs · 1993: Riçard Roberts, Fillip Şarp · 1994: Alfred Gilman, Martin Rodbell · 1995: Edvard Luis, Kristina Nüsslayn-Volhard, Erik Vişhaus · 1996: Piter Doerti, Rolf Tsinkernagel · 1997: Stenli Pruziner · 1998: Robert Furxqott, Luis İgnarro, Fərid Murad · 1999: Günter Blobel · 2000: Arvid Karlsson, Pol Qrinqard, Erik Kandel |
---|
2001-günümüz | 2001: Leland Hartvell, Tim Hant, Pol Nörs · 2002: Sidney Brenner, H. Robert Horvitz, Con Salston · 2003: Pol Loterbur, Piter Mansfild · 2004: Riçard Aksel, Linda Bak · 2005: Berri Marşall, Robin Uorren · 2006: Endrü Fayr, Kreyq Mello · 2007: Mario Kapeççi, Martin Evans / Oliver Smitis · 2008: Harald tsur Hauzen, Fransuaz Barre-Sinussi, Lük Montanyer · 2009: Elizabet Bləkbörn, Karel Qreyder, Cek Soztak · 2010: Robert Edvards · 2011: Brüs Bötler, Jül Hoffmann, Ralf Staynman · 2012: Con Gördon, Şinya Yamanaka · 2013: Ceyms Rotman, Rendi Şekman, Tomas Züdhof · 2014: Con O'Kif, Mey-Britt Mozer, Edvard Mozer · 2015: Uilyam Kempbell, Satosi Omura, Tu Yuyu · 2016: Yoşinori Oşumi · 2017: Ceffri Holl, Maykl Rozbaş, Maykl Yanq · 2018: Ceyms Ellison, Tasuku Hondzö · 2019: Uilyam Kelin, Peter Ratkliff, Qreqq Semenza · 2020: Harvey J. Alter, Michael Houghton, Charles M. Rice · 2021: David Julius, Ardem Pataputyan |
---|