Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Roma

41°53′35″ şm. e. 12°28′58″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:Roma (dəqiqləşdirmə).
Roma
Roma
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
41°53′35″ şm. e. 12°28′58″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulubtəq.21 aprele.ə. 753
Sahəsi
  • 1.287,36 km²(2011)[2]
Mərkəzin hündürlüyü21 m
İqlimiAralıq dənizi zonası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.748.109 nəf.(2023)[3]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+39 06
Poçt indeksi00118–00199
Nəqliyyat koduRM
Digər
comune.roma.it
Roma xəritədə
Roma
Roma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roma (it./lat.Roma) —İtaliyanın paytaxtı və ən sıx kommuna şəhəridir. Həmçinin Lazio regionunun və Roma aqlomerasiya regionunun mərkəzidir. Roma Kapital adlı xüsusi komunna olan və 1285 km2 ərazidə 2.746.984 nəfərin yaşadığı Roma əhalisinə görə Avropa İttifaqındakı ən böyük üçüncü şəhərdir. Paytaxt Roma 4,347,100 nəfərlik əhaliylə İtaliyanın ən sıx metropol şəhəridir[4]. Roma metropoliten regionu İtaliyanın əhalisinə görə üçüncü regionudur. Roma İtaliya yarımadasının mərkəzi qərb hissəsində, Lazio (Latium) regionununda, Tiber vadisinin sahilində yerləşir. Vatikan (dünyanın ən kiçik ölkəsi və Katolik kilsəsinin mərkəzi) Roma daxilində müstəqil ölkədir. Bu, şəhər daxilində bir ölkənin yerləşməsinin yeganə nümunəsidir. Roma coğrafi baxımından adətən Yedditəpəli şəhər, eləcə də "Əbədi şəhər" kimi tanınır. Roma Qərb mədəniyyətinin və Qərb xristian mədəniyyətinin beşiklərindən biri və Katolik kilsəsinin mərkəzi hesab edilir.

Romanın tarixi 28 əsrdən ibarətdir. Roma mifologiyası təxminən e.ə. 753-cü ildə Romanın qurulmasına aid olsa da, bu ərazidə daha uzun müddət məskunlaşmışdır ki, bu da onu üç minillik ərzində əsas insan məskəni və Avropanın ən qədim davamlı işğal edilmiş şəhərlərindən birinə çevirmişdir. Şəhərdə ilk başlarda latınlar, etrusklar və sabinlər yerləşmişdir. Şəhər sonradan sırayla Roma krallığı, Roma respublikası və Roma imperiyasının paytaxtı olmuş və bir çox şəxslər Romanı ilk imperiya şəhəri, həmçinin metropolu kimi tanımışdır. İlk dəfə e.ə. I əsrdə Roma şairi Tibullus "Əbədi şəhər" adlandırmış və bu ifadəni sonradan Ovid, Vircili və Livi işlətmişdir. Romaya həmçinin Caput Mundi (Dünyanın paytaxtı) də deyilir.

Roma Orta əsrlər dövrünü başladan qərbdəki imperiyanın çökməsinin ardınca yavaş-yavaş Papanın siyasi nəzarətinə keçdi. Beləcə VIII əsrdə 1870-ci ilə qədər davam edən Papa dövlətlərinin paytaxtı oldu. Renesansla birgə V Nikolasdan (1447-1455) sonra demək olar ki, bütün papalar şəhəri dünyanın incəsənət və mədəni mərkəzinə çevirməyi hədəfləyənn dörd yüz illik memari və kentsel proqram izləmişdir. Roma bununla əvvəlcə Renesansın əsas mərkəzlərindən birinə çevrilmiş, ardınca da həm barok tərzinin, həm də neoklasssismin yarandığı yer olmuşdur. Məşhur sənətçilər, rəssamlar, heykəltaraşlar və memarlar Romanı əsas fəaliyyət mərkəzi edərək şəhərin hər bir yerində abidələr qurdular. Roma 1871-ci ildə 1946-cı ildə İtaliya Respublikasına çevrilən İtaliya krallığının paytaxtı oldu.

Roma 2019-cu ildə 8.6 milyon turistlə dünyanın ən çox səfər edilən 14-cü şəhəri, Avropa İttifaqının ən çox səfər edilən 3-cü şəhəri və İtaliyanın ən məşhur turistik şəhəri olmuşdur. Tarixi mərkəzi UNESCO-nun Ümumdünya Mədəni İrsində yerləşir. Roma 1960 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş, həmçinin BMT-nin Kənd Təsərrüfatı Agentliyi (FAO), Ümumdünya Qida Proqramı (WFP), Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) və BMT-nin Kəndlərin İnkişafı və Ərzaq Təhlükəsizliyi Sistem Şəbəkəsi kimi müxtəlif təşkilatların mərkəzidir. Bunlardan əlavə şəhərdə Avropa İttifaqının BMT-dəki nümayəndəliyi, Aralıq dənizi İttifaqı Parlament Assambleyasının Katibliyi (UfM), Ümumdünya Fermerlər Təşkilatı (WFO), BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığının çoxdövlətli ofisi (UNHCR/ACNUR), Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin Beynəlxalq Əməkdaşlıq üzrə İnsan Resursları Ofisi (UNDESA-HRIC), Beynəlxalq Əmək Təşkilatının İtaliya Ofisi (BƏT/NEFT), DÜNYA BANKI QRUPU-nun İtaliya üzrə qərargahı, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO ITPO) nəzdində İtaliyada Texnologiyaların Təşviqi və İnvestisiya Ofisi, Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət Araşdırmaları İnstitutunun (UNICRI) Roma ofisi və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Departamentindən (UNHRD/WFP) başqa Eni, Enel, TIM, Leonardo kimi çoxmillətli İtaliya şirkətlərinin və BNL kimi bankların mərkəzidir. Palazzo della Civilta İtalianada yerləşən lüks dəb evi Fendi kimi çoxlu sayda şirkət Romanın EUR biznes regionunda yerləşir. Məşhur beynəlxalq markaların şəhərdə yerləşməsi Romanı populyar dəb və dizayn mərkəzinə çevirmişdir. Cinecitta studioları Oskar mükafatı qazanmış bir çox filmin çəkiliş məkanı olmuşdur.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür. Sonralar Mars əkizləri tapır. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər. Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyir. Qarşıdurmada Romul Remi öldürür və şəhərin hakimi olur.Digər bir mənbəyə görə Roma sözü yunan mənşəli Ρώμη (Rome) sözündən olub "hünər, qoçaqlıq" mənasını daşıyır.

Coğrafiyası

[redaktə |vikimətni redaktə et]
Romanın 7 təpəsi

RomaAralıq dənizindən 26 km aralıda,Apennin dağ silsiləsinin dənizə enən vulkanik mənşəli (sönmüş Alban vulkanına aid) yamacındaTibr çayının sol sahilində yerləşmişdir. ŞərqdənAbruzzen və şimaldanSabin dağları ilə əhatələnmişdir. Şəhər əsasən mərkəziPalatin olan təpələr üzərində formalaşmışdır. Şəhərin ümumi sahəsi 1285 km², tarixi hissənin sahəsi cəmi 143 km²-dir.

Təpələrin adları

[redaktə |vikimətni redaktə et]
  • Palatin (Palatinus, Tibr səviyyəsindən 43 m hündürlükdə)
  • Aventin (Palatinus, 39 m)
  • Kapitoli (Capitolinus, 43 m)
  • Kvirinal (Quirinalis, 48 m)
  • Viminale (Viminalis, 48 m)
  • Eskvilin (Esquilinus (Cispius, 46 m vəOppius, 79 m))
  • Çelio (Caelius, 48 m)

İqlimi

[redaktə |vikimətni redaktə et]
Romanın iqlim cədvəli
YanFevMarAprMayİynİylAvqSenOktNoyDek
Max. Temperatur (°C)11,112,615,218,823,427,630,429,826,321,516,112,6Ø20,5
Min. Temperatur (°C)4,55,47,29,813,317,219,619,416,912,89,36,4Ø11,8
Yağıntı (mm)768877726348142270128128106Σ892
Günəşli saatlar (s/g)4,34,76,678,69,410,89,98,16,44,13,3Ø6,9
Yağışlı günlər (g)668864225688Σ69
T
e
m
p
e
r
a
t
u
r
11,1
4,5
12,6
5,4
15,2
7,2
18,8
9,8
23,4
13,3
27,6
17,2
30,4
19,6
29,8
19,4
26,3
16,9
21,5
12,8
16,1
9,3
12,6
6,4
YanFevMarAprMayİynİylAvqSenOktNoyDek
A
t
m
o
s
f
e
r

ç
ö
k
ü
n
t
ü
s
ü
76
88
77
72
63
48
14
22
70
128
128
106
 YanFevMarAprMayİynİylAvqSepOktNoyDek


Tarixi

[redaktə |vikimətni redaktə et]
Romanın antik forum meydanının xarabalığı

E.ə. I minilliyin əvvəllərindəApennin yarımadasında yaşayan müxtəlif tayfa və xalqlar içərisində ən inkişaf etmiş xalqetrusklar idi. Etruskların azad şəhərləri və on min yazı işarəsi vardı. Apennin yarımadasının mərkəzindəkiLatsio vilayətində yaşayanlatınların dili ümumi dilə çevrilmişdi. E.ə. 753-cü ildəTibr çayının 25 kilometrliyində Roma şəhəri salındı. Romanın ən qədim sakinləri özlərinipatrisilər adlandırırdılar.

Roma "Əbədi qızıl şəhər" də adlandırılır. Burada isti və soyuq hovuzları olan termlər (hamamlar) tikilmiş, Romanın ətrafında dəniz döyüşü tamaşası üçün göl yaradılmışdı. Romanın Kapitoli təpəsində sığınacaq məqsədilə qala tikilmişdi. Şəhərin bazar meydanı — forumun yaxınlığındakıPalatin təpəsində saraylar ucaldılmışdı. Romanın ən əzəmətli abidələrindən biriKolizey amfiteatrı idi.

Kolizey
Panteon

Çarlıq və Respublika dövrü

[redaktə |vikimətni redaktə et]

Romuldan sonra çar Tit Livi Nurna Pompili təyin olunur. E.ə. 509-cu ildə çar Tarkvini Superb devrildikdən sonra Roma respublika elan olunur. E.ə. 390-cı ildə keltlərin hücumuna məruz qalan şəhəri qorumaq üçün Servian qala divarları tikilir. E.ə. 312-ci ildə şəhərə su kəməri — Via Appia çəkilir.

Xalq tribununun yaradıcıları Tiberi və Qay Semproni Qraç öldürüldükdən sonra stabillik pozulur və vətəndaş müharibəsi son həddinə çatır. Məhz bu zaman hakimiyyətə gələnQay Yuli Sezar özünü diktator elan edərək bir çox islahatlar aparır. Bu vaxtdan Yuli Forumunun tikintisinə başlanılır ki, bu da Romanın ərazisinin genişlənməsinə səbəb olur. E.ə. 44-cü illdə Yuli Sezar sui-qəsd nəticəsində öldürülür.

İmperiya dövrü

[redaktə |vikimətni redaktə et]
Roma İmperiyası

E.ə. I əsrdə artıq milyonluq şəhərRoma İmperiyasının paytaxtına çevrilir. Flavi sülaləsinin zamanında (eramızın 69–96-cı illərində) yeni-yeni suvarma sistemləri, yol şəbəkələri və digər infrastrukturlar yaradılır. Bundan başqaPanteon və digər məbədlər də tikilmişdir.Kolizeyin tikintisinə məhz bu illərdə başlanılmış və II əsrin əvvəllərindəTrayanın zamanında tamamlanmışdır.Avrelian qala divarları tikilir. Roma İmperiyasının intibahı məhz bu illərə təsadüf edir.

Orta əsrlərə Roma süqut etmiş imperiyanın xarabalıqları kimi gəlib çatmışdır. Belə ki, german və slavyan tayfalarının aramsız dağıdıcı hücumlarına tab gətirməyən imperiya süqut edir. Şəhər istila olunur. Təkcə Roma papasının iqamətgahı bu talanlardan kənarda qalır.

  • Qot kralıAlarix 410-cu ildə şəhərə sahib olur.
  • 455-ci ildəbarbarlar Romanı yenidən işğal edirlər.
  • 476-cı ildə german Odoakr və sonuncu imperator Romul Avqustul arasındakı sülhə görə Roma qərb torpaqları üzərinəki hakimiyyətini itirir.
  • 800-cü ildəBöyük Karlın və Papa III Leonun zamanında Roma öz nüfuzunu bərpa etməyə başlayır.
  • 843–849-cu illərdə müsəlman ərəblərin müvvəffəqiyyətsiz hücumlarına məruz qalır.
  • 1418-ci ildə kilsə parçalanması (sxizma) nəticəsində Papa geri dönərək Vatikanı özünün qərargahı elan edir.

Yeni Roma

[redaktə |vikimətni redaktə et]
Vatikan,Müqqəddəs Pyotr meydanı
Vatikan,Müqəddəs Pyotr kilsəsi

1861-ci ildəİtaliyaVenesiyanın və kilsə dövləti Vatikanın qəbulundan sonra başda kralViktor II Emmanuel olmaqla qeyri-məhdud monarxiyaya çevrilir.26 yanvar 1870-ci ildə kral qoşunları Romaya daxil olur və şəhər birləşmiş İtaliyanın paytaxtı elan edilir.1922-ci ildə faşistlər hakimiyyətə gəlir və kral tərəfindənBenito Mussolini baş nazir təyin edilir.

Mussolininin zamanında kilsə dövlət ziddiyyətləri kəskinləşir və 1929-cu ildə kilsə dövlətiVatikan öz müstəqilliyini elan edir.

İkinci dünya müharibəsindən sonra 1946-cı ildə kral ölkəni tərk edir vəİtaliya Respublikası elan edilir.

1960-cı ildə RomadaXVII Yay Olimpiya oyunları və I Paralimpiya oyunları keçirilmişdir.

Əhali

[redaktə |vikimətni redaktə et]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb.
İlSayı
e.ə. 55035.000
e.ə. 509130.000
e.ə. 150300.000
137717.000
1861194.500
1871212.432
İlSayı
1881273.952
1901422.411
1911518.917
1921660.235
1931930.926
19361.150.589
İlSayı
19511.651.754
19612.188.160
19712.781.993
19812.840.259
19912.775.250
20012.663.182
İlSayı
20112.617.175
20142.870.493[5]
20152.864.348
20172.873.494[6]
20182.872.800[7]
20232.748.109[3]

E.ə. 800-cü ildə Romanın əhalisi kiçik ətraf kəndlərlə birlikdə 1000 nəfərə qədər olmuşdur.İnkişaf edən şəhər sonrakı əsrlərdə meqapolisə çevrilərək əhalisinin sayı 1 milyona çatmışdır. IV əsrdə paytaxt funksiyasınınKonstantinopola keçməsi və V əsrdə Şərqi Roma imperiyasının ayrılması əhalinin 100 000 nəfərədək azalmasına səbəb olur. XX əsrdən etibarən Roma yenidən milyonçu şəhərə çevrilir. Hal-hazırda əhali ətraf rayonlarla birgə 2,7 milyon, qeyri-rəsmi məlumatlara görə isə 3 milyondur. Əhalinin 8,4%-ni əcnəbilər təşkil edir.

İnzibati bölgü

[redaktə |vikimətni redaktə et]
İnzibati bölgünün xəritəsi

İmperatorAvqusta qədər Roma 4 dairədən ibarət olmuş, onun dövründə isə məhəllələrdən ibarət 14 dairəyə bölünmüşdür.

VII əsrdə 7 dairədən ibarət olmuşdur. Hal-hazırkı Roma 22 inzibati ərazidən ibarətdir.

  • 1. Monti
  • 2. Trevi
  • 3. Colonna
  • 4. Campo Marzio
  • 5. Ponte
  • 6. Parione
  • 7. Regola
  • 8. Sant'Eustachio
  • 9. Pigna
  • 10. Campitelli
  • 11. Sant'Angelo
  • 12. Ripa
  • 13. Trastevere
  • 14. Borgo
  • 15. Esquilino
  • 16. Ludovisi
  • 17. Sallustiano
  • 18. Castro Pretorio
  • 19. Celio
  • 20. Testaccio
  • 21. San Saba
  • 22. Prati

Siyasət

[redaktə |vikimətni redaktə et]
Roma bələdiyyəsi (Palazzo Senatorio)

Covanni Alemanno 28 aprel 2008-ci ildə 53,7% səslə əvvəlki bələdiyyə başçısı Françesko Rutellini üstələyərək Romanın bələdiyyə başçısı seçilmişdir. Kapitolidə yerləşən şəhər bələdiyyəsi 60 nəfərlik icma məclisindən və 15 nəfərlik şəhər məclisindən ibarətdir.

  • 1993–2001 Françesko Rutelli, (Bu gün PD)
  • 2001–2008 Valter Feltroni, (DS, 2007-ci ildən PD)
  • 2008-ci ildən Covanni Alemanno, (PdL)

İqtisadiyyat

[redaktə |vikimətni redaktə et]

İkinci dünya müharibəsi sona çatdıqdan sonra İtalyanın ən dinamik inkişaf yolu keçmiş şəhəridir. Maşınqayırma, metallurgiya, yüngül, yeyinti, kimya, kağız sənayelərindən və turizmdən ibarət çox şaxəli iqtisadiyyata malikdir. İqlimi və gözəl monumental memarlığı şəhəri kino sənayesinin mərkəzlərindən birinə çevirmişdir. İtaliya üzrə istehsal olunan məhsulun 5%-i Romanın payına düşür. İşsizlik 7,5% təşkil edir.

Nəqliyyat

[redaktə |vikimətni redaktə et]
Leonardo da Vinçi və ya Fyumiçino beynəlxalq hava limanı
Roma metrosunun sxemi

Leonardo da Vinçi və ya Fyumiçino beynəlxalq hava limanı (it.L'aeroporto di Roma Fiumicino) şəhər mərkəzindən 34 km aralıda yerləşir, 5 terminala malikdir.

  • A. — daxili reyslər
  • AA. — çarter reyslər
  • B. — xarici (Şengen ölkələri)
  • C. — xarici reyslər
  • 5. — xarici həssas reyslər (ABŞ və s.)

Termini vağzalı

[redaktə |vikimətni redaktə et]

1867-ci ildən fəaliyyətdədir. Yenidən qurulmuş metal konstruksiyalı qəbul zalının uzunluğu 128 m eni 32 m-dir. Əsasən, İtalyanın şimal əyalətləri,ParisVyana istiqamətlərində xətlərə malikdir. Eyni adlı metro dayanacağına və avtovağzala keçidi var.

İctimai nəqliyyat

[redaktə |vikimətni redaktə et]

Digər Avropa metroları kimi Roma metrosu da ən rahat ictimai nəqliyyat sayılır. İki — A və B xətlərindən ibarətdir. Birdəfəlik bilet 1 avro, gündəlik 4 avro, həftəlik isə 16 avrodur.

A (qırmızı) xətti 1980-ci ildə istifadəyə verilmiş, şərqi Roma — "Battistini"dən başlayıb Vatikandan keçməklə dəmir yol vağzalı — Termini və Romanın cənub şərqinə qədər davam edir. Xətt 18,4 km uzunluğa və 27 dayanacağa malikdir.

B (göy) xətti, 9 fevral 1955-ci ildə istifadəyə verilmiş, cənubi Roma — "Laurentina"dan başlayıb "Ponte Mammolo"dan (avtobus terminalı) keçməklə şimal-şərqə qədər davam edir. Xətt 18,2 km uzunluğa və 22 dayanacağa malikdir.

C (2015) və D (2019) xətləri tikilməkdədir.

Çox inkişaf etmiş şəbəkəyə malikdir. Adi günlər 10–20 dəqiqə bazar günləri 20–40 dəqiqəlik intervallarla işləyir.

Roma tramvayı 2 avqust 1877-ci ildən fəaliyyət göstərir. Yolunun uzunluğu 51,31 km olub, 6 xəttə malikdir. Ən əsas xəttlər "3" ("Trastvere" — "S. Paolo" — "Colosseum" — "Lateran" — "S. Lorenzo" — "Villa Borgeze") və "8"-dir. ("Trastevere" — "Torre Argentino").

Təhsil

[redaktə |vikimətni redaktə et]

Şəhərdə yerləşən ən böyük təhsil müəssisəsi əsası 1303-cü ildə qoyulanRoma Sapienza Universitetidir.

Görməli yerləri

[redaktə |vikimətni redaktə et]
  • Trevi fəvvarəsi (it.Fontana di Trevi) — Romanın ən iri və gözəl fəvvarəsidir, hündürlüyü 25,9 m, eni 19,8 m-dir.

Barokko üslublu bu fəvvarə 1732–1762-ci illərdə memarNikolay Salvi tərəfindən inşa edilmişdir.

Qardaşlaşmış şəhərlər

[redaktə |vikimətni redaktə et]

Mənbələr

[redaktə |vikimətni redaktə et]
  • Falk Spirallo Reiseführer Rom, Auflage 2007
  • Rom, DuMont Reiseverlag, Auflage 2006
  • Metro Roma Broschüre von Metropolitana di Roma S.p.a., Rom ca. 2007.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaRoma ilə əlaqəli mediafayllar var.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Avropa paytaxtları
⛭
1 000 000 + şəhərlər
500 000 + şəhərlər
200 000 + şəhərlər
100 000 + şəhərlər
75 000 + şəhərlər
50 000 + şəhərlər
Çinizello BalsamoRaquzaL'AkuilaKremonaKuartu Sant'ElenaPaviyaLametsiya TermeMassaTrapaniApriliyaKozentsaFyumiçinoAltamuraİmolaPotentsaKarpiKarraraKastellammare di StabiyaViareccoFanoAfraqolaVicevanoViterboVittoriyaSavonaBeneventoKrotoneMateraPometsiyaKaltanissettaMolfettaMarano di NapoliAqricentoÇerinyolaLenyanoMonkalyeriFolinyoFaentsaManfredoniyaSanremoTivoliAvellinoBitontoBaqeriyaAçerraKuneoSan SeveroOlbiyaModikaErkolanoTeramoBişelyeAntsioSienaPortiçiKyetiTraniKava de' TirreniVelletriAçirealeRoviqoÇivitavekkyaAversaMadzara del ValloPordenoneQallarateAskoli PiçenoBattipalyaKampobassoKazalnuovo di NapoliSkafatiRoMontesilvanoKyoccaKollenyoSkandiççi
  1. ArchINFORM (alm.). 1994.
  2. Superficie di Comuni Province e Regioni italiane al 9 ottobre 2011.Italian National Institute of Statistics.
  3. 12https://demo.istat.it/?l=it.
  4. "Rome Population 2025". World Population Review(ingilis). 18 dekabr 2025.İstifadə tarixi:23 dekabr 2025.
  5. http://www.demo.istat.it/bilmens2014gen/query.php?lingua=ita&Rip=S3&Reg=R12&Pro=P058&Com=91&submit=Tavola.
  6. Popolazione Residente al 1° Gennaio 2017.Italian National Institute of Statistics.
  7. Popolazione Residente al 1° Gennaio 2018.Italian National Institute of Statistics.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Roma&oldid=8426062"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp