Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Rokki

Vikipediya, azad ensiklopediya
Rokki
ing.Rocky
JanrDöyüş filmi
RejissorCon Evildsen
ProdüserlərRobert Çartoff
İrvin Uinkler
Con Kirkvud
Ssenari müəllifiSilvestr Stallone
Baş rollardaSilvestr Stallone
Taliya Şayr
Bört Yanq
Karl Uezers
Börcess Meredit
Tayer Devid
Toni Börton
OperatorCeyms Kreyb
BəstəkarBill Konti
RəssamlarUilyam Kessidi
Ceyms Spenser
Rey Molino
İstehsalçıChartoff-Winkler Productions
DistribütorMOKEP[d],Netflix
İlk baxış tarixiABŞ21 noyabr1976
Filmin növüDram filmi
Müddət119dəqiqə
Büdcə$1.1 milyon
Gəlir$225 milyon[1]
ÖlkəABŞABŞ
Dilİngilis dili
İl1976
Sonrakı filmRokki 2
Rəngrəngli
Çəkiliş yeriSanta-Monika,Filadelfiya
IMDbID0075148
MükafatlarıƏn yaxşı filmə görə "Oskar" mükafatı — 1977Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı — 1977
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rokki (ing.Rocky) —1976-cı ildə istehsal olunmuşABŞ filmi. Film 3Oskar mükafatına layiq görülmüşdür.[2] Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı"Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir. Bəzən tamaşaçılar Rokki personajının prototipini rinqdə bircə dəfə də məğlub olmamış italyan əsilli ABŞ boksçusu Rokki Marçiano ilə eyni tuturlar. "Rokki" filmi2006-ci ildəKonqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[3][4]

Məzmun

[redaktə |vikimətni redaktə et]
XəbərdarlıqXəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

1975-ci il,25 noyabr,Filadelfiya ştatının Kensinqton şəhəri. Rokki Balboa adında boksçu səhərlər italyan mafiozunun yanında çox kiçik vəzifədə işləyir, gecələr isə məşq edərək boks turnirlərində iştirak edir. Rokki köhnə olan kiçik bir evdə çox kasıb həyat sürür. Boksçulardan biri "Sümüksındıran" ləqəbli Apollo Krid döyüşməmişdən əvvəl onun rəqibi əlindən zədə alır. Bu xəbəri eşidən Apollo böyük populyarlıq əldə etməsi üçün onun haqqında reklam aksiyasını geri döndərmək istəmir. Bu səbəbdən Apollo digər rəqiblə mübarizə aparmaq üçün müxtəlif cəhdlər edir. Sonda Apollo Rokkiyə rast gəlir. Apollo Krid onun "İtalyan dayçası" ləqəbindən çox xoşu gəlir və ona tanınmaq üçün şans verir. Rokki Apollo ilə döyüşməyə razılıq verir. Razılaşmadan sonra Apollo televiziyada "Amerika imkan ölkəsidir" sitatını söyləyərək tanınmayan boksçunun uğur əldə etməsinə imkan yaradır. Bu müddətdə Rokki dükanda satıcı vəzifəsində çalışan utanacaq Edrian Pennino ilə münasibət qurmağa çalışır. Əvvəllər Rokkidən xoşlanmayan Edrian sonralar Rokki ilə münasibət qurur. Rokki rəqibi Apollo kimi məşq etməyə başlayır. Rokkinin müəllimi1920-ci illərin məşhur boksçusu Mikki Qoldmill, Apollonun məşqçisi isə Toni "Dyuk" Eversdir.

Apollo Krid və Rokki Balboa arasında baş verən döyüş1976-cı il1 yanvar tarixində baş verir. Apollo rəqibinin böyük uğur əldə etməsinə inanmayaraq onu asanlıqla məğlub edəcəyinə inanır. Lakin ilk rinqdə Rokki Apollonu nokdauna yollayır. Apollo ayılan zaman bundan heyrətlənir. Rokki 15 raundun hamısına dözərək bütün döyüşlərə tab gətirməyi bacarır. Yarışmanın sonunda Apollo revanşın olmamasını istəyir. Rokki isə revanşın heç kimə lazım olmamasını söyləyir. Yarışma bitdikdən sonra hakimlərin qərarı sayəsində Apollo xal hesabına (8:7, 7:8, 9:6) qalib olur. Bu yarışma Apollonun həyatında ən ağır yarışma olur. Jurnalistlər Rokkidən müsahibə alan zaman Rokki Edrian, Edrian isə Rokki deyə çağırır. Edrian Rokkini qucaqlayaraq onu sevdiyini söyləyir.

XəbərdarlıqXəbərdarlığın sonu.

Rollarda

[redaktə |vikimətni redaktə et]
Aktyor/aktrisaRolQeydlər
Silvestr StalloneRokki BalboaAz tanınan boksçu, filmin baş qəhrəmanı
Taliya ŞayrEdrian PenninoRokkinin sevgilisi
Bört YanqPoli PenninoEdrianın qardaşı
Karl UezersApollo KridMəşhur boksçu, Rokkinin rəqibi
Börcess MereditMikki QoldmillRokkinin məşqçisi
Toni BörtonApollonun məşqçisi
Tayer DevidCergens
Diana LevisTV Şərhçisi
Corc O'HanlonTV Şərhçisi
Larri KerrollTV Jurnalisti
Codi LetiziaMariya
Frenk StalloneXronometristStallonenin real həyatdakı atasıdır.
Butkus StalloneRokkinin itiStallonenin real həyatdakı itidir

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Rocky". Boxofficereport.com. Box-office data.5 iyun 2008 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:14 may 2012.
  2. "Inside the Actors Studio with Sylvester Stallone".2006-10-06 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:28 Sentyabr 2006.
  3. "Librarian Adds 25 Titles to Film Preservation List: National Film Registry 2006". Library of Congress.gov.23 iyun 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:11 iyun 2010.
  4. "Rocky,Fargo join National Film Registry". reuters.com. 28 dekabr 2006.18 aprel 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:11 iyun 2010.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Rokki
Filmlər
Rokki (1976)  Rokki 2 (1979)  Rokki 3 (1982) Rokki 4 (1985)  Rokki 5 (1990)  Rokki Balboa (2006)
Aktyor/aktrisa
Silvestr Stallone(1—6)  Bört Yanq(1—6)  Taliya Şayr (1—5)  Karl Uezers (1—4)  Börcess Meredit (1—3, 5) Dolf Lundqren
Personajlar
Rokki Balboa  Apollo Krid  İvan Draqo
Video oyunlar
Rocky Super Action Boxing (1983)  Rocky (1987)  Rocky (2002)  Rocky Legends (2004)  Rocky Balboa (2007)
Mahnılar
"Burning Heart"  "Eye of the Tiger"  "Gonna Fly Now
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Rokki&oldid=8004445"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp