Robert Kox (alm.Heinrich Hermann Robert Koch;11 dekabr1843[4][5][…] –27 may1910[4][1][…],Baden-Baden,Baden knyazlığı[d],Almaniya imperiyası[6]) — Məşhuralmanalimi,Nobel mükafatı laureatı
1843-cü ildəAlmaniyanınKlaustal-Sellerfeld şəhərində doğulmuşdur. Uşaq çağlarından təbiətşünaslığa böyük maraq göstərən Robert Klaustal şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra Gettingen Universitetinə daxil olmuşdur. O dövrdə həmin universitetdəİakov Henle,Georq Meyssner,Karl Qasse kimi məşhur alimlər dərs deyirmiş. Əvvəlcə fizika və botanika, sonra isə tibb sahələrinə maraq göstərən Koxmikroblar və onların insan orqanizminə təsiri üzrə elmi-təcrübi araşdırmalar aparmışdır. Məşhur fransız alimiLui Pasterin tədqiqatları isə onun bu sahəyə elmi marağını daha da artırmışdır.
Robert Kox 1866-cı ildə təhsilini başa vurub, xəstəxanalarda çalışmışdır. Həmin vaxtlar o, demək olar ki, elmi araşdırmalarla məşğul olmamışdır. Lakin 1870-ci ildə başlamışFransa–Prussiya müharibəsində səhra hospitalında həkim kimi fəaliyyət göstərərkən infeksional xəstəliklərin müalicəsi üzrə xeyli təcrübə toplamışdır. Xüsusilə də,xolera xəstəliyi ilə mübarizədə bir sıra mühüm elmi yeniliklər qazanmışdır. Ordudan tərxis olunduqdan sonra Volşteyn şəhər xəstəxanasında həkim kimi fəaliyyət göstərərkən Sibir xorasının müalicəsi ilə bağlı xeyli elmi-təcrübi eksperimentlər aparmışdır. O bu xəstəliyin iribuynuzlu mal-qara arasında yayıldığını aşkarlamış, nəticədə ağciyərin kəskin formada iltihab keçirdiyi qənaətinə gəlmişdir. Alim mikroskopun köməyilə bu xəstəliyin Bacillus anthracis adlı bakteriya olduğunu müəyyənləşdirərək,Sibir xorasının yayılma arealının bu bakteriyanın həyat mərhələsindən asılı olduğu fikrini irəli sürmüşdür. Onun bu sahə ilə bağlı yazdığı elmi məqalələrin əhəmiyyəti həmin vaxtlar çox olmuşdur.
1880-ci ildə Almaniya Səhiyyə Nazirliyində məsul vəzifəyə təyin edilən Robert Kox daha sonra "Patogen orqanizmlərin öyrənilmə metodları" adlı elmi iş nəşr etdirmişdir. Bu əsərdəbakteriyaların yetişdirilməsi üçün bir sıra yeni elmi üsullar təqdim olunmuşdur. 1882-ci ildə isə o, vərəm xəstəliyini törədən bakteriyanı (vərəm çöpünü) aşkar etmişdir. Öz dövrünün ən dəhşətliu xəstəliyinə qarşı yenilik olan bu elmi kəşf onun şöhrətini daha da artırmışdır. Məhz bu səbəbdən Almaniya hökuməti onu xolera xəstəliyinin səbəblərini öyrənmək üçünHindistan vəMisirə ezamiyyətə yollamışdır; Kox bu xəstəliyi törədən bakteriyanı tapmışdır.
Robert Kox 1885-ci ildəBerlin Universitetinin professoru və Gigiyena İnstitutunun isə direktoru təyin edilmişdir. İşinin çoxluğuna baxmayaraq o, vərəmin müalicəsilə bağlı tədqiqatlarını davam etdirmiş, beləliklə tuberkulin adlı yeni maddə aşkarlamışdır. Bu maddə vərəm mikroblarından alınırdı və vərəm xəstəliyinin müalicəsində istifadə zamanı müsbət nəticələrə gətirib çıxarırdı.
Robert Kox 1905-ci ildə "vərəm xəstəliyinin öyrənilməsi və müalicəsində əldə etdiyi nailiyyətlərə görə" Tibb sahəsi üzrə Nobel mükafatına layiq görülmüşdü.
AlimPrussiyanın Şöhrət ordeni ilə təltif edilmiş, Heydelberq və Boloniya Universitetlərinin fəxri professoru və bir sıra elmi cəmiyyətlərin üzvü olmuşdur.
Robert Kox 1910-cu ildəBaden-Baden şəhərində ürək xəstəliyindən vəfat etmişdir.
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|
 Fiziologiya və ya tibb üzrə Nobel mükafatı lauretları |
---|
1901-1925 | | |
---|
1926-1950 | 1926: Yohannes Fibiger · 1927: Yulius Vaqner-Yaureqq · 1928: Şarl Nikol · 1929: Kristian Eykman, Frederik Hopkins · 1930: Karl Landşteyner · 1931: Otto Varburq · 1932: Çarlz Şerrinqton, Edqar Edrian · 1933: Tomas Morqan · 1934: Corc Uipl, Corc Maynot, Uilyam Mörfi · 1935: Hans Şpeman · 1936: Henri Deyl, Otto Lövi · 1937: Albert Sent-Dyördyi · 1938: Korney Heymans · 1939: Gerxard Domaqk · 1940-42: verilməmişdir · 1943: Henrik Dam, Eduard Doyzi · 1944: Cozef Erlanqer, Herbert Qasser · 1945: Aleksandr Fleminq, Ernst Çeyn, Houard Flori · 1946: Herman Muller · 1947: Karl Ferdinand Kori, Gerti Kori, Bernardo Usay · 1948: Paul Müller · 1949: Valter Hess, Antoniu Eqas Moniş · 1950: Eduard Kendall, Tadeuş Reyxşteyn, Filip Henç |
---|
1951-1975 | 1951: Maks Teyler · 1952: Zelman Vaksman · 1953: Hans Krebs, Frits Lipman · 1954: Con Eders, Tomas Ueller, Frederik Robbins · 1955: Aksel Teorell · 1956: Andre Kurnan, Verner Forsman, Dikinson Riçards · 1957: Daniel Bove · 1958: Corc Bidl, Eduard Teytem, Coşua Lederberq · 1959: Severo Oçoa, Artur Kornberq · 1960: Frenk Börnet, Piter Medavar · 1961: Georq fon Bekeşi · 1962: Frensis Krik, Ceyms Uotson, Moris Uilkins · 1963: Con Ekls, Alan Hockin, Endrü Haksli · 1964: Konrad Blox, Feodor Linen · 1965: Fransua Jakob, Andre Lvov, Jak Mono · 1966: Peyton Rous, Çarlz Haggins · 1967: Raqnar Qranit, Haldn Hartlayn, Corc Uold · 1968: Robert Holli, Har Qobind Xorana, Marşall Nirenberq · 1969: Maks Delbrük, Alfred Herşi, Salvador Luriya · 1970: Bernard Kats, Ulf fon Eyler, Culius Akselrod · 1971: Erl Sazerlend · 1972: Cerald Edelman, Rodni Porter · 1973: Karl fon Friş, Konrad Lorents, Nikolas Tinbergen · 1974: Alber Klod, Kristian de Düv, Corc Palade · 1975: Devid Baltimor, Renato Dulbekko, Houard Temin |
---|
1976-2000 | 1976: Barux Blamberq, Deniel Qaydusek · 1977: Roje Qiymen, Endrü Şalli, Rozalin Yalou · 1978: Verner Arber, Deniel Natans, Hamilton Smit · 1979: Allan Kormak, Qodfri Haunsfild · 1980: Barux Benaserraf, Jan Dosse, Corc Snell · 1981: Rocer Sperri, Devid Hyubel, Torsten Vizel · 1982: Sune Berqström, Benqt Samuelson, Con Veyn · 1983: Barbara Mak-Klintok · 1984: Nils Kay Yerne, Georq Köler, Sezar Milşteyn · 1985: Maykl Braun, Cozef Qoldstayn · 1986: Stenli Koen, Rita Levi-Montalçini · 1987: Susumu Toneqava · 1988: Ceyms Blek, Gertrud Elion, Corc Hitçinqs · 1989: Con Bişop, Harold Varmus · 1990: Cozef Marrey, Eduard Donnall Tomas · 1991: Ervin Neer, Bert Zakman · 1992: Edmond Fişer, Edvin Krebs · 1993: Riçard Roberts, Fillip Şarp · 1994: Alfred Gilman, Martin Rodbell · 1995: Edvard Luis, Kristina Nüsslayn-Volhard, Erik Vişhaus · 1996: Piter Doerti, Rolf Tsinkernagel · 1997: Stenli Pruziner · 1998: Robert Furxqott, Luis İgnarro, Fərid Murad · 1999: Günter Blobel · 2000: Arvid Karlsson, Pol Qrinqard, Erik Kandel |
---|
2001-günümüz | 2001: Leland Hartvell, Tim Hant, Pol Nörs · 2002: Sidney Brenner, H. Robert Horvitz, Con Salston · 2003: Pol Loterbur, Piter Mansfild · 2004: Riçard Aksel, Linda Bak · 2005: Berri Marşall, Robin Uorren · 2006: Endrü Fayr, Kreyq Mello · 2007: Mario Kapeççi, Martin Evans / Oliver Smitis · 2008: Harald tsur Hauzen, Fransuaz Barre-Sinussi, Lük Montanyer · 2009: Elizabet Bləkbörn, Karel Qreyder, Cek Soztak · 2010: Robert Edvards · 2011: Brüs Bötler, Jül Hoffmann, Ralf Staynman · 2012: Con Gördon, Şinya Yamanaka · 2013: Ceyms Rotman, Rendi Şekman, Tomas Züdhof · 2014: Con O'Kif, Mey-Britt Mozer, Edvard Mozer · 2015: Uilyam Kempbell, Satosi Omura, Tu Yuyu · 2016: Yoşinori Oşumi · 2017: Ceffri Holl, Maykl Rozbaş, Maykl Yanq · 2018: Ceyms Ellison, Tasuku Hondzö · 2019: Uilyam Kelin, Peter Ratkliff, Qreqq Semenza · 2020: Harvey J. Alter, Michael Houghton, Charles M. Rice · 2021: David Julius, Ardem Pataputyan |
---|