Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Robert Eqqers

Vikipediya, azad ensiklopediya
Robert Eqqers
ing.Robert Eggers
Robert 2015-ci ildə
Robert 2015-ci ildə
Doğum adıRobert Houston Eggers
Doğum tarixi7 iyul1983(1983-07-07)[1](41 yaş)
Uşağı1
Fəaliyyətikinorejissor, ssenarist, istehsal dizayneri[d], rejissor
Fəaliyyət illəri2007-ci ildən
IMDbID3211470
roberteggers.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Hyuston Eqqers (7 iyul1983[1]) —Amerikalı rejissor, ssenarist, prodüser. Rejissoru olduğu "Cadugər" və "Mayak" filmləri ilə tanınır. Eqqers karyerasınaNyu-Yorkda teatr tamaşaları üçün dizayner və rejissor olaraq başlasa da, sonralar film sektoruna keçid etmişdir.[2]

Həyatı

[redaktə |vikimətni redaktə et]

Robert Eqqers 7 iyul 1983-cü ildəAmerikanınNyu-Hempşir ştatında anadan olmuş, uşaqlığını da məhz bu ştatda keçirmişdir.[3] 2 qardaşı var.ABŞ-ninYeni İngiltərə bölgəsində keçən gəncliyi rejissorun yaradıcıllığı üçün ilham qaynağı olub. 2001-ci ildə bir aktyorluq məktəbinə yazılmaq üçünNyu-Yorka köçüb.

Eqqers rejissor kimi debütünü 2015-ci ildə öz ssenarisi əsasında çəkdiyi "Cadugər" adlı qorxu filmi ilə etmişdir. Filmin premyerası 2015-ci ilin yanvarındaSandens Film Festivalında baş tutdu. Məşhur produksiya şirkətiA24 tərəfindən satın alınan film bir il sonra, 19 fevral 2016 tarixindən etibarən teatrlarda nümayişə qoyuldu.[4] Tənqidçilərin filmə reaksiyası olduqca pozitiv idi və film 4 milyon dollarlıq büdcəsinə qarşı 40 milyon dollar gəlir gətirdi.

Növbəti filmi "Mayak"-ın ssenarisini hazırlayarkən rejissor qardaşı Maks Eqqers ilə birlikdə işləmişdir. Film 2019-cu ildə yayımlandı və tənqidçilərlə izləyicilər tərəfindən müsbət qarşılandı.

Hal-hazırda Eqqersorta əsrlərdə keçən vəVikinqlər haqqında olan "Şimal Adamı" filmi üzərində işləyir. Filmdə iştirak edəcək aktyorlaraNikol Kidman, Villem Defo,Anya Teylor-Coy və İtan Houk daxildir.[5] Rejissor həm dəQriqori Rasputinin həyatı haqqında bir miniserial çəkməyə hazırlaşır.[6]

Filmoqrafiya

[redaktə |vikimətni redaktə et]
İlFilmQeyd
RejissorSsenaristProdüser
2015CadugərYox
2019Mayak
2022ŞimallıYox

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12The Fine Art Archive. 2003.
  2. Jessica Bloom. "Designer-Turned-Director Robert Eggers Discusses His Horror Film 'The WitchArxivləşdirilib 2019-09-04 at theWayback Machine'".Format Magazine.
  3. "Robert Eggers BiographyArxivləşdirilib 2022-04-29 at theWayback Machine". AllMovie.
  4. Kit, Borys (January 24, 2015). "Sundance: A24 Acquires Hot Horror Title 'The Witch' (Exclusive)Arxivləşdirilib 2019-07-27 at theWayback Machine".The Hollywood Reporter.
  5. Barter, Pavel. "Nicole Kidman in Belfast's The Northman movieArxivləşdirilib 2022-04-30 at theWayback Machine".
  6. Fleming, Mike Jr. (February 22, 2016). "'The Witch' Helmer Robert Eggers To Write, Direct Rasputin Miniseries For MRCArxivləşdirilib 2022-06-26 at theWayback Machine".Deadline Hollywood.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Robert_Eqqers&oldid=8012316"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp