| Refat Çubarov | |
|---|---|
| krımtat.Refat Abdurahman oğlu Çubarov | |
Vəzifədədir | |
| 27 oktyabr 2013-cü il | |
| Əvvəlki | Mustafa Əbdülcəmil Qırımoğlu |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 22 sentyabr1957(1957-09-22)(68 yaş) |
| Doğum yeri | |
| Partiya | |
| Təhsili |
|
| Fəaliyyəti | arxivçi, siyasətçi |
| Dini | İslam |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasət[1] |
| Təltifləri | |
Refat Abdurahman oğlu Çubarov (krımtat.Refat Abdurahman oğlu Çubarov,ukr.Рефат Абдурахманович Чубаров;22 sentyabr1957,Səmərqənd) — krım tatar siyasi və ictimai xadimi.
1995–1998-ci illərdəKrım Muxtar Respublikasının Ali Şurasının sədrinin müavini, 1998–2007 və 2015–2019-cu illərdəUkraynanın xalq deputatı.[2] 2009-cu ildən Ümumdünya Krım Tatarları Konqresinin prezidenti. 2013-cü ilin noyabr ayındanKrım Tatar Milli Məclisinin sədri.
1957-ci il sentyabrın 22-dəÖzbəkistan SSR-inSəmərqənd şəhərində anadan olub. 1944-cü ildəKrım tatarlarının deportasiyası zamanı ailəsi yaşadığıKrımın Ay-Serez kəndindən Özbəkistana qovulub. 1968-ci ildə valideynləri Krıma döndükdə o, da onlarla birgə doğma yurda qayıdıb.
1974-cü ilin sentyabrından 1975-ci ilin iyulunadək 1 nömrəliSimferopol Peşə Liseyində təhsil alıb. 1975-ci ildəTiraspoldakı 73613 saylı hərbi hissədə bənna kimi çalışıb. 1975-ci ilin noyabrından 1977-ci ilin noyabrına qədərSovet Ordusu sıralarında xidmət edib.
1983-cü ilin iyun ayında Moskva Tarix və Arxiv İnstitutunu tarixçi-arxivist ixtisası üzrə bitirib.
1983–1984-cü illərdə — arxivist və baş arxivçi, 1984–1991-ci illərdə —Riqada Oktyabr İnqilabı və Sosialist İnşaat Mərkəzi Dövlət Arxivinin direktoru, baş elmi işçisi olub. 1989-cu ildəLatviya Xalq Cəbhəsi fraksiyasındanRiqa şəhər Xalq Deputatları Sovetinin üzvü seçilib. 1990–1991-ci illərdəSSRİ Nazirlər Soveti yanındaKrım tatarlarının problemləri üzrə Dövlət Komissiyasının üzvü olub.
1994-cü ildəKrım Muxtar Respublikası Ali Sovetinin deputatı seçilib. O, Krım Muxtar Respublikasının Ali Sovetinin milli siyasət və deportasiya olunmuş vətəndaşların problemləri üzrə daimi komissiyasının üzvü olub. 1995-ci ilin iyulundan 1998-ci ilin aprelinə qədər — Ali Sovetin Sədrinin müavini vəzifəsini icra edib. 1998-ci ildə Xalq Hərəkatı partiyasındanUkrayna Ali Radasının deputatı seçilib. Çubarov Ukraynanın Ali Radasınıninsan hüquqları, milli azlıqlar və millətlərarası münasibətlər üzrə Komitəsinindeportasiya edilmiş xalqlar, milli azlıqlar və siyasirepressiya qurbanları üzrə alt komitəsinin rəhbəri olub. 2000–2002-ci illərdə bu Komitənin sədrinin birinci müavini vəzifəsində çalışıb.
2002-ci ildə "Bizim Ukrayna" partiyası blokundan Ukraynanın Ali Radasının deputatı seçilib (seçki siyahısındakı № 61). O, insan hüquqları, milli azlıqlar və millətlərarası münasibətlər Komitəsinin sədrinin birinci müavini təyin edilib. 2006–2007-ci illərdə — "Bizim Ukrayna" blokundan V çağırış Ukrayna Ali Radasının üzvü olub. Həmçinin bu dövrdə də o, insan hüquqları, milli azlıqlar və millətlərarası münasibətlər Komitəsinin katibi vəzifələrini də icra edib.
2009-cu ilin mayında Dünya Krım Tatarları Konqresinin prezidenti seçilmişdir.[3] 2010-cu ilin noyabrından — VI çağırışKrım Muxtar Respublikası Ali Sovetinin üzvü, "Ukrayna Xalq Ruhu" partiyasının siyahısına rəhbərlik edib.[4] 2013-cü ilin noyabr ayındanKrım Tatar Milli Məclisinin sədridir.

2014-cü il mayın 4-də Krım Respublikasının prokuroru Natalya Poklonskaya Krım Tatar Milli Məclisinin sədri Refat Çubarova "ekstremist fəaliyyəti aparmaq" barədə xəbərdarlıq etmişdir. Xəbərdarlıq Poklonskaya tərəfindən Məclisin binasında Məclisin başçısı Çubarovun iştirakı ilə oxunmuşdu.[5][6]
2014-cü il iyulun 5-də ÇubarovunRusiya ərazisinə 5 il müddətinə giriş qadağan edildi.[7] Bununla əlaqədarUkrayna Xarici İşlər Nazirliyi xüsusən Rusiyanı "xalqlar həbsxanası" adlandıran bir bəyanat yaymışdı.[8]
2014-cü ilin oktyabrında Refat Çubarov Petro Poroşenko Blokunun siyahıları üzrə Ukraynanın Ali Radasına düşə bilmədi. Ancaq 2015-ci ilin may ayında millət vəkili Stepan BarnınTernopol vilayətinin başçısı vəzifəsinə təyin olunması səbəbindən radada onun yerini tutdu.[2]
9 yanvar — 16 aprel 2015-ci il tarixlərində Ukrayna Milli Antikorrupsiya Bürosunun direktorunun seçilməsi üzrə seçki komissiyasının sədri oldu.
2015-ci ilin may ayında Refat Çubarovla əlaqədar Federal Təhlükəsizlik Xidmətinin Krım və Sevastopol üzrəv yerli İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.1, 2-ci hissəsi ilə ("Açıq şəkildə kütləvi informasiya vasitələrində Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına yönəlmiş çağırışlar") cinayət işinin başlanacağını elan etdi.
Xidmətin əldə etdiyi məlumata görə "2015-ci ilin aprelində Ukrayna vətəndaşı Refat ÇubarovUkraynakütləvi informasiya vasitələrindən birinə verdiyi müsahibədə KrımınUkraynaya qaytarılması istəyini ifadə etmişdi". "Sova" analitik mərkəzinin rəhbəri Aleksandr Verxovskinin dediyinə görə, cinayət işi gələcəkdə "alternativ məclis"[9] yaratmaq üçün Çubarova və bütövlükdə Məclisə "təzyiq formasıdır". 2015-ci ilin noyabrındaİnterpol Rusiyanın təşəbbüsü ilə beynəlxalq axtarışa verilmiş Çubarovun təqibini dayandırdı.[10]
2018-ci il noyabrın 1-də Refat Çubarov Rusiya hökumətinin sanksiyalar tətbiq etdiyi Ukraynalı fiziki şəxslərinin siyahısına daxil edildi.[11].
2014-cü il martın 6-da Refat Çubarov Krım Muxtar Respublikası sakinlərini "Krım referendumu"nu boykot etməyə çağırmışdı. Ona görə ümumxalq səsvermənin keçirilməsi qərarı "qanunsuz şəkildə qəbul edilmişdir".[12] "Qromad TV"nin efirində danışan Çubarov Krım Tatar Milli Məclisinin qərarına əsasən Krım tatarlarının işğal şəraitində heç bir referendumu tanımadığını və onda iştirak etməyəcəyini söylədi. 2014-cü il martın 15-də Krım Tatar Milli Məclisinin saytında Çubarov bir daha "Krım referendumu" ilə bağlı fikirlərini bildirərək:"2014-cü il martın 16-da Krımda referendum olmayacaq, ancaq silahlı əsgərlərin nəzarəti altında bir təlxəklik və sirk keçiriləcək" söyləmişdir.[13]
2014-cü il oktyabrın 3-də Rusiyada tatar xalqının Milli Məclisinin sədri, fəal, yazıçı Fauziyə Bayramovnın üzərində qurulan məhkəmə prosesini şərh edərkən,[14] Çubarov bildirmişdir ki,"Sözsüz, Krımın müstəqil Ukraynanın bir hissəsi kimi azad inkişafı və Krım tatar xalqının öz müqəddəratını təyinetmə hüququ və bütün sakinlərinin insan hüquqlarına və əsas azadlıqlarına hörmət əsasında təmin edilməsi yalnız onun Rusiya işğalından azad olması şəraitində mümkündür."[15]