Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Rambutan

Vikipediya, azad ensiklopediya
Bu məqaləyə hansısakateqoriya əlavə edilməmişdir. Məqaləyəkateqoriyalar əlavə edərək töhfə verə bilərsiz.
Rambutan
Elmi təsnifat
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506073
NCBI  151071
EOL  595297

Rambutan (lat.Nephelium lappaceum) —bitkilər aləmininsabunağacıçiçəklilər dəstəsininsabunağacıkimilər fəsiləsininnephelium cinsinə aid bitki növü.

Cənubi-şərqi Asiyada yetişir. Vətəni Tailanddır. Üst qabığı soyularaq tumu ilə birgə yeyilə bilir. Rambutanı kosmik meyvə adlandırırlar. Rəngi qırmızıiçi ağ, tumu isə qara rəngdədir.

Meyvə

[redaktə |vikimətni redaktə et]

Meyvəsi qırmızı rənglidir və uzun saçaqları var. Ölçüsü böyük deyil: əsasən 3 sm, nadir hallarda 6 sm ölçüsündə olur. Çəyirdəyi isə meyvənin 1/3 hissəsini təşkil edir. Meyvənin xarici rəngi nadir hallarda narıncı və sarı ola bilər. Ətli hissəsi tüklərlə örtülmüşdür. Meyvənin şirin dadı olur. Qəhvəyi rəngli toxumu isə 1–1,3 sm ölçüsündədir.

Təsvir

[redaktə |vikimətni redaktə et]

Ağac 15–24 metr hündürlüyündə ola, yarpaqları isə 14–30 sm uzunluğuna çata bilər. Çiçəklər kiçikdir və 2.5–5 mm ölçüsündə olan disk şəklindədir.

Becərmə

[redaktə |vikimətni redaktə et]

22–30 °C bitki üçün ideal temperatur qəbul olunur. 10 °C-dən aşağı temperatura qarşı həssasdır. Ticarət məqsədilə 12–15 °C-də və dəniz səviyyəsindən 500 metr yüksəklikdə yetişdirilir. Qönçələmə yolu ilə çoxaldıqda 3 ildən bir meyvə verə bilər.

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Takson
eyniləşdirmələri
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Rambutan&oldid=7137418"
Kateqoriya:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp