Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Rəbab

Vikipediya, azad ensiklopediya
Rəbab
Hornbostel–Zaks təsnifatı321.321-71
Əlaqəli alətlərRübab
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəbab (ərəb.ربابة, həmçininrebab,rebap,rəbaprəbabə) və yaCəvzə (ərəb.جوزه, həmçinincuza)[1]Ərəbistanda yaranmış,müsəlman karvanları iləŞimali Afrikada,Orta Şərqdə vəAvropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır.[2] Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq,rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var.

AlətinBizans lirasıKrit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdəQərbi Avropaya yayılmış vərebek adını almışdır.[3]Rekonkistadan əvvəl – müsəlmanlarınƏndəlüsü idarə etdiyi dövrdə alətİspaniyaPortuqaliyada məşhurlaşmışdır.[4]

Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan bir az yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çoxskripkakamançadan istifadə edilir. Alətinİraqda yayılmış variantı (cəvzə) dörd simlidir.

Hazırlanması

[redaktə |vikimətni redaktə et]
Rəbab ifa edən birbədəvi (İkinci Dünya müharibəsi dövrü)

Rəbabdan yayıldığı mühitdən asılı olaraq müxtəlif musiqi ansambllarında və janrlarında istifadə edilir. Həmçinin, alət müxtəlif regionlarda müxtəlif şəkildə hazırlanır və ifa olunur.İranda hazırlanan rəbabviola da qamba kimi nəhəng olur. Qərbə getdikcə rəbab daha kiçik və yüksək tembrli olur. Alətin bədəniYavada olduğu kimi mürəkkəb və yaMisirdə olduğu kimi sadə ola bilər.

Yayılması

[redaktə |vikimətni redaktə et]

Rəbabbədəvi musiqisinin və ənənəvi İraq musiqisinin ayrılmaz bir parçasıdır.İranAzərbaycan musiqi aləti olankamança da struktur və formasına görə rəbaba çox oxşayır. Regionun tanınmış rəbabçalanları arasındaHəsən Əğzar Çənani,Əziz Həravi,Məhəmməd Ömər,Hümayun SaxiDavudxan Sədozay var.

Mərkəzi, Şimali və Şərqi Asiya

[redaktə |vikimətni redaktə et]
Kancen Paneran Haryo Notoporoco — məşhur İndoneziya rəbabçalanı.

Rəbabın iti çıxıntısı olan variasiyaları çoxlu Asiya xalqları tərəfindən istifadə olunur. BunlaraÇininhuçin,Monqolustanınxuçirmorinxur,Koreyanınhegum,Qazaxıstanınqobız,Qırğızıstanınqılqıyaq,Tuvanınbızançı,Yaponiyanınkokyu və digərləri aiddir. Bu musiqi alətləri ilə adətən ənənəvi xalq melodiyaları ifa olunur, fəqət son illərdəklassik,cazrok musiqilərində də ifa olunur.[5]

Cənub-şərqi Asiya

[redaktə |vikimətni redaktə et]

Rəbabİndoneziyanınqamelan ənənəvi musiqi ansamblında mühüm rol oynayır. Hər ansamblda iki fərqli alət olur –peloqslendro. Onlardan heç vaxt bir yerdə istifadə olunmur.[6] Ansamblda rəbabdan istifadədə məhdudiyyət yoxdur və istənilən zaman ifa oluna bilər. Rəbab ansamblın parçası olanda adətənbuka hissəsində istifadə olunur.[7]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Arxiv surəti 1 dekabr 2008 tarixindənWayback Machine saytındaArxivləşdirilib dekabr 1, 2008, at theWayback Machine
  2. "Arxivlənmiş surət".30 dekabr 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:1 noyabr 2018.
  3. "rabab (musical instrument) - Encyclopædia Britannica". Britannica.com.16 aprel 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 noyabr 2018.
  4. Sachs, Curt.The History of Musical Instruments. New York: W. W. Norton & Company. 1940.151-153.
  5. "Erhu - Chinese violin / fiddle with two strings - and Erhu music (audio & video demo)". Philmultic.com.10 yanvar 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 avqust 2013.
  6. Lindzi, Cennefer.Javanese Gamelan. 1992. 30–31.28 aprel 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 noyabr 2018.ISBN 0-19-588582-1
  7. Sorrell, Nil.A Guide to the Gamelan. London: Faber and Faber. 1990.97–98.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaRəbab ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Rəbab&oldid=8010000"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp