Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Qulaməli xan Ziyadoğlu-Qacar

Vikipediya, azad ensiklopediya
Qulaməli xan Ziyadoğlu-Qacar
Qulaməli xan Hüseynəli xan oğlu Ziyadoğlu-Qacar
1783 –1784
ƏvvəlkiHüseynəli xan
SonrakıMəhəmməd xan
Şəxsi məlumatlar
AtasıHüseynəli xan Ziyadoğlu-Qacar
Diniİslam

Qulaməli xan Qacar — İrəvan xanı. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi.[1]

Hakimiyyəti

[redaktə |vikimətni redaktə et]

Knyaz Baqrationun İrəvan xanlığında Qulaməli xanın oturması ilə razılaşmasını İrəvan zadəganları birmənalı qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli vardır. Odur ki, yeni xana o qədər də etibar etmirdilər.[2] Qulaməli xan atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirdilər. Lakin mərhum Hüseynəli xanın keçmiş tərəfdarlarının da köməyi ilə yatırıldı.[3]

Qulaməli xanın səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan hakimini öz tərəfinə çəkməyə çalışırdı. Əgər Hüseynəli xan hər iki tərəf arasında bitərəf mövqe tuturdusa, Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövləti ilə daha da yaxınlaşdı. Xanın cavan və təcrübəsiz olmasını nəzərə alan bəzi Osmanlı paşaları II İraklinin İrəvanı ələ keçirəcəyindən narahat olaraq onunla sıx əlaqə saxlayırdılar.[4] Atasının ölümü ilə əlaqədar olaraq başsalığına gəlmiş Ahalsıq, Ərzurum, Qars və Bəyazid paşalıqlarının nümayəndələri fürsətdən istifadə edərək Qulaməli xanla danışıqlar aparırdılar.[5]

Qulaməli xan Çıldır valisi Salman paşaya yazdığı məktubda osmanlılarla həmrəy olduğunu bildirərək, Azərbaycanda baş verən hadisələr barədə ona qiymətli məlumat göndərmişdi. Məktubdan görünür ki, sultan Qulaməli xanı öz tərəfinə çəkmək üçün onu bəylərbəyi vəzifəsi ilə təltif etmiş, eyni zamanda Osmanlı paşalarına zəruri vaxtlarda ona hərtərəfli yardım göstərmələri haqqında əmr verilmişdi.[6] Osmanlılarla əlqələrin yaxınlaşması səbəbindən Qulaməli xan II irakli ilə bağlanmış sülhə əməl etmir və müqavilənin şərtlərinə əməl etmirdi.[7]

İrəvan xanlığına təcavüzün elə də asan olmadığını başa düşən II İrakli öncə diplomatik vasitələrlə əl atır. Lakin bunun ciddi nəticə vermədiyini görən Rusiya və gürcü çarı digər vasitələrə əl atır. Belə ki, 1784-cü ilin yayında Qulaməli xana sui-qəsd təşkil olunur və xan qətlə yetirilir.[8] Qars mühafizi Mustafa paşanın məlumatına görə,"Yaranmış real təhlükə qarşısında İrəvan xanının Osmanlı dövləti ilə yaxınlaşması nəticəsində bölgədəki ruslar və onların müttəfiqi olan gürcü çarının hiylələri nəticəsində Qulaməli xan qətlə yetirildi".[9]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Elçin Qarayev.s.83-84.
  2. Fuad Əliyev, Urfan Həsənov.s.104.
  3. Elçin Qarayev.s.84.
  4. Yaqub Mahmudov.s.179.
  5. Elçin Qarayev.s.85-86.
  6. Elçin Qarayev.s.85.
  7. Elçin Qarayev.s.87.
  8. Elçin Qarayev.s.90.
  9. Yaqub Mahmudov.s.180.

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
VikimənbədəMüəllif:Qulaməli xan Qacar ilə əlaqəli mətnlər var.
⛭
Bakı xanlığı
Cavad xanlığı
Ərdəbil xanlığı
Gəncə xanlığı
İrəvan xanlığı
Maku xanlığı
Marağa xanlığı
Naxçıvan xanlığı
Quba xanlığı
Qarabağ xanlığı
Qaradağ xanlığı
Şirvan xanlığı
Sərab xanlığı
Şəki xanlığı
Talış xanlığı
Təbriz xanlığı
Urmiya xanlığı
Xalxal xanlığı
Xoy xanlığı
Zəncan xanlığı
Qəzvin xanlığı
Mərənd xanlığı
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Qulaməli_xan_Ziyadoğlu-Qacar&oldid=7922843"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp