1892-ci ildə inşa edilən "Qudison Park", dünyanın ən qədim futbol stadionlarında biridir. Bu stadiona İngiltərədə "Möhtəşəm yaşlı qadın" ləqəbi verilmişdir.1913-ci ildə Kral V. Corc "Qudison Parkı" ziyarət etdi. Bu İngiltərədə bir hökmdarın ilk stadion ziyarətiydi. 40.569 tamaşaçı tutumlu "Qudison Park" stadionu müxtəlif tarixlərdə əhəmiyyətli müsabiqələrə ev sahibliyi etmişdir.