Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Quba

41°21′55″ şm. e. 48°31′35″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bu məqaləQuba şəhəri haqqındadır.Quba rayonu üçünQuba rayonu səhifəsinə baxın.
Şəhər
Quba
41°21′55″ şm. e. 48°31′35″ ş. u.HGYO
Ölkə
RayonQuba rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulubXV əsr
Mərkəzin hündürlüyü556 m
Saat qurşağı
Əhalisi
Əhalisi24 653[1] nəfər (2023)
Milli tərkibiazərbaycanlılar,tatlar,ləzgilər,ruslar,qrızlar,xınalıqlılar və b.
Dini tərkibimüsəlmanlar (şiələr,sünnilər),xristianlar,yəhudilər
Rəsmi diliAzərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 23
Poçt indeksiAZ 4000
Quba xəritədə
Quba
Quba
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


QubaAzərbaycan RespublikasınınQuba rayonunun inzibati mərkəzi. QubaBakıdan 168km məsafədə,Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə,Qudyalçayın sahilində yerləşir.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Qafqaz AlbaniyasındaXobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdəFiruz Qubad adlanan şəhərin adıSasani hökmdarıI Qubadın adından götürüldüyünə inanılır[2] Yaqutun lokallaşdırılmasına görə (1227)"Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər",[3] ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. LakinA.A.BakıxanovŞirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki,[4] bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir.

XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki,"dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi".[5][6] Beləliklə,Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdəQuba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı. S. Aşurbəyli belə hesab edir ki, Quba Xilafətin Azərbaycanı və Dağıstanı istila edərkənMədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı toponimlər sırasına daxildir. Bu adınərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə də, Quba şəhərini təsvir edənZeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı məlumatı bu fərziyyəni təsdiq edir:"Qədimdə ərəb tayfalarından biri Qubaya köçərək burada məskən salmışdır".[7] Firuz Qubada köçüb gələn ərəblər Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə,Məsqət kimi, onu da tanış olan Quba adı ilə adlandırmışlar.

Məsud ibn Namdar Sədunun (indiki Siyəzən) daxil olduğu nahiyədə Qavadan kəndinin adını çəkir.[8] Burada Qavad adına yer, şəhər və s.bildirən "an" suffiksi artırılmışdır. Ola bilər ki, bu elə həmin Firuz Qubad Qubanın qədim adıdır.[9]

XVIII əsrin ortalarındaQuba xanlığı yaradılmış.Hüseynəli xanın oğlu Fətəli xanın (1758–1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildəQuba xanlığıRusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuşQuba qəzası 1840-cı ildəDərbənd quberniyasına, 1860-cı ildə isəBakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.

2012-ci il martın 1-də Qubada baş vermiş etiraza icra hakimiyyəti başçısının yerli əhalini təhqir edən çıxışınınYouTube saytına yerləşdirilməsi səbəb olub. Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən bir neçə min sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Ümumi kontekstdə sosial vəziyyətlərindən, məmur davranışından narazı insanlar etiraz aksiyası keçirib. Dinc aksiya sonradan zorakı xarakter alıb. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırıb. Sonra daxili qoşun hissələri ilə qarşıdurma olub. Polis gözyaşardıcı qazdan istifadə edib. Deputat Vahid Əhmədovun vasitəçiliyi etirazları səngidib və icra başçısının vəzifədən azad edilməsi barədə rəsmilərin bəyanatı insanların evlərinə dağılmasına səbəb olub.[10]

Mədəniyyəti

[redaktə |vikimətni redaktə et]

Memarlıq abidələri

[redaktə |vikimətni redaktə et]

Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür və müasir Quba və Şabran (Dəvəçi) rayonlarının ərazisini əhatə edir.

Dağlıq hissəyə –Qonaqkənd,Xaşı,Cimi,Afurca,Yerfi,Buduq,Qırız,Cek,Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar;

Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi məktəbləri;Ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.

Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir Bu zonada toxunan "ÇİÇİ", "SIRT ÇİÇİ", "QIMIL", "CİMİ", "YERFİ" xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.

Tarixi abidələri

[redaktə |vikimətni redaktə et]

Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr),Alpan kəndindəSubaba türbəsi (XVI əsr),Birinci Nügədi kəndində məscid və minarə (XVII–XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi,Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərindəXIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov və Zıxır kəndlərində "Ələmu" və "Yeddilər baba" adlı qala və tarixi məscid vardır.

Coğrafiyası və iqlimi

[redaktə |vikimətni redaktə et]
Qubanın kosmosdan görünüşü

Böyük Qafqazınşimal-şərq yamaclarında,Baş Qafqaz sıra dağlarının suayrıcı xətti iləSamur-Dəvəçi ovalığı arasında yerləşir. Rayonun relyefi dağətəyi maili düzənliklər, orta və yüksək dağlıq sahələrdən ibarətdir. Şimal-şərq hissədə Qusar maili düzənliyi və Samur-Dəvəçi ovalığı yerləşir. Cənub-qərb sərhəd Baş Qafqaz silsiləsinin suayrıcısı boyu keçir. Baş Qafqaz silsiləsinə paralel olaraq Yan silsilə uzanır. Burada Yarımsa, Yerfi, Mıxtökən, Təngə silsilələri qollar formasında ayrılır. Rayon ərazisindəQızılqaya (3726 m),Babadağ (3629 m), Şahnəzər (2874 m) zirvələri yüksəlir. Geoloji yaşına görə Yura, Təbaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntılara yanar şist,çınqıl,qum,gil aiddir, mineral bulaqlar səthə çıxır. Düzənlik və dağətəyi sahələrdə yağıntıları bərabər paylanan mülayim isti, yüksək dağlıqda soyuq və dağ-tundra iqlimi hakimdir. Yanvarda orta temperatur −2 °C-dən −14 °C-yə qədər, iyulda 5 °C-dən 23 °C-yə qədərdir. Yağıntıların illik miqdarı düzənliklərdən dağlara doğru 500 mmm-dən 900 mm-ə qədər artır, əsas hissəsi payızda düşür. Rayonun ərazisindən axan Qudyal, Qaraçay, Vəlvələ çayları Xəzər dənizi hövzəsinə aiddirlər. Əsasən torflu və çimli dağ-çəmən, qonur-meşə, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Dağlıq sahələrdə alp və subalp çəmənlikləri geniş sahə tutur, bundan aşağılarda fısdıq,vələs və palıd ağaclarının üstünlük təşkil etdiyi enliyarpaqlı dağ meşələri yayılır.

Əhali

[redaktə |vikimətni redaktə et]
  • 1 yanvar 1885-ci ildə Quba şəhərində 13.412 nəfər yaşamışdır.[11]
Quba şəhərinin etnik tərkibi
Etnik
qrup
1873-cü il1886-cı il1897-ci il1926-cı il1939-cu il1959-cu il1970-ci il1979-cu il
Əhali%Əhali%Əhali%Əhali%Əhali%Əhali%Əhali%Əhali%
türk5 90052.9%6 48646.6%7 13446.4%6 16845.3%7 83965.4%12 54557.0%15 43681.8%16 44485.5%
ləzgi2211.4%840.6%8427.0%1 5657.1%1 6408.7%1 95710.2%
rus1411.2%2912.1%4412.9%6975.1%2 34919.6%1 6867.7%1 442[12]7.6%593[12]3.1%
ukraynalı1341.0%1251.0%
yəhudi5 12745.3%6 287[13]45.2%6 212[14]40.4%6 28546.2%1050.9%1460.7%710.4%600.3%
tatar600.3%350.2%
gürcü100.1%260.2%90.1%150.1%140.1%90.0%30.0%
avar520.3%10.0%10.0%
kürd10.0%
tat10.0%300.1%60.0%
alman40.0%90.1%130.1%390.3%
fars1511.0%160.1%
şahdağlı430.3%
polyak60.0%
digər620.5%2671.7%1581.2%5294.4%5 91626.9%1270.7%520.3%
cəmi11 324100%13 917100%15 363100%13 613100%11 986100%22 003100%18 871100%19 237100%
Şəhərin əhalisi əsasən azərbaycanlılardan, qismən ləzgilərdən, az sayda ruslardan, yəhudilərdən və digər etnik qruplardan ibarətdir.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb.
İlSayı
189715.363[15]
192613.256[16]
İlSayı
193911.986[17]
195915.947[18]
İlSayı
197018.871[19]
197919.437[20]
İlSayı
198920.791[21]
201223.900

Qalereya

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaQuba ilə əlaqəli mediafayllar var.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Arxivlənmiş surət".2018-11-28 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2024-01-01.
  2. Mинopcкий. Иcтopия Шиpвaнa, c.50–51, 58–59, 61–63, 67–68, 75–76,213
  3. Йaгyт, т.III, c.929.
  4. Бaкиxaнoв. c.86.
  5. Asik Celebi. Monazir al-Avalim, Ayasofya, N°3466 Nuri Osmaniye JVe3032, Istanbul, v.247a; v.272v
  6. Axмeд Зeки. Иcтopичecкaя гeoгpaфия, c.40.
  7. H.K.Kepeмoв. Пyтeшecтвeнник и гeoгpaф Зeйнaлaбдин Шиpвaни. Бaкy, 1958, c.50.
  8. Mинopcкий и Kaэн, c. 117.
  9. S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007
  10. Quba hadisələrinin istintaqı ilə bağlı rəsmi məlumat, 10 nəfər həbs edilib Amerikanın Səsi radiosu
  11. Кавказский Статистический комитет. Е.Кондратенко. 1886. "Кавказский календарь на 1887 год", стр. 193
  12. 12RuslarUkraynalılar birlikdə.
  13. YəhudilərDağ yəhudiləri birlikdə.
  14. 1897-ci il siyahıya alması zamanı əhalinin yalnız ana dili və etiqad etdiyi din qeydə alınmış, etnik fərqliliyi qeydə alınmamışdır. İudaistlərin 3.775 nəfəri yəhudi, 2.437 nəfəri isə tat dilini ana dili olaraq göstərmişdir.
  15. Rusiya imperiyası əhalisinin siyahıya alınması (1897).
  16. SSRİ əhalisinin siyahıya alınması (1926).
  17. SSRİ əhalisinin siyahıya alınması (1939).
  18. SSRİ əhalisinin siyahıya alınması (1959).
  19. SSRİ əhalisinin siyahıya alınması (1970).
  20. SSRİ əhalisinin siyahıya alınması (1979).
  21. SSRİ əhalisinin siyahıya alınması (1989).

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Şəhərlər
Qəsəbələr
Kəndlər
AdurAfurcaAğbilAlekseyevkaAlıcAlpanAmsarAmsarqışlaqAmsar PalasaAspərəstiAşağı AtucAşağı XucAşağı TüləkəranAtucAydınkəndBadBağçalıBərğovBirinci NügədiBuduqCadarıCağacıqCekCimiCindarÇarxaçıÇartəpəÇayqışlaqÇiçiDağlıDağüstüDalaqoDalıqayaDavudobaDəhnəDəlləkliDərkDigahYuxarı DigahƏlibəyqışlaqƏlikƏliməmmədobaƏrməkiƏrməkiqışlaqƏski İqriqFırıqGədikGədikqışlaqGərayGömürdəhnəGüləziGültəpəGüneyməhləGürdəhHacıağalarHacıhüseynliHacıqaibHaputXaltanXanagahyoluXanəgahXaruşaXaspoladXaşıXınalıqXırtXucbalaİbrahimhaputİdrisiqışlaqİkinci NügədiİqrığİsnovİsnovqışlaqİspikKələbağKələnovKüçeyiKunxırtKüpçalKüpçalqışlaqKürkünKüsnətKüsnətqazmaQacar ZeyidQalagahQalayxudatQamqamQarovulüstüQarxunQasımqışlaqQayadalıQəçrəşQələdüzQənidərəQımılQımılqazmaQımılqışlaqQorxmazobaQrızQrızdəhnəMahmudqışlaqMəckəxacəMirzəməmmədkəndMirzəqasımMirzəqışlaqMöhücMuçuNohurdüzüÇaydüzüNöydünNütəhOrta XucÖrdücPaşaobaPirvahidPuçuqPüstəqasımRaziyələrRəngdarRustov (kənd)RükSəbətlərSırt ÇiçiSofikəndSöhübSusaySusayqışlaqŞuduqTalabıTalabıqışlaqTalışTəngəaltıTimiryazevToxmarTüləkəranTülərUtuqUzunmeşəÜçgünVəlvələVladimirovkaYalavancYekdarYenikəndYerfiYergücYuxarı TüləkəranZeyidZərqavaZıxırZizik
⛭
Muxtar respublika
Rayonlar
Respublika
tabeli şəhərlər
Muxtar Respublika
tabeli şəhərlər
Rayon tabeliyində
olan şəhərlər
Digər
*Naxçıvan Muxtar Respublikasının rayonları və həmin rayonların tərkibindəki şəhərlər
Şəhər
Şəhər haqqında olan bu məqalə bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Quba&oldid=7985807"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp