Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Qauri Xan

Vikipediya, azad ensiklopediya
Qauri Xan
ing.Gauri Khan
Doğum adıگۆری چِبَر
Doğum tarixi8 oktyabr1970(1970-10-08)[1](54 yaş)
Doğum yeri
Həyat yoldaşıŞahrux Xan
FəaliyyətiProdüser, İnteryer dizayn
Fəaliyyət illəri1991-bu günə qədər
Təhsili
Boyu1,6 m
IMDbID0451215
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qauri Xan (Qauri Çibberhind.गौरी ख़ान8 oktyabr1970[1],Yeni Dehli) — tanınmış prodüser, həmçinin İnteryer dizaynerdir. MəşhuraktyorŞahrux Xanın həyat yoldaşıdır.

Qaurinin 1984-cü ildən bəri Şahrux Xanla əlaqələri olub. 1991-ci ildə onlar evlənirlər və bu evlilikdən 1997-ci ildə Aryan adlı oğlu, 2000-ci ildə Suhana adlı qızı dünyaya gəlir. Qauri əri ilə birlikdə film istehsalı və yayılması işləri məşğul olanRed Chillies Entertainment adlı şirkətin təsisçisi olur.

Həyatı

[redaktə |vikimətni redaktə et]

QauriPəncabda dünyaya gəlib. O 10 il ərzində Loreto qadın monastrında təhsil alıb. Daha sonra Yeni Dehlidəki Müasir məktəbdə təhsil alıb. Qauri həm dəLady Shri Ram kollecinin Tarix fakültəsinin məzunudur. Qauri Şahrux Xanla 1984-cü ildə tanış olub və 1991-ci il 25 oktyabr tarixində rəsmi olaraq evləniblər. Onların 2 övladı var: Aryan (Noyabr, 1997) və Suhana (May, 2000). Cütlüyün daşıyıcı analıq yolu ilə doğulan Abram adlı övladları da var (28 may, 2013).[2][3]

Karyera

[redaktə |vikimətni redaktə et]

Qauri Xan 2002-ci ildə Şahrux Xanla birlikdə film istehsalı və yayılması işləri məşğul olanRed Chillies Entertainment adlı şirkətin təsisçisi olur. Məhz Qauri özü şirkətin icraçı direktoru olur. Beləliklə Qauri ilk prodüserliyiniFərəh Xanın da ilk filmi olanMain Hoon Na (Mən yanındayam) filmində etmişdir. Film kifayət qədər uğurlu olur və ilin ən çox gəlir gətirən ikinci filmi olur. O zamandan bəri Şahrux Xanın baş rolda olduğu 7 layihəyə məhz Qauri Xan prodüserlik etmişdir. O həmçininOm Şanti Om filmində qonaq oyuncu olaraq iştirak etmişdir.[4]

Mətbuat

[redaktə |vikimətni redaktə et]

Qauri Xan mətbuatda tez-tezBollivudun ən dəbli qadını olaraq qeyd olunur.[5][6] Qaurinin şəkli 2008-ci ilin yanvarındaVogue jurnalının üz qabığında çıxır. Beləliklə o jurnal tərəfindənBollivudun birinci xanımı adını alır.[7]

Prodüserlik etdiyi filmlər

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Gauri Khan //Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. http://movies.ndtv.com/gallerydetails.aspx?category=Movies&id=2852&picno=3&section=Bollywood&ShowID=0#BD[ölü keçid]
  3. "Arxivlənmiş surət".2014-03-05 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-08-22.
  4. "Gauri Khan Biography | Bollywood Producer | Fact File | Photo Gallery | Wallpapers | Videos | News | Oneindia.in". Popcorn.oneindia.in. 8 October 1970.İstifadə tarixi:7 February 2012.[ölü keçid]
  5. SRK's wife Gauri Khan now on Vogue coverArxivləşdirilib 2015-11-02 at theWayback Machine. Sify.com (2007–12-19). Retrieved on 14 November 2011.
  6. When SRK was insecure about GauriArxivləşdirilib 2010-04-12 at theWayback Machine. Movies.ndtv.com. Retrieved on 14 November 2011..
  7. "Gauri Khan is Vogue's cover girl — Rediff.com movies". Inhome.rediff.com. 18 December 2007.5 March 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 February 2012.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Qauri_Xan&oldid=7690111"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp