Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Qarçistan

Vikipediya, azad ensiklopediya
Sasanilər dövlətinin şərq vilayətlərini təsvir edən xəritədə Qarçistan.

Qarçistan (fars.غرجستان‎‎) — indikiƏfqanıstanın ərazisində dağlıq tarixi vilayət. Onun sərhədləri qərbdəHerat, şərqdəQövr, şimaldaMərvərud, cənubda isəQəzni və Qövr vilayətləri ilə əhatələnmişdi. Tarixi baxımdan bu region təqribən müasirBadğis vilayətinə uyğun gəlir.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Qarçistan öz müstəqilliyiniQəznəvilər dövrünə qədər qoruyub saxlaya bilmişdi. Bu müddətdə vilayət "Şar"!və "Qarçəşar" (fars.غرج‌الشار‎‎) adları ilə tanınan yerli bir sülalə tərəfindən idarə olunmuşdur. Yalnız 1030-cu ildə,Mahmud Qəznəvinin hakimiyyətinin son ilində bu vilayət Qəznəvilərə tabe etdirilmişdir. Mahmud yerli hakimləri vəzifədən kənarlaşdıraraq həbs etmişdi. Onlar ömürlərinin sonuna qədər zindanda saxlanılmışdılar, lakin Mahmud onların şəxsi torpaq mülkiyyətlərinin dəyərini dövlət xəzinəsinə ödəyərək müsadirə etmişdi.[1]

1222–1223-cü illərdə QarçistanÇingiz xanın yürüşlərinə məruz qalmışdı. Bu dövrdə regiondakı dağ qalalarında — Rəng, Bandar, Bəlvəran, Laqari, Sənə-xana, Səng, Aşiya və digər istehkam məntəqələrində yerləşən əhalimonqol ordusuna güclü müqavimət göstərmişdi. Ərazi relyefinin çətinliyi, yəni dağlar arasında keçidlərin olmaması səbəbilə Çingiz xan karvanını kiçik bir dəstənin mühafizəsi altında düşərgədə saxlamışdı. Qarçistan qalasının komandanı Aşiyar və əmir Məhəmməd Marəğani monqolların karvanına hücum etmiş, qızıl və digər qiymətli mallarla yüklü arabaları, çoxlu atı ələ keçirmiş, əsir düşənlərin bir hissəsini azad etmişdi. Qala yalnız 1223-cü ilin əvvəlində, 15 ay davam edən mühasirədən sonra monqollar tərəfindən ələ keçirilmişdi. Vilayətin digər qalaları 1222-ci və 1223-cü illərdə süquta uğramışdı.Rəşidəddin yazmışdır ki, Çingiz xanın önəmli sərkərdələrindən biri olanToğacarnoyon Qarçistan yürüşü zamanı həlak olmuşdur.[2]

TarixçiVasili Bartoldun məlumatına əsasən, Qarçistanın dağlıq hissəsinə rəhbərlik edən şəxs, yəni mehtərCövzcan vilayəti hakiminə tabe idi. Bu vilayətin bir hissəsi "Qarçistan Cövzcan" adı ilə tanınırdı və birbaşa Cövzcan tərəfindən idarə olunurdu. Qala-Velinin yerində yerləşən Talkan şəhəri Cövzcanın sərhəd şəhəri kimi onun ərazisinə daxil idi.[2]

TeymurləngTeymurilər dövründə Qarçistanın daxili siyasi vəziyyəti barədə məlumat mövcud deyil.Şeybanilər sülaləsinin hakimiyyəti dövründə, xüsusilə 1546–1566-cı illərdəPirməhəmməd xanın naibliyi zamanı bu əraziBəlx xanlığına tabe olmuşdu. 1551-ci ildəNovruz Əhməd xanMavəraünnəhr üzərində nəzarəti ələ keçirdikdən və bir çox Şeybani sultanları qaçmağa məcbur olduqdan sonra Qarçistan da onun nüfuz dairəsinə daxil edilmişdi. Bu vilayət 1556-cı ildə Novruz Əhməd xanın ölümünədək rəsmi olaraq Bəlx hakimi Pirməhəmməd xanın adına idarə olunmuşdur.[2]

XVII əsrin əvvəllərində Qarçistanda Şeybanilər vəHəştərxanilər arasında siyasi mübarizə baş vermişdi.[3]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Ахмедов Б. А. д.и.н. Ганковский Ю. В (redaktor). История Балха (XVI—первая половина XVIII в.). Т.: Фан. 1982. /295.
  2. 123Бартольд В. В. Подгот. к изд. Зеймаль Е. В. и Лившиц В. А. (redaktor). Работы по исторической географии и истории Ирана. М.: Восточная литература. 2003. /.ISBN 5-02-018410-1.
  3. Массон В. М.Отв. ред. Ахрамович Р. Т., Ганковский Ю. В., Лившиц В. А. // История Афганистана. С древнейших времён до начала XVI века. М: Наука. 1964. /.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Qarçistan&oldid=8265921"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp