Gürcü alimlərinə əsasən, "Qaqra" adısvan dilindəqoz mənasını verən "Qakra" sözündən gəlir.[2]Sovet idman turizmi ustası Bondarevə əsasən, şəhərin adı yerli "Qaqaa" qəbiləsindən gəlir.[3] Professor V. Kcarçiyaya əsasən, "Qaqra"abxaz dilində ‘sahilin sahibi’ deməkdir (Qaqra tarixi xəritələrdə "Kakara" və ya "Kakkari" olaraq adlandırılmışdır).[4]
Yaşayış məntəqəsi ilk dəfə biryunan koloniyası və qəsəbə olaraq "Triqlif" adıylaKolxida krallığı daxilində salınmışdır. Qəsəbədə həmyunanlar, həm dəkolxidalılar yaşayırdı. Eradan əvvəl I əsrdəKolxidaPont krallığının hakimiyyəti altına girmişdir. Pont hökuməti şəhərin adını "Nitika" olaraq dəyişmişdir. Çox vaxt keçməmiş əraziRoma tərəfindən işğal olundu. Qəsəbənin coğrafi mövqeyiromalıların oranı möhkəmləndirməsinə gəlib çıxardı. Qəsəbə tez-tezQotlar və digər tayfalar tərəfindən hücüma məruz qalırdı.Roma şəhərinin fəthindən sonra, dövlətin varisi olanBizans İmperiyası qəsəbənin və bütünKolxidanın sahibi oldu. Qəsəbəorta əsrlərdə böyük ticari bir yaşayış məntəqəsi olmuşdur. "Qaqra" adı ilk dəfəitalyanPyetro Viskontinin hal-hazırdaVenesiyadakıMüqəddəs Mark muzeyində yerləşən və 1308-ci ildə hazırladığı "Qafqaz xəritəsi"ndə görünmüşdür.
XVI əsrdə Qaqra və QərbiGürcüstanın qalan hissəsiOsmanlı İmperiyası tərəfindən işğal olunmuşdu. Qərbli tacirlər qəsəbədən uzaqlaşdırılmış və uzun müddət davam edən bir tənəzzül dövrünə girmişdir. Qəsəbə əhalisinin əksəriyyəti dağlara qaçmışdır.XVIII əsrdə qəsəbə kiçik bir kəndə çevrilmişdi. Qəsəbənin tənəzzül dövrüRusiya imperiyasıQafqazı işğal etməsindən sonra bitmişdir. Qəsəbədə yeni bir hərbi xəstəxana tikilmişdir. Qəsəbənin əhalisi isə hələ də kiçik idi. Qəsəbədə 336 kişi və 280 qadın (ümumi olaraq 610 nəfər) yaşayırdı. QəsəbəRusiya-Osmanlı müharibəsi böyük ziyan görmüşdür.
Müharibə bitdikdən sonra, qəsəbəOldenburqlu Pyotr Aleksandroviç tərəfindən "kəşf edilmiş"dir. Regionun potensialını görən Pyotr burada birinci səviyyəli bir kurort, özü üçün isə bir saray tikdirmişdir. Qəsəbəyə tropik ağaclar,tutuquşuları vəmeymunları olan bir park salınmışdır. Qəsəbə üzərində aparılan bahalı işlərə baxmayaraq, kurort ilk vaxtlarda çox da uğurlu olmamışdır, halbuki daha sonra çoxlu sayda xarici turist cəlb etmişdir.
1905-ci il Rusiya inqilabı zamanı gerçəkləşən yerli bir qiyam nəticəsində, qəsəbəni qısa-ömürlü Qaqra Respublikasını quraninqilabçı bir hökumət edirdi. Bu dövlət çox vaxt keçmədən məğlub edilmiş, inqilabçılar isə həbs olunmuşdur.Birinci Dünya müharibəsi Qaqra üçün bir fəlakət idi, çünki müharibə nəticəsində şəhərin ən böyük gəlir mənbəyi olan turizm məhv olmuşdu.1917-ci il Rusiya inqilabı zamanıbolşeviklər qəsəbənin nəzarətini ələ almışdılar.Rusiya vətəndaş müharibəsi zamanıFransa qüvvələrinin qəsəbəni azad etmə cəhdi uğursuz olmuş, nəticədə qəsəbəSSRİ-in yeniGürcüstan SSR-ə qoşulmuşdur
Bolşevik rəhbəriVladimir Lenin1919-cu ildə qəsəbədə "fəhlə kurortu" yaradan bir fərman imzalamışdır. Qəsəbə sovet vətəndaşları üçün məşhur bir bayram kurortu olmuşdur.İkinci dünya müharibəsi zamanı qəsəbə böyük bir hərbi xəstəxana və reabilitasiya mərkəzi olmuşdur. Müharibə bitdikdən sonra qəsəbədə hökumət tərəfindən idarə edilənsanatoriyalar tikilmişdir.
Abxaziya müharibəsindən əvvəl şəhərin əhalisi 26,900 nəfər idi.[8]. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 10,717 nəfər idi.[1] 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 12,34 nəfər idi. Onların 6,531-iabxaz (52,8%), 2,355-irus (19,0 %), 2,046-ıerməni (16,6%), 328-igürcü (2,7%), 119-uyunan (1,0 %), 766-ı isə digər millətlərin nümayəndələri (6,1 %) idi.[9].2012-ci ildə şəhərin əhalisi 12,248 nəfər idi.2013-cü ildə şəhərin əhalisi 12,213 nəfər idi.2014-cü ildə şəhərin əhalisi 12,213 nəfər idi.2015-ci ildə şəhərin əhalisi 12,115 nəfər idi.[1]
↑Bondarev, N.D.В ГОРАХ АБХАЗИИ(rus). Moskva: Bədən tərbiyəsi və idman. 1981.2009-11-22 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2018-01-03.