Qaqauziya (qaqauz.Gagauz Yeri/Gagauziya;mold.Găgăuzia) və ya rəsmi olaraqQaqauz Yeri Muxtar Bölgəsi (qaqauz.Avtonom Territorial Bölümlüü Gagauz Yeri;mold.Unitatea Teritorială Autonomă Găgăuzia) —Moldova Respublikasının tərkibində muxtar ərazi. Qaqauziya Moldovanın cənubunda yerləşir. PaytaxtıKomrat şəhəri, ümumi sahəsi 1,832 kvadrat kilometrdir.[1]
Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. Bizans yazılı mənbələrindəOğuzlar XI əsrdəDunay çayını keçib BalkanlardakıMakedoniya, Paristrione,Yunanıstan vəBolqarıstanda yerləşən köçəri tayfalar olaraq qeyd edilmişdir. Bəzi müəlliflərə görə qədimKutriqurların davamçılarıdır.[2] Necə yarandıqları haqqında 19 fərqli iddia var. XI əsrdə Balkanlara köç edən qaqauzlarpravoslavlığı qəbul etmişlər daha sonra Osmanlı hakimiyyəti altında qalmışlar.Tadeuş Yan Kovalskinin fikrincəQaqauzlar Səlcuq sultanıII Keykavusla birlikdə Dobruca bölgəsinə gəlmiş, zamanla xristianlığı qəbul etmişlər. Bu ideyaya görə "Qaqauz" adı elə Keykavusdan gəlir. Başqa bir iddiaya görə Qaqauzlar özünü əsl bulqar və ya slavyan olmayan bulqar kimi görürdülər və buna görə də onlarqədim bulqarlardır.[3] Qaqauz sözü, kök oğuz sözünün dəyişməsidir.
Əsasən 1812-ci ildəBolqarıstandanMoldovaya köçürülmüşdülər. 1906-cı ildə Andrey Qalaçanın başçılıq etdiyi kəndli üsyanı başlamış vəBender uyezdində cəmi 5 gün həyat sürmüşKomrat Respublikası elan edilmişdi.[4] 1917-ci ilədəkRusiya imperiyası tərkibində olmuşdur. Bu tarixdən sonraRumıniya (1918–1944) vəMoldova SSR (1944–1991) tərkibində olmuşdur. 1994-cü ilədək Moldova hökuməti Qaqauziyaya muxtariyyət verməmiş, 23 dekabr 1994-cü ildə isə Qaqauziya muxtar torpağı yaratmalı olmuşdur.
Qaqauziyanın muxtariyyəti Moldova konstitusiyası ilə qorunur və Moldova xalqı hər hansı bir dövlətə (məsələn,Rumıniya) birləşmək istəsə Qaqauziyanın müstəqilliyini elan etmə hüququ var.[5] Əsas qanunverici orqan Qaqauziya Xalq Məclisidir. Muxtar bölgənin rəhbəriQaqauziya Başqanı adlanır, 4 ildən bir seçilir. Bundan əlavə, o Moldova hökumətinin bir üzvü sayılır. Başqanlıq seçkilərinə qatılmaq üçünQaqauz dilini səlis bilmək, Moldova vətəndaşı olmaq və ən azından 35 yaşına çatmaq lazımdır. Əsas hökumət orqanı Qaqauziya Nazirlər Komitəsi sayılır, üzvləri ya başqan ya da xalq məclisi təyin edir. Qaqauziyanın öz polis təşkilatı mövcuddur.[6] Hazırkı başqanİrina Vlahdır.
Qaqauziyanın iqtisadiyyatıkənd təsərrüfatından asılı olub,üzümçülüyün inkişaf etdiyi bölgələrdəndir. Əsas ixracatışərab,günəbaxan yağı, alkoqolsuz içki,yun və dəri məmulatlarıdır. 12 şərab, 2 yağ, 2 xalça, 1 ət, 1 spirtsiz içki fabrik və zavodu var.
Əhalinin mütləq əksəriyyəti (96%)xristiandır, 93%pravoslav, 3% isəprotestantdır. Digər dinlər üzvləri 2,2%, dinsizlər 1,6%, ateistlər isə 0,2% təşkil edir.
Qaqauziyada əsas fəaliyyət göstərən telekanal Qaqauziya Teleradio Şirkətidir (GRT). Kütləvi informasiya vasitələri əsasən rusca və qaqauzca yayım aparırlar.
↑Стойков, Руси. Селища и демографски облик в Североизточна България и Южна Добруджа, Известия на Варненското археологическо дружество, т. ХV, 1964, с. 98.