Azərbaycanca | Qaşqayca |
---|
Ata, baba (dialekt söz), dədə (dial.), bava (dial.), aba (dial.), qaqqa (dial.), qağa (dial.) | Bova / Bowa, ata |
Ana, nənə (dial.), aba (dial.), adiy(dial.), ciyi (dial.), ciji (dial.), cici (dial.) | Ana, nənə |
Oğul | Oğul |
Kişi (erkək mənasında) | Kişi |
Qız | Qız, qez (fars dilindən təsirlənmiş tələffüz variantı) |
Gəlin | Gəlin |
Qayınana, qaynana (xalq arasındakı tələffüz variantı), qaynənə (dial.), qəynənə (dial.) | Qəynənə |
Ürək, ürəy / ürey (xalq arasındakı tələffüz variantı), yürək (dial.) | İrəg, ürəg |
Qan | Qan |
Baş | Baş |
Saç, tük, qıl | Tik, qel (fars dilindən təsirlənmiş tələffüz variantı) |
Göz | Gez (fars dilindən təsirlənmiş tələffüz variantı), göz |
Kirpik, kirpik (dial.) | Kirpig |
Qulaq | Qulaq |
Burun | Burn |
Barmaq | Burmaq |
Baldır | Ballır |
Qarın | Qarn |
At | At |
İnək, sığır | Seğer (fars dilindən təsirlənmiş tələffüz variantı) |
İt, köpək | Kepək (fars dilindən təsirlənmiş tələffüz variantı) |
Ev, əv (dial.), öy (dial.) | Əv |
Çadır | Çador (fars dilindən təsirlənmiş tələffüz variantı) |
Ox, tir (farscadan alınma, arxaik söz; əsasən ədəbiyyatda istifadə olunur) | Ox, tir |
Od, alov | Ot |
Kül | Kil, kül |
Su | Su |
Göl | Gel (fars dilindən təsirlənmiş tələffüz variantı), göl |
Gün, günəş | Gin, gün |
Bulud | Bulut |
Ulduz | Ulluz |
Ağac, ağaj(xalq arasındakı tələffüz variantı) | Ağaj |
Allah, Tanrı, Xuda | Allah, Tarı, Xoda (fars dilindən təsirlənmiş tələffüz variantı) |
Yeni, yengi (köhnəlmiş, arxaik tələffüz; hazırda həmçinin dialekt) | Yengi |
Göy | Gey (fars dilindən təsirlənmiş tələffüz variantı), göy |
Ağ | Aq |
Qara, qərə / ğərə (dial.) | Qərə |
Qırmızı, qızıl ("qırmızı rəng" mənası köhnəlmiş olan bir söz) | Qızıl |
1 — Bir | Bir, yek(farscadan alınma) |
2 — İki | İkki / iki / ikke / ekki, do / dö(farscadan alınma) |
3 — Üç | Üç, üs, ış, üş, |
4 — Dörd | Dörd, dört, dörth |
5 — Beş | Beş, penc / pənc(farscadan alınma) |
6 — Altı | Altı, alti |
7 — Yeddi | Yeddi, hef / həft(farscadan alınma) |
8 — Səkkiz | Seggiz / Sakkiz |
9 — Doqquz | Doğğuz |
10 — On | On / Dəh(farscadan alınma) |
20 — İyirmi, yirmi / igirmi (xalq arasındakı tələffüz variantı) | Yirmi / igirmi, bist(farscadan alınma) |
30 — Otuz | Ottiz / Ottuz / Otuz |
40 — Qırx | Qırx / Ğerx / Ğirx |
50 — Əlli | Əlli / elli |
60 — Altmış | Altmış |
70 — Yetmiş | Yetmiş / Yethmiş, həftad(farscadan alınma) |
80 — Səksən, səysən (xalq arasındakı tələffüz variantı), həştad / həştat (farscadan alınma və xalq arasında istifadə olunan söz) | Səksen / səğsen / səhsan, həştad / heştad(farscadan alınma) |
90 — Doxsan | Doqsan / Neved / Nəvəd / Navəd(farscadan alınma) |
100 — Yüz | Üz / yüz |
1000 — Min | Min / Hezar / həzar(farscadan alınma) |