Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Qəmər bəyim Şeyda

Vikipediya, azad ensiklopediya
Qəmər bəyim Şeyda
Doğum tarixi1881(1881)
Doğum yeri
Vəfat tarixi1933(1933)(51–52 yaşında)
Vəfat yeri
AtasıAta xan Abraxanov[d]
AnasıBöyükxanım Cavanşir[d]
Fəaliyyətişair, yazıçı
Əsərlərinin diliAzərbaycan dili

Qəmər bəyim Şeyda (1881Şuşa — 1933Bakı) — azərbaycanlı şairə və dramaturq.[1]

Həyatı

[redaktə |vikimətni redaktə et]

Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildəŞuşa şəhərində Qəmərnisə adı ilə Ata xan Abraxanov və Böyük Xanım Cavanşirin ailəsində xanadan olmuşdur.[2]İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Ata xan vəfat edən zaman Qəmər bəyim hələ gənc idi. Atasının ölümündən sonra qardaşı Məhəmmədin himayəsində olmuşdur. Məhəmməd onun üçün evdə dərs verəcək müəllimlər tutmuş, onu ikinci pillə təhsil almaq üçün Şuşa Məktəbinə getməyə həvəsləndirmişdir.[3] Yeniyetmə kimi, öz dövrünün məşhur şairəsi Natavana "Məclisi-Üns"də təqdim edilmiş, Natavan da öz növbəsində Qəmər bəyimin istedadını təsdiqləməklə birlikdə, ona Şeyda təxəllüsünü vermişdir.[3] Qəmər bəyim Şeydanın yaradıcılığında Xurşidbanu Natəvanın güclü təsiri olmuşdur.[3]

Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu.[4] Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.[4]

Lakin ötən yüzilin 20-ci illərində Azərbaycanda baş vemiş hadisələrdə, yeni həyat və mübarizə burulğanında öz nicatını axtaran Qəmər bəyim həyat yoldaşını itirmiş, Bakıda, Naxçıvanda, Ordubadda, Şərurda yaşamalı olmuşdur. O, mədəni həyatdan geri qalmamaq üçün çalışmış, təhsilini artırmış, kəndli qadınlar arasında önəmli ictimai işlər aparmışdır.

1924-cü ildə Qəmər bəyim Şeyda Bakıya köçür. Oğlu Bahadurun iş yeri tez-tez dəyişdiyi üçün o, Bakıda, Naxçıvanda, Tiflisdə yaşamalı olur. Bahadur Naxçıvana Xalq Səhiyyə komissarı vəzifəsinə təyin olunanda həmin vaxt o da oğlu ilə oraya gedir. – Naxçıvanlı qadınlar arasında maarifçilik işi aparır, qabaqcıl qadın aydın kimi bölgənin ictimai həyatında fəal iştirak edir. Qəmər bəyim tez-tez doğma yurduna, boya-başa çatdığı, həyatının mühüm bir hissəsini yaşadığı Qarabağa baş çəkir, keçmiş tanışları, qohum-əqrəbaları ilə ovqatlaşır, Şuşada yaşayan qızını ziyarət edirdi. O, həm də xarakter keyfiyyətləri və davranışları ilə xalqın rəğbətini qazanmış, əsil türk qadınına xas olan cəsurluğu və hünəri ilə tanınmışdır.

Qəmər bəyim Şeyda 1933-cü ildə Bakıda vəfat etmişdir.[5] Bildirilir ki, öldüyü zaman çox sayda əlyazmaları olsa da, onların hamısı günümüzə gəlib çatmamışdır.[5]

Yaradıcılığı

[redaktə |vikimətni redaktə et]

Qəmər bəyim şairə idi və daha çox, yazdığıqəzəllərə görə tanınırdı.[3] Öz dövrünün məşhur şairələrindən olan Qəmər bəyim bir digər şairəZiba Ərdəbili ilə ideya və şer mübadiləsində də olmuşdur.[3]

Qəmər bəyimin günümüzə bir neçə şeiri gəlib çatıb. Hüzn, kədər və şikayət motivləri həmin şeirlərin aparıcı leytmotivini təşkil edir. Qəmər bəyim Şeydanın Natəvanın təsirinə daha çox məruz qaldığı şeirlərindən görünür. Əslində, Qəmərbəyim Şeyda Natəvan üslubunda yazıb-yaradıb. Sadə, realist şeirlərində nəcib və insani hisslər, səadət, məhəbbət öz dərin bədii ifadəsini tapıb. Şair əsərlərində əruz vəzninin ahəngdar bəhrlərindən geniş istifadə edib ki, bu da onun qəzəllərinin daha da oxunaqlı olmasını şərtləndirib.

Qəmər bəyim həmçinin dramaturgiya ilə də məşğul olmuşdur. Onun yazdığı və dramaturgiya əsəri olan "Zülmün daşqını"nın əlyazması, həmçinin "Ağan canı" Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnistitutunda saxlanılmaqdadır.[4]

Gözəl şeirlər müəllifi olan istedadlı şair qələmini dramaturgiya sahəsində də sınamış, “Zülmün daşqını” (1918) adlı altı pərdəli pyes yazmışdır. Həmin pyesi ilə özünü dramaturq kimi də təsdiqləyən Qəmər bəyim Şeydanın bu əsəri ona özəlliklə məşhurluq gətirmişdir. Bu dramda müəllif yüzilin qan davaları, varlı bəylər, ağalar arasında gedən, sonu faciə ilə bitən feodal çəkişmələri və ədavət, düşmənçilik nəticəsində baş verən milli qırğınları təsvir edib. Pyesdəki hadisələrin yaratdığı gərginlik, doğurduğu kədər hissi Qəmər bəyim Şeydanın feodal çəkişmələrinə dərin sənətkar etirazını ifadə edir.

Mirası

[redaktə |vikimətni redaktə et]

Qəmər bəyim vəMəclisi-Ünsdən olan digər qadın şairələr 2018-ci ildəAzərbaycanda başladılan layihə üçün ilham mənbəyi olmuşdur.[6] Bu sərgiAzərbaycan Respublikasının yüzüncü ildönümü münasibətilə keçirilən mərasimlərin bir hissəsi olmuşdur.[7]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Azərbaycan qadın şairləri antologiyası".Bakı: Avrasiya Press, 2005, səh.114.
  2. "Azerbaijan Gender Information Center". www.gender-az.org.28 dekabr 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2 aprel 2020.
  3. 12345""Məclisi-üns" ün yetirməsi: Qəmər bəyim Şeyda". medeniyyet.az(ingilis).27 oktyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2 aprel 2020.
  4. 123"Gamarbeyim Sheyda (1881-1938)". www.azerbaycanli.org.İstifadə tarixi:2 aprel 2020.[ölü keçid]
  5. 12"Natəvanın "tələbəsi" Qəmər bəyim Şeyda..." Milli.Az(az.). 25 iyul 2012.24 oktyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:3 aprel 2020.
  6. "Сквозь время -". m.zerkalo.az. 12 oktyabr 2018.24 oktyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:3 aprel 2020.
  7. "Кураторский проект - "Сквозь время" - +ФОТО (AZpress.AZ, Агдес Багирзаде)". azpress.az.1 oktyabr 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:3 aprel 2020.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Dil
Dialektlər¹
Şivələr
Ədəbiyyat
Şifahi xalq
ədəbiyyatı
Dastanlar
Digər nümunələr
Müəlliflər
Orta əsrlər
İzzəddin HəsənoğluNəsir BakuviMustafa ZərirQazi BürhanəddinŞah Qasım Ənvarİmadəddin NəsimiŞeyx İbrahim GülşəniCahanşah HəqiqiHamidiXəliliƏhmədi TəbriziSultan YaqubŞeyx Əlvan ŞiraziXətai TəbriziHəbibiAşıq QurbaniŞah İsmayıl XətaiMəqsudiMahmud ŞirvaniHəziniMəhəmməd ibn Hüseyn Katib NişatiMəhəmməd FüzuliHəqiri TəbriziKişvəriSaib TəbriziQövsi TəbriziMəhəmməd ƏmaniRəhmətiSəfiqulu bəy ŞamluFədaiNəşəMürtəzaqulu sultan ŞamlıTərzi ƏfşarRzaqulu xanMirzə Möhsün Təsir TəbriziMirzə Cəlal ŞəhristaniRəfiqiFatma xanım AniSarı AşıqAşıq Abbas TufarqanlıAşıq AbdullaMəhcur ŞirvaniMəsihiNişat ŞirvaniMəlik bəy AvcıMirzə Saleh TəbriziKəlbəli xan Müsahib-GəncəviSadıq bəy AvşarI AbbasII Abbasİbrahim mirzə CahiSalman Mümtaz MövciMürtəzaqulu xan ŞamlıMirzə Məhəmməd Məhcub TəbriziVaiz QəzviniŞakir ŞirvaniArif ŞirvaniArif TəbriziHacı Çələbi ZariAğa Məsih ŞirvaniNəbiXəstə QasımAşıq ValehAşıq LələŞikəstə ŞirinMiskin MəhəmmədSayat NovaMolla Vəli VidadiMəhəmmədhüseyn xan MüştaqMolla Pənah VaqifSəid Koçxyurski
Yeni dövr
Qasım bəy ZakirƏndəlib QaracadağiSeyid Əbülqasım NəbatiSeyid Əzim ŞirvaniAbbasqulu ağa BakıxanovMirzə Şəfi Vazehİsmayıl bəy QutqaşınlıMirzə Fətəli AxundzadəNəcəf bəy VəzirovƏbdürrəhim bəy HaqverdiyevHəsən bəy ZərdabiMirzə Ələkbər SabirAbbas SəhhətCəlil MəmmədquluzadəMəhəmməd HadiXurşudbanu NatəvanƏbülfət xan CavanşirAğabəyim ağaQəmər bəyim ŞeydaQönçəbəyimCəfərqulu xan NəvaƏbülqasım NəbatiMehdiqulu xan VəfaAlmas İldırımSəkinə AxundzadəSultan Məcid QənizadəHəsənəli xan QaradağiFiridun bəy KöçərliMirzə Əli MöcüzSalman MümtazMəhəmməd Tağı SidqiHeyran xanımƏli NəzmiVəli XulufluTağı Şahbazi SimurğRəşid bəy Əfəndiyev
Ən yeni dövr
1.Gerhard Dörferin təsnifatı
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Qəmər_bəyim_Şeyda&oldid=8264549"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp