Ptah — Qədim Misirdə kainatı və bütün varlığı yaradan tanrı. Araşdırmaçılar onun örnəyində Qədim Misirdəmonoteizmin əlamətlərinin olmasını güman edirlər.
Memfis yaradılış əsatirləri Ptah adlı tanrı haqqında bəhs edirlər. O yunanların ilk oda çevirilmiş dəmirçiliyin tanrısı olanHefestosun bənzəridir. Bu əsatirlər Misirin uzun müddət baş şəhəri olmuş Memfisdə yaranmışdırlar. Oradan fironlar ölkəni idarə edirdilər. Şəhərin adı VI-cı sülalınin fironuI Pepinin dəfn olunduğu "Mennefer Pepi" adlı məzarlığından əmələ gəlmişdir.
PtahBöyük Enneadanı (tanrılar doqquzluğunu) yaratmışdır. Bu doqquzluq Misirin ən yüksək tanrıları idi. Bunlar Atum, Şu, Tefnut, Nut və Geb, Osiris, Isis (İsida), Set, Nephfis tanrıları idilər.
Ptah Memfisin yaradıcı tanrısı idi. Ona uzun müddət ibadətlər edilirdi. O, həm dəHet-ka-Ptah (Ptah ruhunun evi) adı ilə tanınmışdır. Eyni zamanda ona Ta-tenen (ilk Təpə) də deyirdilər. Memfis yadadılış əsatirlərində Ptah dünyanı, onun sakinlərini, tanrıların Ka’larının (təcəssüm olunmuş ilahi ruh) yaradıcısıdır.
Memfis yaradılış əsatirlıri hal-hazırda Britaniya museyində saxlanan bir daş lövhə üzərində həkk edilmişdirlər. Bu mətn təxminən e.ə. 710 ildə Misirin25-ci firon sülaləsi dövründəNubiyalı firon Şabakanın sifarişi ilə yazılmışdır. Orada dünyanın bir Tanrı tərəfindən yaradılması haqqında rəvayət edilmişdir. O, öz düşüncəsi və sözü ilə dünyanı yaratmışdır.Beləliklə,monoteizm elementləri ilə yazılmış ən qədim yaradılış əsatiri məhz budur.
Ancaq təəssüf ki, Şabaka daşının bir hissəsinin yazıları silinmiş və o hissənin oxunması mümkün olmamışdır. Eyni zamanda "Bremer-Rhind" papirusunda da günəş tanrısının dünyanı yaratması haqqında iki monoloqu vardır. Burada da monoteistik meyllər görsənməkdədir.
İslam və başqa monoteistik dinlərlə bənzər məqamlar
Şabakanın mətnində Ptah’ın çeşitli keyfiyyətləri də sadalanmışdır. Onlardan biriSözlə, Dillə təcəssüm etməsidir. Daha sonra yunan fəlsəfəsində də kainatın taleyi Sözlə (Loqos’la) ifadə edilirdi[1]. Daha sonra isə monoteist dinlərdəTanrının Sözü yaradılışın mühüm aspektini təşkil etmişdir. Göründüyü kimi,Tanrının Sözlə birğə təsəvvür edilməsi qədim Misirdə olmuşdur. Ptah həm də yaradılışdan öncə bu dünyanın necə olacağını dərk etmişdir, planını cızmışdır.
Monoteistik dinlərə bənzər olaraq, Ptah öz ürəyinin İstəyi və Sözü ilə hər bir şeyə keyfiyyət vermişdir. Ptah sözü "Yaradan" kimi anlaşılır. O, əlində həyat (ankh), güc (uas), və müvazinətin rəmzi olan hökmdar əsasını titmuş mumyalanmış kişi şəklində təsvir edilirdi.
Bundan başqa Memfisdə birlikdə təsəvvür olunan tanrı üçlüyü inancı olmuşdur. Ptahla birlikdə olan tanrılar: "Güclü" adlandırılan dişi aslan Sekmet, və "Atumun icra edilməsi" adını daşıyan Nefertum olmuşdurlar.Ptah-Sekhmet-Nefertum üçlüyünə Memfis üçlüyü deyirlər.
Bunun kimi tanrı üçlükləri başqa dinlər də vardır. Örnək üçün, Hindlər də Brahman, Şiva və Vişnu tanrılarının birliyini kainatın yaradıcı və idarə edici bir gücü kimi təsəvvür edirlər. Monoteist dini olan Xristianlıqda da İlahi birlik Üçlükdə (Ata, Oğul, Müqəddəs Ruh) təsəvvür edilir.
Şabakanın mətnində Ptah’ın həm də taxtının (kürsüsünün) üzərində olduğu haqqında deyilir:"Böyük taxtın üzərində olan Ptah…"[2]. Bu məqama da gələcəkdə monoteist dinlərində rast gəlinir. MəsalənQuranda bir neçə dəfə Allahın ərşinin (taxtı, kürsüsü) olduğu haqqında deyilir:"Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir)."[3].
Dunyanın yaradandan sonra Ptah öz etdiyindən məmnun qalmışdır. Bu məqam daƏhdi-Ətiqdə də vardır:"Tanrı gördü ki, yaratdığı hər şey çox yaxşıdır" (Yaradılış, 1: 31).
Misir əsatirlərində Ptah məhz yaradıcı kimi təsəvvür olunur. O, emanasiya səklində özündən dünyanı axıdan Atumdan fərqli olaraq, kainatı yaradır. Ptah haqqında olan əsatirlərdəki monoteizm elementləri bu mövzuda bizə məlum olan ən qədim xəbərlərdir. Gələcəkdə Misirdə daha bir monoteizm meyli firon Ehnaton dönəmində olmuşdur. Lakin qeyd edilməlidir ki, bizə çatan mətnlərdə monoteizm nisbi olmuş, onunla bırabər bütpərəstlik motivləri də güclü olmuşdur.
Firon Şabakanın daşından yaradılış haqqında bəhs edən fraqmentlər
Üzərində ilahiyyat mətnləri olan firon Şabakanın daşı.
Atumun obrazında ürəkdə (fikir) yarandı, Atumun obrazında dildə (fikir) yarandı...
Orada ürəyində formasını, orada dilində formasını aldı Atumun. Öz ürəyi və dili vasitəsilə bütün tanrılara və onların Ka’larına verən böyuklərdən biridir Ptah...
Sonra dedi Ptah: “O, hər şeyi və tanrıları yaradandır”. O, tanrıların doğulmasına imkan verən Ta-tenen’dir. Ondan sonra bütün şeylər qida, təminat, tanrılara qurbanlar, başqa yaxşı şeylər irəli gəlmişdir.Beləliklə tanrıların arasında öz böyüklüyünü bilib anladı. Sonra Ptah öz yaratdığı bütün şeylərdən və ilahi Sözlərdən məmnun qalmışdır.
O tanrıları doğmuş, O şəhərlər salmış, O vilayətləri (nomları) qurmuş, tanrıları ibadət yerlərində yerləşdirmiş, onların bədənlərini istədikləri kimi qurmuşdur. Beləliklə tanrılar taxta, daş, gil... (və başqa şeylərə) girdilər və öz obrazlarını aldılar. Onun ətrafında bütün tanrılar və Ka’lar yığışdılar.[4]
Yüksək Taxt (set veret) üzərində yerləşmiş Ptah; Ptah-Nun, Atumu (doğan) ata Ptah-Nunet, Atumu doğmuş ana; Böyük Ptah Enneadanın ürəyi və dili; Tanrıları yaratmış Ptah.[5].
↑Joshua J. Bodine. The Shabaka Stone: An Introduction — Journals, p. 19
↑Kurt Sethe. Die Altaegyptischen Pyramidentexte Pyramidentexte nach den Papierabdrucken und Photographien des Berliner Museums. Leipzig : J. C. Hinrichs'sche Buchhandlung, 1908.